Məhkəmə qərarları › İş №2(045)-453/2024

Goranboy Rayon Məhkəməsi Qətnamə — İş №2(045)-453/2024

21.05.2024 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Goranboy rayonu İş № 2(045)-453/2024 21.05.2024 GORANBOY RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Taleh Məhəmmədəli oğlunun sədrliyi, Qasımov Behbud Telman oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “maeənin aradan qaldırılması” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Goranboy Rayonu Aqrar İslahat Komissiyasının 08 oktyabr 2001-ci il tarixli 28 nömrəli qərarı ilə JN-050F, KOD 50901018 nömrəli şəhadətnamə əsasında Goranboy rayonu Qarasüleymanlı kəndində verilmiş 0,38 hektar torpaq səhəsi, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 7 saylı Bərdə Ərazi İdarəsinin mütəxəssisi tərəfindən müayinə baxışın keçirilməsinə, eyni zamanda torpaq sahəsinin ölçülməsinə və döngə nöqtələrinin koordinatlarının müəyyənlaşdirilməsinə Cavabdeh tərəfindən yaradılan maneənin aradan qaldılmasına dair (ölçülərin götürülməsinə şərait yaradılmasına dair) qətnamə qəbul edilməsini xahiş etmişdir İddiaçı iddia ərizəsində tələbini onunla əsaslandırmışdır ki, Goranboy Rayonu Aqrar İslahat Komissiyasının 08 oktyabr 2001-ci il tarixli 28 nömrəli qərarı ilə Goranboy rayonu Qarasüleymanlı kəndində 0,38 hektar torpaq sahəsi fərdi yaşayış evi, həyətyanı sahə, fərdi kollektiv və kooperativ bağlar, dövlət bağçılıq təsərrüfatının bağ mülkiyyətinə verilməsi ilə bağlı ailə başçısı olaraq babası X8 JN-050F, KOD 50901018 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə verilmişdir. Torpağın mülkiyyətə verilməsinə dair sözügedən şəhadətnamədə ailə başçısı olaraq babası X6 adı, daha sonra, nənəsi X1, anası Rüstəmova (Yıısibova) Səidə Musa qızının, bacısı Rüstəmova (Yıısibova. Hacıyeva) Sevinc Musa (Sübhan) qızı, dayıları Cavabdeh, X9, X7 və onun, yəni Yusifov (Yusibov) Vüsal Sübhan oğlunun adları qeyd edilmişdir. Həmin şəhadətnamədə onun soyadı, anasının soyadı və bacısının soyadı və ata adı səhv qeyd edilmişdir. Bir müddət bundan öncə o sözügedən şəhadətnamədə olan səhvliklərin aradan qaldırılması və həmin şəhadətnaməyə dair çıxarışın alınması məqsədilə Azərbaycan Respublikası-İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri pubiik hüquqi şəxsi 7 saylı Bərdə Ərazi İdarəsinə ərizə ilə müraciət etmişdir. Onun müraciəti əsasında 7 saylı Bərdə Ərazi İdarəsinin əməkdaşı sözügedən torpaq sahəsinin ölçülməsi məqsədilə Goranboy rayonu Qarasüleymanlı kəndində yerləşən, hazırkı iş üzrə cavabdeh, dayısı Cavabdeh yaşadığı sözügedən torpaq sahəsinə getmişdir. Lakin, Cavabdeh torpaq sahəsinin ölçülməsinə icazə verməmişdir. Ona görə də Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri pııblik hüquqi şəxsi 7 saylı ünvan 1 ünvanlayaraq, sənədin icrası ilə bağlı ərazi idarəsinin mütəxəssisi sözügedən əmlaka getmiş, lakin müainə baxışın keçirilməsinə, eyni zamanda torpaq sahəsinin ölçülməsinə və döngə nöqtələrinin koordinatlarının müəyyənləşdirilməsinə həmin torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evində yaşayan qohum tərəfindən göstərilən maneə səbəbindən mümkün olmaması bildirilmişdir. Bu halı məhkəmədən kənar qaydada həll etmək mümkün deyil. Ona görə o məcbur olub hazırkı iddia ilə məhkəməyə müraciət edir. Odur ki, Goranboy Rayonu Aqrar İslahat Komissiyasının 08 oktyabr 2001-ci il tarixli 28 nömrəli qərarı ilə JN-050F, KOD 50901018 nömrəli şəhadətnamə əsasında Goranbov rayonu, Qarasüleymanlı kəndində verilmiş 0,38 hektar torpaq səhəsi, Azərbaycan Respublikası İqtisadıyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 7 saylı Bərdə Ərazi İdarəsinin mütəxəssisi tərəfindən müainə baxışın keçirilməsinə, eyni zamanda torpaq sahəsinin ölçülməsinə və döngə nöqtələrinin koordinatlarının müəyyənləşdirilməsinə Cavabdeh tərəfindən yaradılan maneənin aradan qaldılmasına dair (ölçülərin götürülməsinə şərait yaradılmasına dair) qətnamə qəbul edilməsini xahiş edirəm. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclaslarında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə hər hansı məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün saymışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: JN 050F, KOD ********* nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin surətindən görünür ki, Goranboy Rayon Aqrar İslahat Komissiyasının 08 oktyabr 2001-ci il tarixli 28 saylı qərarına əsasən 0,38 hektar torpaq sahəsi ünvan 2 sakinləri X6, X1, Cavabdeh, X4, X2, X5, X9 və X10 mülkiyyətinə verilmişdir; Dаşınmаz Əmlаkın Dövlət Kadastrı və Rеyеstri publik hüquqi şəxsi tərəfindən verilmiş 3-21-3-46/5548 nömrəli, 25 dekabr 2023-cü il tarixli bildirişdən görünür ki, ünvan 2i ünvanında yerləşən torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evində yaşayan qohumu tərəfindən göstərilən maneə səbəbindən mümkün olmamışdır; Goranboy rayonu Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İ seriyalı 327984 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X12 18 oktyabr 2008-ci ildə “mədə bağırsaq qanaxması” səbəbindən ölmüşdür; Goranboy rayonu Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ seriyalı 239238 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X13 xx.xx.2016-cı ildə “xərçəng kaxeksiyası” səbəbindən ölmüşdür; Goranboy rayonu Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ seriyalı 239237 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X3 xx.xx.2020-ci ildə “digər beyindaxili qansızma” səbəbindən ölmüşdür. Məhkəmə iddiaçının izahatını dinləyib iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə tərəfindən işin araşdırılmış hallarından müəyyən olunmuşdur ki, İddiaçı və digər ailə üzvlərinin mülkiyyətində olan torpaq sahəsini DƏDRX-nin 7 saylı Ərazi İdarəsində qeydiyyatdan keçirmək istəsə də, iş üzrə Cavabdeh buna maneçilik törətmiş, ölçmə işlərini aparan əməkdaşların işinə qəsdən maneələr törətmiş, İddiaçı öz hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etməli olmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasina 1 saylı əlavə protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə etmək hüququna malikdir. İnsan hüquqları üzrə Avropa Məhkəməsi «Marks Belçikaya qarşı” işdə əmlakdan maneəsiz istifadə hüququ ilə bağlı şərh verərək göstərmişdir ki, «əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibari ilə mülkiyyət hüququna təminat verir» Avropa Məhkəməsi Sporronq və Lonnrot İsveçə qarşı işdə qeyd etmişdir ki, mülkiyyətçinin əmlakına hüququ ilə bağlı statusu toxunulmaz qalsa da, mülkiyyət hüququnun həyata keçirilməsi imkanının əhəmiyyətli dərəcədə məhdudlaşdırılması ilə mülkiyyət hüququ «şərti və qeyri-sabit» xarakter almış olur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra MM-nin): 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlakı başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın; 157.1-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır; 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4-cü maddəsinə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər; Beləliklə məhkəmə belə nəticəyə gəlir ki, iddiaçının mülkiyyət hüququ məhdudlaşdırılmamalı, onun mülkiyyətində olan əmlakdan sərbəst və maneəsiz istifadə etmək hüquqlarına təminat verilməlidir. Ona görə də İddiaçı mülkiyyət hüquqlarını məhdudlaşdıran hallar aradan qaldırılmalı, Goranboy Rayonu Aqrar İslahat Komissiyasının 08 oktyabr 2001-ci il tarixli 28 nömrəli qərarı ilə JN-050F, KOD 50901018 nömrəli şəhadətnamə əsasında Goranboy rayonu Qarasüleymanlı kəndində verilmiş 0,38 hektar torpaq səhəsi, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 7 saylı Bərdə Ərazi İdarəsinin mütəxəssisi tərəfindən müayinə baxışın keçirilməsinə, eyni zamanda torpaq sahəsinin ölçülməsinə və döngə nöqtələrinin koordinatlarının müəyyənləşdirilməsinə Cavabdeh tərəfindən yaradılan maneə aradan qaldlrılmalıdır. MPM-in: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən, MPM-in 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Goranboy Rayonu Aqrar İslahat Komissiyasının 08 oktyabr 2001-ci il tarixli 28 nömrəli qərarı ilə JN-050F, KOD 50901018 nömrəli şəhadətnamə əsasında Goranboy rayonu Qarasüleymanlı kəndində verilmiş 0,38 hektar torpaq səhəsi, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 7 saylı Bərdə Ərazi İdarəsinin mütəxəssisi tərəfindən müayinə baxışın keçirilməsinə, eyni zamanda torpaq sahəsinin ölçülməsinə və döngə nöqtələrinin koordinatlarının müəyyənlaşdirilməsinə Cavabdeh tərəfindən yaradılan maneə aradan qaldırılsın. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Taleh Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar