Məhkəmə qərarları › İş №2(045)-549/2023

Goranboy Rayon Məhkəməsi Qətnamə — İş №2(045)-549/2023

27.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Goranboy rayonu İş № 2(045)-549/2023 27.03.2023 GORANBOY RAYON MƏHKƏMƏSİ Mən, Goranboy Rayon Məhkəməsinin hakimi X1 iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı pul tələbinə dair kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizəsinə və ona əlavə edilmiş sənədlərə yazılı icraat qaydasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ M: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən, İMEİ kodu **********05157 Samsung Galaxy A11 markalı telefon üçün 221 (iki yüz iyirmi bir) manat ödənilməmiş hissə, 22 (iyirmi iki) manat cərimə; xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, X8 5, X6 Mi 3 ,X2qlıq 169 (bir yüz altmış doqquz) manat ödənilməmiş hissə, 16 (on altı) manat cərimə miqdarında borc, ümumilikdə 428 manat borc, 30 manat ödənilmiş dövlət rüsumunun tutularaq "xxxx" MMC-nin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə tərəfindən "xxxx" MMC-nin kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizəsi üzrə Cavabdeh bildiriş göndərilmiş, bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilmişdir. Cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə təqdim etməmişdir. İddiaçı "xxxx" MMC kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizəsini onunla əsaslandırmışdır ki, cavabdeh, "xxxx" MMC ilə xx.xx.2020-ci il və xx.xx.2021-ci il tarixli müqavilələrə əsasən, İMEİ kodu **********05157 Samsung Galaxy A 11 markalı telefon , X8 5, X6 Mi 3 ,X2qlıq almış və nəticədə 428 (dörd yüz iyirmi səkkiz ) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2020ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 442.8 (dörd yüz qırx iki manat səksən qəpik) manat (12ay x 36.9 manat + 0 manat ilkin ödəniş) İMEİ kodu **********05157 X5 markalı telefon üçün ümumilikdə, 243 (iki yüz qırx üç ) manat olmaqla ondan 221 (iki yüz iyirmi bir) manat ödənilməmiş hissə, güzəşt olunaraq 22 (iyirmi iki) manat cərimə; xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 190.8 (bir yüz doxsan manat səksən qəpik) manat ( 18 ay x 10.6 manat + 0 manat ilkin ödəniş) X8 5, X6 Mi 3, X2qlıq ümumilikdə, 185 ( bir yüz səksən beş) manat olmaqla ondan 169 (bir yüz altmış doqquz) manat ödənilməmiş hissə, güzəşt olunaraq 16 (on altı) manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 243.6 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlandıqda, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə aralarında bağlanılmış xx.xx.2020-ci il və xx.xx.2021-ci il tarixli müqavilələrin ayrılmaz tərkib hissəsi olan əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralaerında olan telefon danışığı, həmçinin göndərdiyi xx.xx.2022-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsələr də qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Buna görə də cavabdehdən xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən, İMEİ kodu **********05157 Samsung Galaxy A11 markalı telefon üçün 221 (iki yüz iyirmi bir) manat ödənilməmiş hissə, 22 (iyirmi iki) manat cərimə; xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, X8 5, X6 Mi 3 ,X2qlıq 169 (bir yüz altmış doqquz) manat ödənilməmiş hissə, 16 (on altı) manat cərimə miqdarında borc, ümumilikdə 428 manat borc, 30 manat ödənilmiş dövlət rüsumunun tutularaq "xxxx" MMC-nin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. İş materiallarında olan "xxxx" MMC-nin xx.xx.2020-ci il və xx.xx.2021-ci il tarixli müqavilələrdən görünür ki, Cavabdeh "xxxx" MMC-dən İMEİ kodu **********05157 Samsung Galaxy A 11 markalı telefon, X8 5, X6 Mi 3, X2qlıq nisyə almışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, cavabdehin İMEİ kodu **********05157 Samsung Galaxy A11 markalı telefon üçün 221 (iki yüz iyirmi bir) manat ödənilməmiş hissə, 22 (iyirmi iki) manat cərimə; xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, X8 5, X6 Mi 3 ,X2qlıq 169 (bir yüz altmış doqquz) manat ödənilməmiş hissə, 16 (on altı) manat cərimə miqdarında borc, ümumilikdə 428 manat borcu vardır. İş materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixli ********** saylı mədaxil qəbzindən görüünr ki, "xxxx" MMC tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir. İş materiallarına əlavə olunmuş xəbərdarlıq məktubundan görünür ki Goranboy rayonu, Şəfəq kəndində qeydiyyatda olan və yaşayan Cavabdeh müqavilə üzrə öhdəliklərin lazımi qaydada icra edilməsi haqqında xəbərdarlıq edilmişdir. Məhkəmə, iş materiallarında olan subutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək belə qənaətə gəlir ki, "xxxx" MMC-nin kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizəsi təmin edilməlidir. Belə ki, "xxxx" MMC-nin iddia ərizəsindən və ona əlavə edilmiş sənədlərdən müəyyən olunur ki, Cavabdeh "xxxx" MMC ilə xx.xx.2020-ci il və xx.xx.2021-ci il tarixli müqavilələrə əsasən, İMEİ kodu **********05157 Samsung Galaxy A 11 markalı telefon, X8 5, X6 Mi 3 ,X2qlıq almış və nəticədə 428 (dörd yüz iyirmi səkkiz ) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 442.8 (dörd yüz qırx iki manat səksən qəpik) manat (12ay x 36.9 manat + 0 manat ilkin ödəniş) İMEİ kodu **********05157 X5 markalı telefon üçün ümumilikdə, 243 (iki yüz qırx üç ) manat olmaqla ondan 221 (iki yüz iyirmi bir) manat ödənilməmiş hissə, güzəşt olunaraq 22 (iyirmi iki) manat cərimə; xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 190.8 (bir yüz doxsan manat səksən qəpik) manat ( 18 ay x 10.6 manat + 0 manat ilkin ödəniş) X8 5, X6 Mi 3, X2qlıq ümumilikdə, 185 ( bir yüz səksən beş) manat olmaqla ondan 169 (bir yüz altmış doqquz) manat ödənilməmiş hissə, güzəşt olunaraq 16 (on altı) manat cərimə miqdarında borc yaranmışdır. İşin göstərilən halları iddia ərizəsi və iş materiallarında olan digər sübutlarla tam təsdiq olunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 427.4-cü maddəsinə əsasən ağlabatan müddətdə icra edilməmiş öhdəliyi, eləcə də icra müddəti tələbetmə anı ilə müəyyənləşdirilmiş öhdəliyi borclu kreditorun icra tələbini irəli sürdüyü gündən yeddi gün müddətində icra etməyə borcludur, bu şərtlə ki, bu Məcəllədən, öhdəliyin şərtlərindən, işgüzar adətlərdən və ya öhdəliyin mahiyyətindən icranı başqa müddətdə həyata keçirmək vəzifəsi irəli gəlməsin. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 449.2-ci maddəsinə əsasən bank uçot dərəcəsini Azərbaycan Respublikasının Mərkəzi Bankı müəyyənləşdirir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən alğısatqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 600.2-ci maddəsinə əsasən əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. Həmin Məcəllənin 472.1 və 472.2-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1 və 119.2-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir. Qeyd olunanları nəzərə alaraq və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq məhkəmə belə nəticəyə gəlir ki, Cavabdeh xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən, İMEİ kodu **********05157 Samsung Galaxy A11 markalı telefon üçün 221 (iki yüz iyirmi bir) manat ödənilməmiş hissə, 22 (iyirmi iki) manat cərimə; xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, X8 5, X6 Mi 3 ,X2qlıq 169 (bir yüz altmış doqquz) manat ödənilməmiş hissə, 16 (on altı) manat cərimə miqdarında borc, ümumilikdə 428 manat borc və 30 manat ödənilmiş dövlət rüsumu tutularaq "xxxx" MMC-nin hesabına ödənilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 284-6.1-ci maddəsinə əsasən İşə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 284-6.2-ci maddəsinə əsasən məhkəmə qətnaməsindən bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada apellyasiya şikayəti verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı pul tələbinə dair kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizəsi təmin edilsin. Cavabdeh xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən, İMEİ kodu **********05157 Samsung Galaxy A11 markalı telefon üçün 221 (iki yüz iyirmi bir) manat ödənilməmiş hissə, 22 (iyirmi iki) manat cərimə; xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, X8 5, X6 Mi 3 ,X2qlıq 169 (bir yüz altmış doqquz) manat ödənilməmiş hissə, 16 (on altı) manat cərimə miqdarında borc, ümumilikdə 428 manat borc və 30 manat ödənilmiş dövlət rüsumu tutularaq "xxxx" MMC-nin hesabına ödənilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Goranboy Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Toğrul Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar