Məhkəmə qərarları › İş №2(045)-647/2023

Goranboy Rayon Məhkəməsi Qətnamə — İş №2(045)-647/2023

05.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Goranboy rayonu İş № 2(045)-647/2023 05.04.2023 GORANBOY RAYON MƏHKƏMƏSİ X2 Məhəmmədəli oğlunun sədrliyi, X1 qızının katibliyi ilə, Cavabdehlər Borclu1 və Borclu2 iştirakları ilə, İddiaçı "xxxx" ASC-nin cavabdehlər Borclu1 və Borclu2 qarşı “kredit borcunun qaytarılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, bankla Borclu1 arasında 16 dekabr 2015-ci il tarixli, № ƏH/444 saylı kredit müqaviləsinə, Borclu2 arasında 16 dekabr 2015-ci il tarixli № ƏH/444 saylı zaminlik müqaviləsinə əsasən borclular Borclu1 və Borclu2 birgə qaydada 2373 (iki min üç yüz yetmiş üç) ABŞ dolları əsas borc, 1291 (bir min iki yüz doxsan bir) ABŞ dolları faiz borcu, 200 (iki yüz) ABŞ dolları cərimə borcu olmaqla, cəmi 3864 (üç min səkkiz yüz altmış dörd) ABŞ dolları pul vəsaitinin və ödənilmiş 20 (iyirmi) manat dövlət rüsumunun tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsində tələbini onunla əsaslandırmışdır ki, "xxxx" ASC "Goranboy" filialı ilə Borclu1 arasında 16 dekabr 2015-ci il tarixli, № ƏH/444 saylı kredit müqaviləsi bağlanaraq borcalana 36 (otuz altı) ay müddətinə, illik 25 (iyirmi beş) faiz ödəmək şərti ilə, 2373 ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsinə əsasən Borcalan krediti va ona hesablanmış faizləri bankın kassasına nağd şəkildə ödəməyi öhdəsinə götürmüşdür. Lakin borcluya dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq hal-hazıradak kredit müqaviləsi üzrə götürülmüş öhdəliklər yerinə yetirilməmiş, borc ödənilməmişdir. Götürülmüş kredit üzrə "xxxx" ASC "Goranboy" filialı ilə Borclu2 arasında 16 dekabr 2015ci il tarixli ƏH/444 saylı zaminlik müqaviləsi baglanmışdır. Zaminlik müqaviləsinə əsasən Zamin Kreditor qarşısında 16 dekabr 2015-ci il tarixli ƏH/444 saylı Kredit Müqaviləsi üzrə öhdəliklərinin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti öz üzərinə götürür. Hazırda borclunun 2373 (iki min üç yüz yetmiş üç) ABŞ dolları əsas borc, 1291 (bir min iki yüz doxsan bir) ABŞ dolları faiz borcu, 200 (iki yüz) ABŞ dolları cərimə borcu olmaqla, cəmi 3864 (üç min səkkiz yüz altmış dörd) ABŞ dolları borcu vardır. Məhkəmə iclasında iştirak edən cavabdeh Borclu1 bildirdi ki, borcundan iki ay ödəniş etmiş, lakin qalıq qalan kredit borcundan bu günə kimi heç bir ödəniş etməmişdir. Hazırda bankın tələb etdiyi 3864 ABŞ dolları məbləği çox yüksəkdir, ona görə cərimə məbləğinin azaldılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh Borclu2 bildirdi ki, hazırkı kredit müqaviləsi üzrə əsas borclu, yəni cavabdeh Borclu1 zamin durmuşdur. Borclu1 yaranmış kredit borcundan borcundan iki ay ödəniş etmiş, lakin qalıq kredit borcundan bu günə kimi heç bir ödəniş etməmişdir. Lakin cərimə məbləği yüksək olduğu üçün məhkəmədən qətnamə qəbul edərkən cərimə məbləğinin azaldılmasının nəzərə alınmasını xahiş etdi. İddiaçı "xxxx" ASC-yə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclaslarında iştirak etməmiş və iştirak etməməyinin səbəbləri barədə məhkəməyə hər hansı məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 185.5-ci maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün saymışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: "xxxx" ASC ilə Borclu1 arasında bağlanmış xx.xx.2015-ci il tarixli, ƏH/444 nömrəli bank hesabı və kredit müqaviləsindən görünür ki, bank borcalana 36 ay müddətinə, illik 25 faiz ödənilməsi şərti ilə 2373 ABŞ dolları məbləğində kredit vermişdir; "xxxx" ASC ilə Borclu2 arasında xx.xx.2015-ci il tarixli ƏH/444/1 nömrəli zaminlik müqaviləsi bağlanmışdır; xx.xx.2015-ci il tarixli məxaric kassa orderindən görünür ki, bank tərəfinən Borclu1 hesabına 2373 ABŞ dolları məbləğində vəsait köçürülmüşdür; xx.xx.2018-ci il tarixli “Maliyyə arayışına” əsasən, Borclu1 xx.xx.2015-ci il tarixli, ƏH/444 saylı kredit müqaviləsi bağlanaraq borclana 36 ay müddətinə, illik 25 faiz ödəmək şərti ilə, 2373 ABŞ dolları kredit götürmüş və xx.xx.2018-ci il tarixə banka 2373 ABŞ dolları əsas borc, 1291 ABŞ dolları faiz borcu və 200 ABŞ dolları cərimə borcu vardır; Məhkəmə, cavabdehlərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, işin müəyyən еdilmiş hаllаrındаn görünür ki, iddiaçı xx.xx.2015-ci il tarixli, ƏH/444 nömrəli kredit müqaviləsinə əsаsən cаvаbdеhə 36 аy müddətinə, illik 25 %-lə, 2373 ABŞ dolları məbləğində krеdit vеrilmişdir. Cаvаbdеh krеditin əsаs məbləğini və hеsаblаnmış fаizləri hər аy bərаbər hissələrlə ödəməyi öhdəsinə götürsə də, krеditin qаytаrılmаsı üzrə öhdəliyini lаzımıncа icrа еtməmiş, nəticədə xx.xx.2018-ci il tarixə banka 2373 ABŞ dolları əsas borc, 1291 ABŞ dolları faiz borcu və 200 ABŞ dolları cərimə borcu olmaqla, cəmi cəmi 3864 (üç min səkkiz yüz altmış dörd) ABŞ dolları pul borcu yаrаnmışdır. Yаrаnmış bоrcu ödəməsi barədə cаvаbdеhə xəbərdarlıq olunmasına və rəsmi bildirişin göndərilməsinə baxmayaraq borcun qaytarılması təmin edilməmişdir. Qeyd olunmalıdır ki, azad sahibkarlıq və bazar iqtisadiyyatı şəraitində əmlak və əmlakla bağlı qeyri-əmlak münasibətlərindən əmələ gələn öhdəliklərin icrasının böyük iqtisadi-sosial əhəmiyyəti vardır. Müqavilələrdən irəli gələn öhdəliklərin vicdanla yerinə yetirilməsi, ilk növbədə, tərəflərin qanuni maraqlarına və mülki dövriyyənin sabitliyinə xidmət edir. Eyni zamanda, kredit müqaviləsi üzrə öhdəliklərin vaxtında icra edilməsi göstərilən məqsədlərlə yanaşı, dövlətin iqtisadi-maliyyə vəziyyətinin stabilliyinə və inkişafına yönəlir, bu isə banklara əmanətçilər tərəfindən göstərilən etimada müsbət təsir göstərməklə, ölkənin iqtisadi təhlükəsizliyinin qorunması və əhalinin daha da yüksək yaşayış səviyyəsinin təmin edilməsi ilə nəticələnir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 427.1-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448-ci maddəsinə əsasən əgər bu Məcəllə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 739.1-ci maddəsinə borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Məhkəmə iddia tələbinin müqavilə üzrə borcun gecikdirilməsinə görə hesablanmış və tələb olunan 200 ABŞ dolları məbləğində cərimə hissəsinə dair qeyd edir ki, bu tələb tənasübsüz surətdə yüksəkdir və MM-nin 467-ci maddəsi rəhbər tutulmaqla azaldılaraq 50 ABŞ dolları məbləğində müəyyən edilməlidir. Göründüyü kimi, cavabdeh Borclu1 kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə də Borclu1 onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, öhdəliyini icra etməlidir. Həmçinin, Borclu2 da zamin olduğu üçün əsas borclu ilə birlikdə iddiaçı "xxxx" ASC qarşısında birgə məsuliyyət daşımalıdır. MPM-in: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli cavabdehlər Borclu1 və Borclu2 birgə qaydada 2373 (iki min üç yüz yetmiş üç) ABŞ dolları əsas borc, 1291 (bir min iki yüz doxsan bir) ABŞ dolları faiz borcu, 50 (əlli) ABŞ dolları cərimə borcu olmaqla, cəmi 3714 (üç min yeddi yüz on dörd) ABŞ dolları məbləğində pul vəsaiti və ödənilmiş 20 (iyirmi) manat məbləğində dövlət rüsumunun əvəzi iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulmalıdır. Qeyd olunanlara əsasən MPM-in 216-220-ci, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər Borclu1 və Borclu2 birgə qaydada 2373 (iki min üç yüz yetmiş üç) ABŞ dolları əsas borc, 1291 (bir min iki yüz doxsan bir) ABŞ dolları faiz borcu, 50 (əlli) ABŞ dolları cərimə borcu olmaqla, cəmi 3714 (üç min yeddi yüz on dörd) ABŞ dolları məbləğində pul vəsaiti və ödənilmiş 20 (iyirmi) manat məbləğində dövlət rüsumunun əvəzi iddiaçı "xxxx" ASC-nin xeyrinətutulsun. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hаkim Taleh Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar