Azərbaycan Respublikası adından QƏTNAMƏ Goranboy rayonu İş № 2(045)-36/2024 18.12.2024 GORANBOY RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Taleh Məhəmmədəli oğlunun sədrliyi, Nağızadə Tuncay Göyüş oğlunun katibliyi, İddiaçı, Cavabdehlər Cavabdeh2 və Cavabdeh3 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı (X5, X11, X18 və X13 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “vurulmuş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən ona vurulmuş zərərə görə 33440 (otuz üç min dörd yüz qırx) manat pulun və dövlət rüsumuna ödənmiş 191 manat pulun onlardan müştərək qaydada hər birindən bərabər hissələrlə alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində tələbini onunla əsaslandırmışdır ki, “torpağa mülkiyyət hüququna dair” dövlət aktına və Goranboy Rayon Aqrar İslahat Komissiyasının xx.xx.2005-ci il tarixli, 06 №li qərarına əsasən kənd təsərrüfatı məhsulları istehsalı məqsədi üçün Goranboy rayonu Qarasüleymanlı kəndində 2,44 ha torpaq sahəsi onun və ailə üzvlərinin mülkiyyətinə verilmişdir. 2005-ci ildən həmin torpaq sahəsinin 1 ha meyvə ağacları əkilmiş bağ kimi, 1,44 ha isə yonca sahəsi kimi istifadə olunur. Bağ sahəsində calaq meyvə ağacları - qoz, gilas, armud, heyva və 200 ədəd ərik ağacları əkilmişdir. Onun və ailə üzvlərinin hər il gəliri, qazancı və dolanışıq mənbəyi bu sahədən götürülən məhsullar hesabına yaranır və əldə edilir, onlardan ibarətdir. Qeyd edilən torpaq sahəsindəki meyvə ağacları və yonca sahəsi cavabdehlərin qərəzli münasibəti və qəsdi, təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində, suvarma suyunu 2021-ci ildən verməmələri səbəbindən bütün ağaclar qurumuş, məhsul məhv olmuş, ona və ailə üzvlərinə maddi zərər vurulmuşdur. O, torpaq sahəsinin suvarılmasına suyun qəsdlə verilməməsinə görə dəfələrlə xx.xx.2020-ci il tarixdə və xx.xx.2020-ci il tarixdə Goranboy rayon prokuroruna, xx.xx.2021-ci il tarixdə № SS 726112839AZ saylı xəbərnaməli məktubla Goranboy Rayon Dövlət Təhlükəsizlik Xidmətinin Goranboy Rayon Şöbəsinin rəisinə ərizə ilə müraciət etmişdir. Ona qarşı olan əsas qərəzlilik və qəsdin səbəbi onun 1000 mm-lik ve 100 mm-lik su borularının kəsilib aparılmasına icazə verməməyi olmuşdur. Goranboy Rayon Subartezian Quyularının İstismarı İdarəsinin rəhbərliyi SQİİ-nin sahə rəisi Cavabdeh2, X1 sədri Cavabdeh3, 06/402 reper nömrəli subartezian quyusunun SİB tərəfindən təyin olunmuş suvarma suyunun qrafik üzrə paylanması üzrə nəzarətçisi Cavabdeh1 ona su verilməməsi üçün qeyri-rəsmi qaydada tapşırıq verilmişdir. Cavabdehlərin qərəzli münasibəti və qəsdi, təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində suvarma suyu verilməmiş ona 2021-ci ildə 16720 (on altı min yeddi yüz iyirmi) manat, 2022-ci ildə də 16720 (on altı min yeddi yüz iyirmi) manat məbləğində, cəmi 2 ildə 33440 (otuz üç min dörd yüz qırx) manat zərər vurulmuşdur. Qeyd etdikləri iddia ərizəsinə əlavə etdiyi xx.xx.2022-ci il tarixli 2 (iki) AKT-la, xx.xx.2023-cü il tarixli 3-22-3-22/2-4/2023 №li məktubla, xx.xx.2023-cü il tarixli ərizə, foto şəkillər və iddia ərizəsinə əlavə etdiyi digər sənədlərlə təsdiq olunur. Cavabdehlərə vurulmuş zərərin ödənilməsi və tələb barədə müvafiq sənədlər poçtla rəsmi qaydada göndərilmişdir. Bununla bağlı poçt qəbzini iddia ərizəsinə əlavə etmişdir. Cavabdehlər onun təklifinə və tələbinə heç bir əhəmiyyət verməmişlər. Məhkəmə iclasında İddiaçı iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh3 iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh1, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən X5, X11 və X13 məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilsə də, onlar məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə, Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 185-ci maddəsinə əsasən işə həmin şəxslərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş Cavabdeh1 iddia tələbini qəbul etmədiyini və iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş mübahisə predmeti barəsində mütəqil tələb irəli sürməyən üçüncü şəxs X18 izahatında bildirmişdir ki, İddiaçı onun atasıdır. Ona görə də qanunamüvafiq qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş mübahisə predmeti barəsində mütəqil tələb irəli sürməyən üçüncü şəxs X11 izahatında bildirmişdir ki, İddiaçı onun atasıdır Ona görə də iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Goranboy X21 Mərkəzinin bitkiçilik sektorunun baş məsləhətçisi X12 izahatında bildirmişdir ki, 25 oktyabr 2023-cü il tarixdə əraziyə baxış keçirtmişdir. Həmin ərazidə 164 ağac olmuş, onlardan 41 ağac qurumuşdur. Ərazidə ərik, qoz, gilas ağacları var. Baxış zamanı gördüyü odur ki, sahədə aqrotexniki qulluq işləri tam aparılmamışdır. Gördüyü sahədə 1,44 ha yonca sahəsi olmuş, yonca sahəsində torpağın üst qatı demək olar ki, qurumuşdur. Bu susuzluqdan da ola bilər. 1 ha bağ olmuş, bağın isə bir hissəsi susuzluqdan qurumuşdur. Buna tam susuzluq da demək olmaz, əraziyə baxanda orada su vardı, həmçinin quyular işləyirdi. Onlar baxış keçirən zaman əraziyə su gedirdi. Sadəcə olaraq orada tam aqrotexniki işlər yox idi. Bağın quruma səbəbi susuzluq olsaydı bütün ağaclar quruyardı. Lakin ağaclar hamısı qurumamış, sadəcə bir hissəsi qurumuşdur. Qurumanın əsas səbəbi xəstəlik, yaxşı qulluq olunmaması da ola bilər. Qurumanın sırf susuzluqdan olduğunu deyə bilmir. Çünki, əraziyə gedəndə su var idi. Həmin ağaclar laboratoriyaya getməlidir. Quruma xəstəlikdən də ola bilər. Laboratoriya müəyyən edə bilər ki, quruma tam dəqiq nədən olmuşdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: Goranboy şəhər icra nümayəndəliyi tərəfindən verilmiş 23 dekabr 2023-cü il tarixli aktdan görünür ki, Goranboy rayon Qarasüleymanlı İddiaçı, Goranboy rayon İcra Hakimiyyətiinin Sosial-X9 və Proqnozlaşdırılması şöbəsinin baş məsləhətçisi X10, Goranboy şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi X14, Goranboy bələdiyyəsinin sədri X15, DAİM-nin bitkiçilik sektorunun müdiri X6 və Suvarma sistemləri İdarəsinin Sudan İstifadəedən Birliyinin icraçı direktoru X7 iştirakı ilə pay torpağına baxış keçirilərək 1.0 ha pay torpağında əkdiyi armud, qoz, gilas, heyva və 200-ə yaxın ərik ağacları suvarma suyu ilə vaxtında təmin olunmadığı üçün becərilmiş ağaclar qurumuş, 1.44 ha ərazidə yonca bitkisi əkilmiş, suvarma suyu ilə təmin edilmədiyi müəyyənləşdirilmişdir; JN 0140, KOD 50901018 nömrəli “Torpağa mülkiyyət hüququna dair” dövlət aktının surətindən görünür ki, Goranboy rayon Aqrar İslahat Komissiyasının 24 fevral 2005-ci il tarixli, 06 saylı qərarına əsasən 2.44 hektar torpaq sahəsi Goranboy rayon Qarasüleymanlı kənd sakinləri İddiaçınn, X3, X4 və X8 mülkiyyətinə verilmişdir; Azərbaycan Respublikasının kənd Təsərrüfatı Nazirliyi Goranboy X21 Mərkəzi tərəfindən verilmiş 02 fevral 2023-cü il tarixli, 3-22-3-22/2-4/2024 nömrəli məktubdan görünür ki, Azərbaycan Respublikası kənd təsərrüfatı nazirinin 2018-ci il 16 avqust tarixli 04Q nömrəli Qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi X21 mərkəzlərinin Əsasnaməsi"ndə fiziki şəxslərin əkin sahələrinə dəymiş maddi ziyanın hesablanması ilə bağlı hər hansı vəzifə öz əksini tapmamışdır. Bu səbəbdən vətəndaşların istifadəsində olan əkin sahəsinə dəymiş maddi ziyanın müəyyənləşdirilməsi DAİM-lərin səlahiyyətləri xaricində olduğu müəyyən edilmişdir; Fotoşəkillərdən ağacların quruması görünmüşdür; Goranboy rayon prokuroru Kamran Məmmədov tərəfindən qəbul edilmiş 15 dekabr 2022-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən hər hansı cinayət hadisənin olması müəyyən edilmədiyindən Azərbaycan Respublikası CPM-nin 39.1.1-ci maddəsinə əsasən toplanmış material üzrə cinayət işinin başlanması və Azərbaycan Respublikası İXM-in 53.1.1-ci maddəsinə əsasən toplanmış material üzrə inzibati xəta haqqında iş üzrə icraatın başlanması rədd edilmişdir; Azərbaycan Respublikasının kənd Təsərrüfatı Nazirliyi Goranboy X21 Mərkəzi tərəfindən verilmiş 31 oktyabr 2023-cü il tarixli, 3-22-3-22/2-140/2023 nömrəli məktuba əlavə edilmiş İddiaçı göstərdiyi əraziyə baxış keçirilməsi barədə rəydən görünür ki, 25 oktyabr 2023-cü il tarixdə Goranboy rayonu Qarasüleymanlı kənd ərazisində yerləşən İddiaçı göstərdiyi əraziyə baxış keçirtdik. Baxış zamanı 2.44 hektar torpaq sahəsinin 1.44 hektarında yonca bitkisi, 1 hektarında isə meyvə ağacları -ərik, qoz, gilas və armud ağacları əkildiyi müəyyən edildi. 2.44 hektar torpaq sahəsinin 1.44 hektarında əkilmiş yonca bitkisi tamamilə, 1 hektarında əkilmiş meyvə ağaclarının isə bir qismi qurumuşdur. Hal-hazırda bağ sahəsində 164 meyvə ağacları möcvuddur. Meyvə ağaclarından 2 ədədi qoz, 2 ədədi gilas, 11 ədədi armud və 149 ədədi isə ərik ağaclarıdır. 11 ədəd armud ağacından bir ədədi, 2 ədəd gilas ağacından bir ədədi, 149 ədəd ərik ağacından isə 39 ədədi cəmi isə 164 ağacdan 41 ədədi qurumuşdur. Sahəyə baxış zamanı meyvə ağaçlarında budama və sahədə aqrotexniki qulluq işlərinin aparılmadığı müəyyən edilmiş. Bütövlükdə yonca sahəsində, meyvə ağacları əkilmiş sahəsinin isə bir hissəsində torpaqda quruluğun olması və torpağın üst münbit qatında çatların əmələ gəlməsi həmin sahənin su ilə yaxşı təmin olunmadığının göstəricisidir. Həmçinin 1 hektar bağ sahəsində oddan yanmış ağaclarda müşahidə edilmişdir; Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizasə Mərkəzi tərəfindən verilmiş 01 dekabr 2023-cü il tarixli, 3-16-16/2-7/1596 nömrəli rəydən görünür ki, tədqiqata təqdim edilmiş Goranboy rayon məhkəməsinin 2(045)-1058/2023 saylı mülk iş materialında olan (01 cild, səhifə 189-191) Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi Goranboy X21 Mərkəzinin Bitkiçilik sektorunun baş məsləhətçisi Xumar Yunusova tərəfindən verilən xx.xx.2023-cü il tarixli 3-22-3-22/2-140/23 Ne-li rəyinə əsasən 25 oktyabr 2023-cü il tarixdə Goranboy rayonu Qarasüleymanlı kənd ərazisində İddiaçı göstərdiyi əraziyə baxış keçirilmiş və 2,44 verləşən 1 hektarında isə meyvə ağacları - ərik, sahəsinin 1,44 hektarında yonca bitkisi, goz, gilas və armud ağacları əkildiyi müəyyən edilmiş, 2,44 hektar torpaq sahəsinin 1,44 hektarında əkilmiş yonca bitkisi tamamilə, 1 hekarında əkilmiş meyvə ağaclarının isə bir qismi qurumuşdur. Halhazırda bağ sahəsində 164 meyvə ağacları möcvuddur. Meyvə sğaclarından 2 ədədi qoz, 2 ədədi gilas, 11 ədədi armud və 149 ədədi isə ərik ağaclarıdır. 11 ədəd armud ağacından bir ədədi, 2 ədəd gilas ağacından bir ədədi, 149 ədəd ərik ağacından 41 ədədi qurumuşdur. Meyvə ağaclarında budama və sahədə aqrotexniki qulluq işlərinin aparılmadığı hissəsində torpaqda quruluğun olması və torpağın üst münbit qatında çatların əmələ gəlməsi həmin sahənin su ilə yaxşı təmin olunmadığının göstəricisidir. Həmçinin 1 hektar bağ sahəsində oddan yanmış ağaclarda müşahidə edilmişdir. Ekspertiza tədqiqatının dəyəri 50 manat təşkil edir; Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC tərəfindən verilmiş 50 nömrəli, 30 yanvar 2024-cü il tarixli məktubdan görünür ki, Qarasüleymanlı kəndi ərazisində yerləşən 06/402 reper nömrəli subartezian quyusu uzun müddət işlədiyi üçün quyunun məhsuldarlığı aşağı düşmüşdür. Beləki quyunun məhsuldarlığı 17 1/ san olmuşdur. Halhazırda subartezian quyusunun məhsuldarlığı 12-13 l/saniyədir. Bu səbəbdən suvarma qrafiki yay aylarında nisbətən gecikməsi müəyyən olunmuşdur; Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizasə Mərkəzi tərəfindən verilmiş 24 may 2024-cü il tarixli, 3-16-16/2-7/410 nömrəli rəydən görünür ki, Tədqiqata Goranboy rayonunun Qarasüleymanlı kəndi ərazisində 169 ədəd müxtəlif növlü ağaclardan ibarət bağ sahəsi təqdim edilmişdir. Həmin ağaclardan 07 ədəd gilas ağacı olub, 01 ədədi tam qurumuş(bioloji inkişafda olmayan), 04 ədədi tam bioloji inkişafda olan, 02 ədədi tam bioloji inkişafda olub ağacın cətir hissəsində bir ədəd qurumus budaq olması; 02 ədəd qoz ağacı tam bioloji inkişafda olan; 06 ədəd armud ağacı olub, 01 ədədi tam qurumuş (bioloji inkişafda olmayan), 05 ədədi tam bioloji inkişafda olub ağacın çətir hissəsində iki qurumuş budaq olması; 02 ədəd heyva ağacı olub, 01 ədədi tam bioloji inkişafda olan, 01 ədədi tam bioloji inkişafda olub ağacın çətir hissəsində bir ədəd qurumuş budaq olması; 152 ədəd ərik ağacından 17 ədədi tam qurumuş (bioloji inkişafda olmayan), 04 adadi teatadinek az qalaraq yanmış bioloji inkişafda olmayan), 131 ədədi tam adadi tersada sub ağacın çətir hissəsində bir və iki ədəd qurumuş budaq olması müəyyən edilmiş, 01 ədəd gilas, 01 ədəd armud, 17 ədəd ərik ağacları susuzluqdan, 04 ədəd ərik ağacı termiki təsirə məruz qalması səbəbi ilə, kök sisteminin əmici tellərinin fəaliyyətdən düşdüyü vaxtdan qurumuşdur. Lakin elmi cəhətdən işlənib hazırlanmış metodika olmadığına görə quruma prosessinin, konkret olaraq hansı tarixə təsadüf edildiyini müəyyən etmək mümkün olmamışdır. Ekspert tədqiqatının dəyəri 70 manat təşkil edir; Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, mülki işin məhkəmə iclasında müəyyən edilmiş hallarından görünür ki, İddiaçı “Torpağa mülkiyyət hüququna dair” dövlət aktına və Goranboy Rayon Aqrar İslahat Komissiyasının xx.xx.2005-ci il tarixli, 06 nömrəli qərarına əsasən kənd təsərrüfatı məhsulları istehsalı məqsədi üçün Goranboy rayonu Qarasüleymanlı kəndində 2,44 ha torpaq sahəsi onun və ailə üzvlərinin mülkiyyətinə verilmişdir. İddiaçı həmin torpaq sahəsinin 1 ha hissəsində meyvə ağacları əkmiş, 1,44 ha hissəsində isə yonca sahəsi kimi istifadə etmişdir. Hazırda iddiaçı qeyd edilən torpaq sahəsindəki meyvə ağaclarına suvarma suyunun verilməməsi səbəbindən 33440 manat məbləğində maddi ziyan vurulduğunu iddia edir. Cavabdehlər isə iddia tələbinin, əsassız olduğunu və rədd edilməsini xahiş etmişlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında qeyd edilir ki, hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri-əmlak xarakterli olur. Məhkəmə ilk növbədə qeyd edir ki, zərərin əvəzinin ödənilməsinə dair Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsi ümumi norma kimi çıxış edərək, zərərin əvəzinin ödənilməsi ilə əlaqədar tələbin şərtlərini deyil, yalnız hüquqi nəticələrini tənzimləyir. Zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsasının özü isə digər hüquq sahələrində (məs. müqavilə hüququ, delikt hüququ və s.) axtarılmalıdır. Bu mənada konkret iddia üzrə hazırkı mübahisəyə münasibətdə məhkəmə hesab edir ki, zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsası delikt hüququndan irəli gəlir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.6-cı maddəsi başqa şəxsə zərər vurulmasını mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsi isə zərər vurulmasını öhdəliyin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsasız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1096.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir); 1096.2-ci maddəsinin tələbinə görə, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır; 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və ya işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir; Mübahisənin həlli ilə əlaqədar olaraq yuxarıda göstərilən qanunvericilik müddəalarını rəhbər tutmaqla, məhkəmə qeyd edir ki, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ona məhz 33440 manat məbləğində maddi ziyan vurması, bu məbləğdə ziyanın sonuncuların qanunazidd hərəkətləri nəticəsində vurulması, sözügedən ziyanla həmin qanunazidd hərəkətlər arasında səbəbli əlaqənin olması və cavabdehlərin göstərilən məbləğdə maddi ziyanın vurulmasında təqsirli olmasını sübuta yetirməlidir. Bu baxımdan məhkəmə iddiaçının öz tələbini əsaslandırdığı halların mövcud olub-olmamasını yoxlamışdır. Bu mənada məhkəmə hesab edir ki, iddiaçının mübahisənin faktiki halları ilə bağlı bildirdiklərinə, onların təsdiqi kimi təqdim etdiyi sübutlara və nəhayət iddia tələbinin hüquqi əsası kimi istinad etdiyi qanunvericilik müddəalarına əsasən qeyd edir ki, iddia tələbi əsassızdır. Belə ki, məhkəmə iddia ilə bağlı qeyd edir ki, zərərin əvəzinin ödənilməsi üçün bir qayda olaraq, mülki hüquqpozuntusunun (deliktin) mövcud olması tələb olunur. Beləliklə, mülki hüquq pozuntusunun tərkibini mülkihüquqi məsuliyyətin aşağıdakı ümumi şərtləri təşkil edir: 1.Törədilmiş əməlin (hərəkətin və ya hərəkətsizliyin) hüquqazidd olması; hüquqazidd əməl dedikdə şəxsin qanunla birbaşa qadağan edilmiş və ya qanunun imperativ normalarını pozan hərəkət və ya hərəkətsizliyi anlaşılır. 2.Törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə birbaşa ziyan və ya zərər yetirilməsi. Bu halda şəxsin maddi və ya mənəvi itkilərə məruz qalması anlaşılır. Maddi zərər əmlak itkilərinə səbəb olur.
3. Zərərvuranın hüquqazidd hərəkəti ilə baş vermiş zərərli nəticələr arasında səbəbli əlaqənin olması. Belə ki, baş vermiş zərərli nəticə məhz məsuliyyətə cəlb edilməli şəxsin hərəkəti nəticəsində baş verdikdə onun məsuliyyəti yarana bilər. Səbəbli əlaqə zərərli nəticənin konkret əməldən yaranmasını ehtiva edir.
4. Hüququ pozan şəxsin təqsirinin olması. Göründüyü kimi qanunvericiliyin tələbinə əsasən ziyanın vurulması və mülkihüquq pozuntusunun yaranması üçün dörd şərtin mövcud olması vacibdir. Yalnız yuxarıda göstərilən dörd şərtin hamısını özündə ehtiva edən mülki qanunvericiliyin normalarını pozmuş əməl (hərəkət və ya hərəkətsizlik) mülki hüquqi məsuliyyətin yaranmasına səbəb ola bilən mülki hüquq pozuntusu sayılır. Ona görə də, deliktə əsaslanan zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbləri məhz qeyd edilən dispozisiya şərtləri baxımından yoxlanılmalı və iddia tələbinin qanuni əsasının qeyd edilən dispozisiya şərtlərinin mövcudluğu halında irəli sürülən tələb təmin olunmalıdır. Qeyd edilən dispozisiya şərtlərindən hər hansı birinin olmaması özlüyündə deliktə əsaslanan tələbi əsassız edir. Məhkəmə, həmçinin iddiaçıya məxsus ağacların quruması nəticəsində ona vurulmuş 33440 manat məbləğində maddi ziyanla bağlı onu da qeyd etməyi zəruri hesab edir ki, iddiaçı iddia ərizəsində göstərilən müddətdə, yəni 2021-2022-ci il tarixlərdə sözügedən torpaq sahəsində olan ağacların quruması nəticəsində ona 33440 manat maddi ziyanın vurulması, bu ziyanın cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 hansısa qanunazidd hərəkətləri nəticəsində yaranması və həmin ziyanla cavabdehlərin hansısa qanunazidd hərəkətləri arasında səbəbli əlaqənin olması və cavabdehlərin sözügedən ziyanın vurulmasında təqsirli olmalarını təsdiq edən hər hansı mötəbər sübutu məhkəməyə təqdim edə bilməmiş, bununla da iddia tələbininə əsaslandırıldığı halları və iddia tələbinin əsaslı olmasını sübut edə bilməmişdir. Halbuki qanuna görə (MPM-in 77.1ci maddəsi) bu vəzifə iddiaçının üzərinə düşür. Bundan başqa iş materiallarında olan keçirilimiş məhkəmə-bioloji ekspertizalarının rəyləri ilə iddiaçının ona vurulduğunu iddia etdiyi maddi ziyanın cavabdehlərin qanunazidd hərəkətləri nəticəsində vurulması, bu ziyanla həmin hərəkətlər arasında səbəbli əlaqənin olması və cavabdehlərin həmin ziyanın vurulmasında təqsirli olması müəyyən və təsdiq olunmur. Məhkəmə qeyd edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Hazırkı işdə olan ekspert rəylərinin qeyri-mötəbər olması ilə bağlı hər hansı əsas iş materiallarında mövcud deyildir. Nəzərə alınmalıdır ki, mülki məhkəmə icraatının prinsiplərinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə ekspert rəylərinin qanunvericiliyə zidd verildiyini göstərən heç bir hal müəyyən etmədiyindən, ekspert rəylərini təkzib edən hər hansı bir sübutun mövcud olmadığını nəzərə alaraq və toplanmış digər sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, İddiaçı “vurulmuş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia tələbi rədd edilməlidir. MPM-in: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 101.3-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə xərclərinin ödənilməsinə münasibətdə məhkəmə qeyd edir ki, ekspert tədqiqatlarının dəyərini təşkil edən cəmi 120 (bir yüz iyirmi) manat məbləğində vəsait İddiaçı tutulub Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (Az. MEM VÖEN **********; hesab: AZ34CTRE********************, X2, KOD 210005; VÖEN **********; müxbir hesab Az41NABZ013601**********03944, S.F.İ.F.T. BİK: CTREAZ 22) köçürülməlidir. Bundan başqa iş üzrə ödənilmiş 191 (bir yüz doxsan bir) manat məbləğində dövlət rüsumu da iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və MPM-in 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ:
İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “vurulmuş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi təmin edilməsin. Ekspert tədqiqatlarının dəyərini təşkil edən cəmi 120 (bir yüz iyirmi) manat məbləğində vəsait İddiaçı tutulub Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (Az. MEM VÖEN **********; hesab: AZ34CTRE********************, X2, KOD 210005; VÖEN **********; müxbir hesab Az41NABZ013601**********03944, S.F.İ.F.T. BİK: CTREAZ 22) köçürülsün. İş üzrə ödənilmiş 191 (bir yüz doxsan bir) manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Taleh Mustafayev