Azərbaycan Respublikası adından QƏRARDAD Goranboy rayonu İş № 2(045)-35/2024 06.02.2024 GORANBOY RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Tural Mehman oğlunun sədrliyi, Cəmilova Zəhra Davud qızının katibliyi, İddiaçı X1 nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakı ilə, İddiaçı X1 Cavabdeh qarşı “maddi ziyan” tələbinə dair iddia ərizəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı X3 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona vurduğu 5000 (beş min) manat dəyərində maddi zərərin və 70 manat dövlət rüsumunun alınıb onun xeyrinə verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı X1 nümayəndəsi Nümayəndə ərizə ilə məhkəməyə müraciət edərək iddia ərizəsinin baxılmamış saxlanılmasını, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etdi və buna dair müvafiq ərizəsini məhkəməyə təqdim etdi. Həmçinin bildirdi ki, iş üzrə ekspertiza tədqiqatının dəyərini təşkil edən 100 manatın cavabdehdən tutulmasına dair aralarında razılıq vardır. Məhkəmə iclasında iştirak edən Cavabdeh ərizə ilə məhkəməyə müraciət edərək işin baxılmamış saxlanılmasına etiraz etmədiyini bildirdi. Həmçinin bildirdi ki, iş üzrə ekspertiza tədqiqatının dəyərini təşkil edən 100 manatın ondan tutulmasına razıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra - MPM): 114.1.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa ödənilmiş dövlət rüsumu qaytarılır; 119.4-cü maddəsinə əsasən işdə iştirak edən şəxslər məhkəmə xərclərinin bölüşdürülməsi barədə razılığa gəldikləri halda məhkəmə bu razılığa uyğun olaraq qərar qəbul edir; 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barədə ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə iddia ərizəsi baxılmamış saxlanılır. İş materiallarında olan: xx.xx.2023-cü il tarixli, 31701 nömrəli ödəniş qəbzindən görünür ki, iddiaçı hazırki tələb üzrə 70 manat dövlət rüsumu ödəmişdir; Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 10/4974 nömrəli rəyindən görünür ki, ekspertiza tədqiqatının dəyəri 100 manatdır. Məhkəmə hesab edir ki, iddiaçının nümayəndəsi işin baxılmamış saxlanılmasını xahiş etdiyi və cavabdeh ərizə ilə məhkəməyə müraciət edərək işin baxılmamış saxlanılmasına etiraz etmədiyi üçün iddia ərizəsi baxılmamış saxlanılmalı və sənədlərin əsli dövlət rüsumu ilə birlikdə iddiaçıya geri qaytarılmalı, həmçinin iş üzrə ekspertiza tədqiqatının dəyərini təşkil edən 100 manat Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilməlidir. Qeyd olunanlara əsasən və MPM-in 259-260, 263-264 və 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı X1 Cavabdeh qarşı “maddi ziyan” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya qaytarılsın. 70 manat məbləğində dövlət rüsumu iddiaçı X2 qaytarılsın. İş üzrə ekspertiza tədqiqatının dəyərini təşkil edən 100 manat Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Goranboy Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) şikayət verilə bilər.
Məhkəmə qərarları › İş №2(045)-35/2024
Goranboy Rayon Məhkəməsi Qərardad — İş №2(045)-35/2024
06.02.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver