Azərbaycan Respublikası adından QƏTNAMƏ Goranboy rayonu İş № 2(045)-55/2023 31.01.2023 GORANBOY RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Taleh Məhəmmədəli оğlunun sədrliyi, X5 qızının katibliyi ilə, İddiaçı "xxxx" ASC-nin nümayəndəsi X1, Cavabdeh1 iştirakları ilə, İddiaçı "xxxx" ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İsabalı oğluna qarşı “kredit borcunun qaytarılması" tələbinə dair iddiа ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binаsındа, аçıq məhkəmə iclаsındа bахаrаq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı "xxxx" ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cəmi 8886,14 (səkkiz min səkkiz yüz səksən altı manat on dörd qəpik) manat - bundan 2884,53 (iki min səkkiz yüz səksən dörd manat əlli üç qəpik) manat əsas, 3103,68 (üç min bir yüz üç manat altmış səkkiz qəpik) manat faiz, 2483,93 (iki min dörd yüz səksən üç manat doxsan üç qəpik) manat cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 414 (dörd yüz on dörd) manat faiz borcu və iş üzrə ödənilmiş 108,87 (bir yüz səkkiz manat səksən yeddi qəpik) manat dövlət rüsumunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İsabalı oğlundan müştərək qaydada tutularaq ləğv prosesində olan "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini хаhiş еtmişdir. İddiaçı "xxxx" ASC iddia ərizəsini onunla əsaslandırmışdır ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında 24 avqust 2017-ci il tarixli 005280 nömrəli Bank Xidmətləri Müqaviləsi bağlanmışdır. 24 avqust 2017-ci il tarixli 005280 nömrəli Bank Xidmətləri Müqaviləsinə əsasən 24 avqust 2017-ci il tarixində 5 saylı Əlavə saziş bağlanaraq Cavabdeh1 24 (iyirmi dörd) ay müddətinə illik 29 (iyirmi doqquz) faiz dərəcəsi ilə 5000 (beş min) manat məbləğində kredit verilmişdir. Cavabdeh1 kredit verilərkən İsmayılov İsşbah oğlu ilə Bank arasında 24 avqust 2017-ci il tarixli Zaminlik müqaviləsi bağlanmışdır. Bu müqavilənin 4.2-cı bəndinə əsasən zamin durmuş şəxs kredit borcunun vaxtı vaxtında ödənilməsi üçün Bank qarşısında borcalanla birlikdə cavabdehlik daşıyır. Borcun ödənilməsi barədə cavabdehlərə dəfələrlə şifahi müraciət olunmasına, habelə **********501 saylı xx.xx.2022-ci il tarixli bildiriş məktublarının göndərilməsinə baxmayaraq, cavabdehlər borcun ödənilməsi üçün heç bir tədbir görməmişlər. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavadehlər tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdehlər onlara verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydılar, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. Cavabdeh1 xx.xx.2022-ci il tarixə kredit üzrə cəmi borcu 8886,14 (səkkiz min səkkiz yüz səksən altı manat 14 qəpik) manat təşkil edir. Bundan 2884,53 (iki min səkkiz yüz səksən dörd manat 53 qəpik) manat əsas, 3103,68 (üç min bir yüz üç manat 68 qəpik) manat faiz, 2483,93 (iki min dörd yüz səksən üç manat 93 qəpik) manat cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 414 (dörd yüz on dörd) manat faiz borcu təşkil edir. Məhkəmə iclasında iddiaçı "xxxx" ASC-nin nümayəndəsi X3 iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 izahatında bildirdi ki, bankdan götürmüş olduğu kreditin ödənilməsi barədə 5 il müddətində ona heç bir xəbərdarlıq edilməmiş və hazırda bank onu məhkəməyə verərək kredit borcunu tələb edir. Odur ki, iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. Cavabdeh2 İsabalı oğlu məhkəmə iclaslarında iştirak etməməyinin səbəbləri barədə məhkəməyə hər hansı məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 185.5-ci maddəsinə əsasən işə Cavabdeh2 İsabalı oğlunun iştirakı olmadan baxılmasını mümkün saymışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 24 avqust 2017-ci il tarixli, 005280 nömrəli kredit müqaviləsinə əsasən "xxxx" ASC Cavabdeh1 24 ay müddətinə, illik 29 faiz olmaqla 5000 manat məbləğində kredit verməyi, Cavabdeh1 həmin məbləğdə krediti qəbul etməyi, kredit üzrə əsas borcu və ona hesablanmış faizləri müqavilədə göstərilən müddətdə və qaydada ödəməyi, habelə ödənişlərdə gecikdirməyə yol verdiyi təqdirdə hesablanmış cərimə məbləğini ödəməyi öhdəsinə götürmüşdür. Həmçinin, borclunun öhdəliyi zaminliklə təmin olunmuş və Cavabdeh2 İsabalı oğlu bu müqavilə üzrə zamin qismində üzərinə öhdəliklər götürmüşdür; 05 iyul 2022-ci il tarixli məktubdan görünür ki, Cavabdeh1 "xxxx" ASC-yə 2884,53 (iki min səkkiz yüz səksən dörd manat əlli üç qəpik) manat əsas, 3103,68 (üç min bir yüz üç manat altmış səkkiz qəpik) manat faiz, 2483,93 (iki min dörd yüz səksən üç manat doxsan üç qəpik) manat cərimə, gecikdirilmiş vaxt üçün hesablanan faiz məbləği 414 (dörd yüz on dörd) manat, cəmi 8886 (səkkiz min səkkiz yüz səksən altı) manat məbləğində borcu vardır; xx.xx.2017-ci il tarixli kassa məxaric orderindən görünür ki, Cavabdeh1 İddiaçı ASC tərəfindən verilmiş 5000 manat məbləğində vəsaiti qəbul etmişdir; Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 23 dekabr 2022-ci il tarixli, 9/8192 nömrəli ekspert rəyindən görünür ki, Cavabdeh1 25 avqust 2022-ci il tarixə (iddia ərizəsin tarixinə) banka olan əsas borcu üzrə 2884,73 manat, faiz borcu üzrə 1092,01 manat, faiz borcu (5% ilə) 433,11 manat məbləğində müəyyən olunmuşdur; Hökümət ödəniş portalının xx.xx.2022-ci il tarixli, ********* nömrəli mədaxil qəbzindən görünür ki, "xxxx" ASC tərəfindən iddia verilməsi üçün 108,87 manat dövlət rüsumu ödəmişdir; Məhkəmə, iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hesab edir ki, iddia qismən təmin edilməlidir. Beləliklə, məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilir ki, Cavabdeh1 "xxxx" ASC tərəfindən 24 (iyirmi dörd) ay müddətinə illik 29 (iyirmi doqquz) faiz dərəcəsi ilə 5000 (beş min) manat məbləğində kredit verilmiş, Cavabdeh2 İsabalı oğlu borclunun öhdəliyini icra etməsi üçün zamin kimi müəyyən olunmuşdur. Cavabdeh1 kredit müqaviləsi üzrə borcun və ona hesablanmış faizlərin ödənilməsi barədə öhdəlik götürmüş, lakin öhdəliklərini yerinə yetirməmiş, nəticədə banka borcu qalmışdır. Eyni zamanda məhkəmə qeyd edir ki, iddia ərizəsi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra - MM) 373.2-ci maddəsinin tələbinə uyğun olaraq iddia müddəti ötürülmədən verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-MM): 385.1-ci mаddəsinə əsаsən öhdəliyə əsаsən bir şəхs (bоrclu) bаşqа şəхsin (krеditоrun) хеyrinə müəyyən hərəkəti еtməlidir, məsələn, pul ödəməli, krеditоrun isə bоrcludаn vəzifəsinin icrаsını tələb еtmək hüququ vаrdır; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1-ci mаddəsinə əsаsən bоrclu оnun risk dаirəsinə dахil оlаn öhdəliklərin icrа еdilmədiyi bütün hаllаr üçün cаvаbdеhdir; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pоzuntusu üçün məsuliyyət dаşıyır. 448.4-cü mаddəsinə əsаsən borclu öhdəliyin pozulmasına görə bu şərtlə məsuliyyət daşımır ki, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirsin. Borclu maneədən xəbərdardırsa və ya xəbərdar olmalıdırsa, həmin maneə və icra qabiliyyətinə onun təsiri barədə kreditora dərhal məlumat verməlidir. Əgər kreditor məlumatı dərhal almazsa, borclu məlumatın vaxtında alınmaması ilə əlaqədar kreditorun düşdüyü zərər üçün məsuliyyət daşıyır; 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Məhkəmə zaminliyə dair qeyd edir ki, hazırkı iddia tələbi həm kredit müqaviləsi üzrə borcluya, həm də zaminə qarşı yönəlmişdir. Digər cavabdeh (zamin) Cavabdeh2 İsabalı oğluna qarşı irəli sürülmüş tələb təmin olunmamalıdır. Belə ki, Mülki Məcəllənin 477.0.4-cü maddəsinə görə zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda, belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Zaminlik müqaviləsinin 5.1.4-cü bəndinə əsasən zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən 1 (bir) il ərzində kreditor tərəfindən zaminə qarşı iddia irəli sürülmədiyi halda zaminliyə xitam verilir. Beləliklə, kredit müqaviləsi üzrə öhdəliyin icrası vaxtı xx.xx.2019-cu il tarixdə başa çatmış, lakin bu tarixdən sonra bir il ərzində kreditor zaminə qarşı iddia irəli sürməmiş, hazırkı iddia ərizəsi zaminliyə xitam verildikdən sonra, yəni xx.xx.2022-ci il tarixdə məhkəməyə verilmişdir. Zaminliyə xitam verildiyindən zamin Cavabdeh2 İsabalı oğlu iddiaçı qarşısında məsuliyyət daşımır və iddia tələbi cavabdeh (zamin) Cavabdeh2 İsabalı oğluna dair hissədə təmin edilməməlidir. Məhkəmə, sübutlara münasibətdə qeyd edir ki, qanuna və ya digər normativ-hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Məhkəmə qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə işin baxılması və həll olunması zamanı qüvvədə olan maddi və prosessual hüquq normalarına uyğun çıxarılmalıdır (MPM-in 81, 88, 103, 217.1 və 218.1-ci maddələri). Mahmudov Rusiyaya qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Beləliklə, məhkəmə iddia tələbinin əsas və faiz borcu hissəsinə dair qeyd edir ki, tələb bu hissədə ekspertin xx.xx.2022-ci il tarixli rəyinə əsaslanmaqla qismən təmin edilməlidir. Çünki məhkəmə sözügedən ekspertin rəyini mötəbər dəlil kimi qəbul edir, ona görə ki, ekspertin tədqiqat prosesinin təsviri hissəsindən göründüyü kimi tədqiqat iddiaçının məhkəməyə təqdim etdiyi iş materiallarında olan sənədlərə istinadən aparılaraq, əsas və faiz borcunun hesablanması aydın şəkildə cədvəl üzrə təsvir edilmişdir. Lakin iddia ərizəsində tələb olunan əsas və faiz borcunun məbləğinin İddiaçı ASC tərəfindən hansı qayda və üsulla hesablandığı göstərilməmişdir. Odur ki, Cavabdeh1 iddiaçı "xxxx" ASC-nin xeyrinə 2884,73 manat məbləğində əsas borc, 1092,01 manat məbləğində faiz borcu və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 dekabr 2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış faiz borcu (5 % ilə) 433,11 manat tutulmalıdır. Məhkəmə, həmçinin iddia tələbinin müqavilə üzrə borcun gecikdirilməsinə görə hesablanmış və tələb olunan 2483,93 manat cərimə hissəsinə dair qeyd edir ki, tələb bu hissədə tənasübsüz surətdə yüksəkdir və Mülki Məcəllənin 467-ci maddəsi rəhbər tutulmaqla azaldılaraq 50 (əlli) manat məbləğində müəyyən edilməlidir. Məhkəmə, iddia tələbinin ödənilmiş 108,87 (bir yüz səkkiz manat, səksən yeddi qəpik) manat məbləğində dövlət rüsumunun əvəzinin tutularaq iddiaçıya ödənilməsi hissəsinə münasibətdə qeyd edir ki, iddia bu hissədə qismən təmin edilməli, yəni “Dövlət rüsumu haqqında” qanununun 8.1.2-ci maddəsinə (30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi) əsasən cavabdehdən tutulmalı dövlət rüsumunun məbləği 64,60 (altmış dörd manat altmış qəpik) manat müəyyən edilməli və dövlət rüsumunun 44,27 (qırx dörd manat iyirmi yeddi qəpik) manat hissəsi isə iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra - MPM): 14.2-ci mаddəsinə əsаsən məhkəmə yаlnız tərəflərin təqdim еtdikləri sübutlаrı аrаşdırmаlı və оnlаrdаn istifаdə еtməlidir; 77.1-ci mаddəsinə əsаsən hər bir tərəf öz tələblərinin və еtirаzlаrının əsаsı kimi istinаd еtdiyi hаllаrı sübut еtməlidir; 119.1-ci mаddəsinə əsаsən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü mаddəsinə əsаsən məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq оlunmuş sübutlаrlа əsаslаndırır. Yekun araşdırmanın nəticəsi olaraq məhkəmə hesab edir ki, Cavabdeh1 kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə də, Cavabdeh1 onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, kredit borcunu iddiaçıya ödəməlidir. Odur ki, Cavabdeh1 əsas borc üzrə 2884,73 manat, faiz borcu üzrə 1092,01 manat, cərimə üzrə 50 manat, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 dekabr 2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış faiz borcu (5 %-ilə) 433,11 manat olmaqla, cəmi 4459,85 manat borc pul, iddiа ərizəsinə görə ödənilmiş 108,87 manat məbləğində dövlət rüsumunun 64,60 (altmış dörd manat altmış qəpik) manat hissəsinin əvəzi iddiaçı LPO "xxxx" ASC-nin хеyrinə tutulmаlı, dövlət rüsumunun 44,27 (qırx dörd manat iyirmi yeddi qəpik) manat hissəsi isə iddiaçıya aid edilməlidir. Ekspert tədqiqatının dəyərini təşkil edən 100 (yüz) manat məbləğində pul vəsaiti Cavabdeh1 tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Yuxarıda qeyd оlununlаrа əsаsən, MPM-in 216-220, 227, 233 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh1 əsas borc üzrə 2884,73 manat, faiz borcu üzrə 1092,01 manat, cərimə üzrə 50 manat, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 dekabr 2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış faiz borcu (5 %-ilə) 433,11 manat olmaqla, cəmi 4459,85 manat borc pul iddiaçı LPO "xxxx" ASC-nin хеyrinə tutulsun. İddiа ərizəsinə görə ödənilmiş 108,87 manat məbləğində dövlət rüsumunun 64,60 (altmış dörd manat altmış qəpik) manat hissəsinin əvəzi (ödənilmiş tələbin məbləğinə mütənasib olaraq) Cavabdeh1 iddiaçı LPO "xxxx" ASC-nin хеyrinə tutulsun, dövlət rüsumunun 44,27 (qırx dörd manat iyirmi yeddi qəpik) manat hissəsi isə iddiaçıya aid edilsin. Ekspertiza tədqiqatının dəyəri - 100 (bir yüz) manat məbləğində məhkəmə xərci Cavabdeh1 tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (büdcə təsnifanını kodu: 142595, büdcə səviyyəsinin kodu: 3, X2: kod 210005, VÖEN: **********, müxbir hesab: AZ41NABZ ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi: VÖEN: **********, hesab: AZ34CTRE********************) ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Taleh Mustafayev
Məhkəmə qərarları › İş №2(045)-55/2023
Goranboy Rayon Məhkəməsi Qətnamə — İş №2(045)-55/2023
31.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver