Məhkəmə qərarları › İş №2(045)-613/2023

Goranboy Rayon Məhkəməsi Qətnamə — İş №2(045)-613/2023

10.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Goranboy rayonu İş № 2(045)-613/2023 10.04.2023 GORANBOY RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Tural Mehman oğlunun sədrliyi ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “borc” tələbinə dair kiçik iddia ərizəsi üzrə mülki işə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən İMEİ Kodu **********29648 Samsung Galaxy A02S markalı telefon üçün 357.6 (üç yüz əlli yeddi manat altmış qəpik) manat ödənilməmiş hissə, 35.4 (otuz beş manat qırx qəpik) manat cərimə, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən İMEİ Kodu **********67100 Xıaomı Redmı 9C markalı telefon üçün 247.64 (iki yüz qırx yeddi manat altmış dörd qəpik) manat ödənilməmiş hissə, 24.64 (iyirmi dörd manat altmış dörd qəpik) manat cərimə, ümumilikdə 665 (altı yüz altmış beş) manat borc və 30 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsində tələbini onunla əsaslandırmışdır ki, cavabdeh "xxxx" MMC ilə xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, İMEİ Kodu **********29648 Samsung Galaxy A02S, İMEİ Kodu **********67100 Xıaomı Redmı 9C markalı telefon almış və nəticədə 665 (altı yüz altmış beş) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən alqısatqı qiyməti 439.3 (dörd yüz otuz doqquz manat otuz qəpik) manat (18 ay x 23.6 manat + 14.5 manat ilkin ödəniş) İMEİ Kodu **********29648 Samsung Galaxy A02S markalı telefon üçün ümumilikdə, 393 (üç yüz doxsan üç) manat olmaqla onun 357.6 (üç yüz əlli yeddi manat altmış qəpik) manat ödənilməmiş hissə, güzəşt olunaraq 35.4 (otuz beş manat qırx qəpik) manat cərimə; xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 298.96 (iki yüz doxsan səkkiz manat doxsan altı qəpik) manat (18 ay x 16.52 manat + 1.6 manat ilkin ödəniş) İMEİ Kodu **********67100 Xıaomı Redmı 9C markalı telefon üçün ümumilikdə, 495 (dörd yüz doxsan beş) manat olmaqla onun 247.64 (iki yüz qırx yeddi manat altmış dörd qəpik) manat ödənilməmiş hissə, güzəşt olunaraq 24.64 (iyirmi dörd manat altmış dörd qəpik) manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 133.3 (bir yüz otuz üç manat otuz qəpik) manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə aralarında bağlanılmış xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixli müqavilələrin ayrılmaz tərkib hissəsi olan əşyaların təhvil-təslim aktlarından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərilmiş xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsələr də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Tələblərinin əsaslılığını və əmlakın dəyərini sübut edən sənədlər: tərəflər arasında bağlanmış müqavilə, onun əlavəsi, bildirişi, əşyaların təhvil-təslim aktı və ödəniş cədvəlindən ibarətdir. Məhkəmə, iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən cavabdeh iddiaçıdan İMEİ Kodu **********29648 olan Samsung Galaxy A02S markalı telefonu 436.2 (dörd yüz otuz altı manat iyirmi qəpik) manata nisyə almışdır; xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən cavabdeh iddiaçıdan İMEİ Kodu **********67100 olan Xıaomı Redmı 9C markalı telefonu 298.28 (iki yüz doxsan səkkiz manat iyirmi səkkiz qəpik) manata nisyə almışdır; xx.xx.2023-cü il tarixli maliyyə və ödəniş cədvəlinə əsasən Cavabdeh xx.xx.2021-ci il müqaviləyə əsasən İMEİ Kodu **********29648 Samsung Galaxy A02S üçün 357 (üç yüz əlli yeddi) manat ödənilməmiş hissə, 35.4 (otuz beş manat qırx qəpik) manat cərimə, İMEİ Kodu **********67100 Xıaomı Redmı 9C markalı telefon üçün 247.36 (iki yüz qırx yeddi manat otuz altı qəpik) manat ödənilməmiş hissə, 24.64 (iyirmi dörd manat altmış dörd qəpik) manat cərimə, ümumilikdə 665 (altı yez altmış beş) manat borcu vardır; xx.xx.2023-cü il tarixli, ********** mədaxil qəbzinə əsasən "xxxx" MMC məhkəmədə iddia qaldırmaq üçün 30 manat məbləğində dövlət rüsumu ödəmişdir. Beləliklə, tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə də Cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, öhdəliyini icra etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür; 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər; 600.5-ci maddəsinə əsasən alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Məhkəmə iddia tələbinin müqavilə üzrə borcun gecikdirilməsinə görə hesablanmış və tələb olunan 35.4 (otuz beş manat qırx qəpik) manat və 24.64 (iyirmi dörd manat altmış dörd qəpik) manat məbləğində cərimə hissəsinə dair qeyd edir ki, bu tələb tənasübsüz surətdə yüksəkdir və Mülki Məcəllənin 467-ci maddəsi rəhbər tutulmaqla azaldılaraq müvafiq olaraq 10 (on) manat və 5 (beş) manat məbləğində müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra - MPM): 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 284-5.3-cü maddəsinə əsasən kiçik iddialara dair ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, xx.xx.2021-ci il müqaviləyə əsasən İMEİ Kodu **********29648 Samsung Galaxy A02S üçün 357.60 (üç yüz əlli yeddi manat altmış qəpik) manat ödənilməmiş hissə, 10 (on) manat cərimə, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən İMEİ Kodu **********67100 Xıaomı Redmı 9C markalı telefon üçün 247.64 (iki yüz qırx yeddi manat altmış dörd qəpik) manat ödənilməmiş hissə, 5 (beş) manat cərimə, ümumilikdə 620.24 (altı yüz iyirmi manat iyirmi dörd qəpik) manat borc və 30 manat dövlət rüsumu Cavabdeh iddiaçı "xxxx" MMC-nin xeyrinə tutulmalıdır. Qeyd olanlara əsasən və MPM-in 210-248, 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. xx.xx.2021-ci il müqaviləyə əsasən İMEİ Kodu **********29648 Samsung Galaxy A02S üçün 357.60 (üç yüz əlli yeddi manat altmış qəpik) manat ödənilməmiş hissə, 10 (on) manat cərimə, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən İMEİ Kodu **********67100 Xıaomı Redmı 9C markalı telefon üçün 247.64 (iki yüz qırx yeddi manat altmış dörd qəpik) manat ödənilməmiş hissə, 5 (beş) manat cərimə, ümumilikdə 620.24 (altı yüz iyirmi manat iyirmi dörd qəpik) manat borc və 30 manat dövlət rüsumu Cavabdeh iddiaçı "xxxx" MMCnin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Tural Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar