Məhkəmə qərarları › İş №2(045)-426/2023

Goranboy Rayon Məhkəməsi Qətnamə — İş №2(045)-426/2023

07.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Goranboy rayonu İş № 2(045)-426/2023 07.03.2023 GORANBOY RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Tural Mehman oğlunun sədrliyi ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “pul” tələbinə dair kiçik iddia ərizəsi üzrə mülki işə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ASC-nin xeyrinə Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada xx.xx.2020-ci il tarixli, GTKR2093902A207 saylı kredit müqaviləsinə əsasən 1610.87 AZN əsas, 497.76 AZN faiz, cəmi 2108.63 AZN məbləğində borcun, Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada xx.xx.2018-ci il tarixli, **********01944206 saylı kredit kartına dair müqaviləyə əsasən 152.89 AZN əsas, 64.62 AZN faiz, cəmi 217.51 AZN məbləğində borcun və 43.26 AZN dövlət rüsumunun tutulması barədə qətnamə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsində tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2020-ci il tarixli, GTKR2093902A207 saylı kredit müqaviləsinə əsasən ona kredit verilmişdir. Kreditin təminatı kimi isə xx.xx.2020-ci il tarixli, GTKR2093902A207 saylı kredit müqaviləsinin 3-cü bəndinə əsasən zamin şəxs Cavabdeh2 kredit borcunun vaxtında ödənilməsi üçün bank qarşısında borcalanla birlikdə cavabdehlik daşıyır. İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2018-ci il tarixli, **********01944206 saylı kredit kartı müqaviləsinə əsasən ona kredit verilmişdir. Cavabdeh1 kredit verilərkən Cavabdeh3 ilə Bank arasında xx.xx.2018-ci il tarixli, Z-206GTKR181210003 saylı Zaminlik müqaviləsi bağlanmışdır. Zaminlik müqaviləsinə əsasən zamin durmuş şəxs kredit borcunun vaxtında ödənilməsi üçün Bank qarşısında borcalanla birlikdə cavabdehlik daşıyır. Kredit müqaviləsinə əsasən cavabdehlər müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsələr də, bu öhdəliyi lazımı qaydada yerinə yetirməmiş və banka olan borcunu tam qaytarmamışlar. Bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. İddiaçının tələbinin əsaslandırdığı sənədlər tərəflər arasında bağlanmış kredit müqaviləsi, kredit borcuna dair maliyyə arayışı və kassa məxaric qəbzidir. Cavabdeh1 xx.xx.2023-cü il tarixə İddiaçı ASC-yə xx.xx.2020-ci il tarixli, GTKR2093902A207 saylı kredit müqaviləsinə əsasən 1610.87 AZN əsas, 497.76 AZN faiz, cəmi 2108.63 AZN borcu, xx.xx.2018-ci il tarixli, **********01944206 saylı kredit kartına dair müqaviləyə əsasən isə 152.89 AZN əsas, 64.62 AZN faiz, cəmi 217.51 AZN borcu yaranmışdır. Bank tərəfindən dəfələrlə şifahi xəbərdarlıq olunmasına və rəsmi bildirişin göndərilməsinə baxmayaraq (pretenziya qaydasında həll olunma) cavabdehlər tərəfindən borcun qaytarılması təmin edilməmişdir. Məhkəmə, iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: xx.xx.2022-ci il tarixli, GTKR2093902A207 nömrəli kredit müqaviləsinə əsasən Cavabdeh1 30 ay müddətinə, illik 26.9 faiz dərəcəsi ilə 8000 AZN məbləğində kredit verilmişdir. Həmçinin, Mirzəliyev X1 Araz Nazim oğlunun xx.xx.2022-ci il tarixli, GTKR2093902A207 nömrəli kredit müqaviləsi üzrə öhdəliklərini tam həcmdə yerinə yetirməsinə görə məsuliyyəti tam olaraq üzərinə götürmüşdür; xx.xx.2020-ci il tarixli kassa məxaric orderindən görünür ki, Cavabdeh1 8000 manat məbləğində krediti İddiaçı ASC-dən qəbul etmişdir; xx.xx.2018-ci il tarixli, **********01944206 nömrəli kredit kartına dair müqaviləyə əsasən Cavabdeh1 1 ədəd plastik kart verilmişdir (borclar üzrə son ödəniş tarixi xx.xx.2023-cü il); xx.xx.2018-ci il tarixli, Z-206GTKR18121003 saylı zaminlik müqaviləsindən görünür ki, Cavabdeh3 Cavabdeh1 xx.xx.2018-ci il tarixli kredit kartına dair müqaviləsi üzrə öhdəliklərini tam həcmdə yerinə yetirməsinə görə məsuliyyəti tam olaraq üzərinə götürmüşdür; xx.xx.2018-ci il tarixli balansdankənar məxaric orderindən görünür ki, Cavabdeh1 1 ədəd plastik kart təhvil verilmişdir; xx.xx.2023-cü il tarixli maliyyə arayışına əsasən Cavabdeh1 xx.xx.2023-cü il tarixə İddiaçı ASC-yə xx.xx.2020-ci il tarixli, GTKR2093902A207 nömrəli kredit müqaviləsi üzrə 1610.87 AZN əsas, 497.76 AZN faiz, cəmi 2108.63 AZN borcu, xx.xx.2018-ci il tarixli, **********01944206 saylı kredit kartına dair müqaviləyə əsasən 152.89 AZN əsas, 64.62 AZN faiz, cəmi 217.51 AZN borcu vardır; xx.xx.2023-cü il tarixli, ********** mədaxil qəbzinə əsasən İddiaçı ASC məhkəmədə iddia qaldırmaq üçün 43.26 manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Cavabdeh1 İddiaçı ASC tərəfindən 30 ay müddətinə, illik 26.9 faiz olmaqla 8000 manat məbləğində kredit və 1 ədəd plastik kart verilmiş, Cavabdeh2 və Cavabdeh3 borclunun öhdəliyini icra etməsi üçün zamin kimi müəyyən edilmişdir. Cavabdeh1 kredit müqaviləsi üzrə borcun və ona hesablanmış faizlərin ödənilməsi barədə öhdəlik götürmüş, lakin öhdəliklərini yerinə yetirməmiş, nəticədə banka borcu qalmışdır. Göründüyü kimi, Cavabdeh1 kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə də Cavabdeh1 onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, kredit borcunu iddiaçıya ödəməlidir. Həmçinin, Cavabdeh2 və Cavabdeh3 da zamin olduğu üçün əsas borclu ilə birlikdə bank qarşısında birgə məsuliyyət daşımalıdırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə uyğun olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra - MPM): 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 284-5.3-cü maddəsinə əsasən kiçik iddialara dair ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada xx.xx.2020-ci il tarixli, GTKR2093902A207 nömrəli kredit müqaviləsinə əsasən 1610.87 AZN əsas, 497.76 AZN faiz, cəmi 2108.63 AZN məbləğində borc və cavabdehlər Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada xx.xx.2018-ci il tarixli, **********01944206 nömrəli kredit kartına dair müqaviləyə əsasən 152.89 AZN əsas, 64.62 AZN faiz, cəmi 217.51 AZN məbləğində borc, həmçinin ödənilmiş 43.26 manat məbləğində dövlət rüsumunun əvəzi İddiaçı ASC-nin xeyrinə tutulmalıdır. Qeyd olanlara əsasən və MPM-in 216-220, 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada xx.xx.2020-ci il tarixli, GTKR2093902A207 nömrəli kredit müqaviləsinə əsasən 1610.87 AZN əsas, 497.76 AZN faiz, cəmi 2108.63 AZN məbləğində borc və cavabdehlər Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada xx.xx.2018-ci il tarixli, **********01944206 nömrəli kredit kartına dair müqaviləyə əsasən 152.89 AZN əsas, 64.62 AZN faiz, cəmi 217.51 AZN məbləğində borc, həmçinin ödənilmiş 43.26 manat məbləğində dövlət rüsumunun əvəzi İddiaçı ASC-nin xeyrinə tutulsun. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Tural Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar