Azərbaycan Respublikası adından QƏTNAMƏ Goranboy rayonu İş № 2(045)-663/2023 25.04.2023 GORANBOY RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Tural Mehman oğlunun sədrliyi ilə, İddiaçı "xxxx" MM QBKT-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 oğluna qarşı “pul” tələbinə dair kiçik iddia ərizəsi üzrə mülki işə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MM QBKT iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada, əsas borc üzrə 3120.13 (üç min yüz iyirmi manat on üç qəpik) manat, faiz borcu üzrə 15.51 (on beş manat əlli bir qəpik) manat, cərimə borcuna görə 0.00 manat olmaqla, cəmi 3135.64 (üç min yüz otuz beş manat altmış dörd qəpik) manat məbləğində borcun və 51.36 (əlli bir manat otuz altı qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumunun "xxxx" MM QBKT-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-ci il tarixli, **********0304 saylı güzəştli kredit (restrukturizasiya) müqaviləsinin 1.1-ci bəndinə əsasən kredit alanın vaxtı keçmiş əsas kredit borcunun bu müqavilə imzalanan tarixə 4132.49 (dörd min yüz otuz iki manat qırx doqquz qəpik) manat qalıq məbləği illik 1% faiz dərəcəsi olmaqla və 1 (bir) il güzəşt müddəti müəyyən edilməklə 5 (beş) il müddətinə vaxtı keçmiş kredit borcunun ödənilməsinə yönəldilmişdir. Həmin kredit müqaviləsinə əsasən əlavə hesab edilən ödəniş cədvəlinə əsasən borclunun bir güzəşt müddətinə hər ay 3.44 (üç manat qırx dörd qəpik) manat dörd il müddətinə isə hər ay 87.89 (səksən yeddi manat səksən doqquz qəpik) manat olmaqla bərabər hissələrdə ödəniş etməsi razılaşdırılmışdır. Həmçinin kredit müqaviləsinə əsasən yaranmış öhdəliklərin icrasına təminat olaraq eyni tarixli **********0304-685981 saylı zaminlik müqaviləsi ilə X1; **********0304-678005 saylı zaminlik müqaviləsi ilə Cavabdeh3 zamin qismində sözü gedən kredit müqaviləsinin tərəfləri olmuşdurlar. Zaminlik müqaviləsinin 1.1-ci maddəsinə əsasən, zamin, kredit alan tərəfindən müqavilə öhdəliklərinəhər hansı səbəbdən əməl etmədiyi hallarda əsas borcu, həmin borca hesablanmış faiz, cərimələri, nəzərdə tutulan digər ödəniş və dəymiş zərəri kredit verənə tam şəkildə ödəməyi öz öhdəsinə götürür. Kredit müqaviləsinin 1.8-ci bəndinə əsasən, kredit alan müqaviləni imzalamaqla kredit verənə vaxtı keçmiş əsas kredit borcu üzrə bu müqavilə imzalanan tarixə bu müqavilənin 1.1-ci bəndində göstərilən məbləğdə borcunun olduğunu mübahisəsiz qaydada qəbul etdiyini və hazırki müqavilə ilə ona ayrılan kredit məbləğinin birbaşa həmin borcun bağlanmasına yönəliməsinə razılığını təsdiq edir. Kredit müqaviləsinin 1.9-cu bəndinə əsasən, kredit verən bu müqaviləni imzalamaqlqa kredit alanın vaxtı keçmiş əsas kredit borcu üzrə bu müqavilə imzalanan tarixə faiz və cərimə üzröə borclarını əvəzsiz olaraq sildiyini və borc alanın bu müqavilənin 1.1-ci bəndindəgöstərilən məbləğdə əsas kredit borcunun olduğunu təsdiq edir. Tərəflər arasında bağlanmış kredit müqavilələrinə görə kreditin faktiki istifadə edilmiş məbləğinə hesablanmış faizlərin və əsas borc məbləğinin ödənilməsi borcalan tərəfindən nəzərdə tutulmuşdur. Lakin, cavabdeh, Cavabdeh1 üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. Beləliklə, xx.xx.2023-cü il tarixinə olan Maliyyə arayışına əsasən Cavabdeh1 borc məbləği, əsas borc üzrə 3120.13 (üç min yüz iyirmi manat on üç qəpik) manat, faiz borcu üzrə 15.51 (on beş manat əlli bir qəpik) manat, cərimə borcuna görə 0.00 manat olmaqla cəmi 3135.64 (üç min yüz otuz beş manat altmış dörd qəpik) manat təşkil edir. Məhkəmə, iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: xx.xx.2019-cu il tarixli, **********0304 nömrəli kredit müqaviləsinə əsasən "xxxx" MM QBKT Cavabdeh1 60 (altmış) ay müddətinə, illik 1 (bir) faiz dərəcəsi ilə 4132.49 (dörd min yüz otuz iki manat qırx doqquz qəpik) manat məbləğində kredit verməyi, Cavabdeh1 həmin məbləğdə krediti qəbul etməyi, kredit üzrə əsas borcu və ona hesablanmış faizləri müqavilədə göstərilən müddətdə və qaydada ödəməyi, habelə ödənişlərdə gecikdirməyə yol verdiyi təqdirdə hesablanmış cərimə məbləğini ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqaviləyə əlavə edilmiş ödəniş cədvəlindən göründüyü kimi Cavabdeh1 xx.xx.2020-ci il tarixdən xx.xx.2024-cü il tarixədək hər ay 87.89 (səksən yeddi manat səksən doqquz qəpik) manat (sonuncu ay 87.80 manat) ödəniş etməlidir; xx.xx.2019-cu il tarixli, **********0304-685981 nömrəli zaminlik müqaviləsindən görünür ki, Cavabdeh2 zamin kimi Cavabdeh1 4132.49 (dörd min yüz otuz iki manat qırx doqquz qəpik) manat məbləğində pul vəsaitini "xxxx" MM QBKT-yə qaytarmasına görə məsuliyyəti tam olaraq üzərinə götürmüşdür; xx.xx.2019-cu il tarixli, **********0304-678005 nömrəli zaminlik müqaviləsindən görünür ki, Cavabdeh3 zamin kimi Cavabdeh1 4132.49 (dörd min yüz otuz iki manat qırx doqquz qəpik) manat məbləğində pul vəsaitini "xxxx" MM QBKT-yə qaytarmasına görə məsuliyyəti tam olaraq üzərinə götürmüşdür; xx.xx.2023-cü il tarixli maliyyə arayışına əsasən Cavabdeh1 3120.13 manat əsas, 15.51 manat cərimə, cəmi 3135.64 manat məbləğində borcu vardır; “ASAN ödəniş” sisteminin **********58 nömrəli, xx.xx.2023-cü il tarixli mədaxil qəbzinə əsasən "xxxx" MM QBKT məhkəmədə iddia qaldırmaq üçün 51.36 (əlli bir manat otuz altı qəpik) manat məbləğində dövlət rüsumu ödəmişdir. Beləliklə, məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilir ki, Cavabdeh1 "xxxx" MMM QBKT tərəfindən kredit verilmiş, Cavabdeh2 və Cavabdeh3 borclunun öhdəliyini icra etməsi üçün zaminlər kimi müəyyən olunmuşdur. Cavabdeh1 kredit müqaviləsi üzrə borcun və ona hesablanmış faizlərin ödənilməsi barədə öhdəlik götürmüş, lakin öhdəliklərini yerinə yetirməmiş, nəticədə banka borcu qalmışdır. Göründüyü kimi, Cavabdeh1 kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə də Cavabdeh1 onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, kredit borcunu iddiaçıya ödəməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə uyğun olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra - MPM): 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 284-5.3-cü maddəsinə əsasən kiçik iddialara dair ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada, əsas borc üzrə 3120.13 (üç min yüz iyirmi manat on üç qəpik) manat, faiz borcu üzrə 15.51 (on beş manat əlli bir qəpik) manat, cəmi 3135.64 (üç min yüz otuz beş manat altmış dörd qəpik) manat məbləğində borc və ödənilmiş 51.36 (əlli bir manat otuz altı qəpik) manat dövlət rüsumunun əvəzi iddiaçı "xxxx" MM QBKT-nin xeyrinə tutulmalıdır. Qeyd olanlara əsasən və MPM-in 216-220, 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada, əsas borc üzrə 3120.13 (üç min yüz iyirmi manat on üç qəpik) manat, faiz borcu üzrə 15.51 (on beş manat əlli bir qəpik) manat, cəmi 3135.64 (üç min yüz otuz beş manat altmış dörd qəpik) manat məbləğində borc və ödənilmiş 51.36 (əlli bir manat otuz altı qəpik) manat dövlət rüsumunun əvəzi iddiaçı "xxxx" MM QBKT-nin xeyrinə tutulsun. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Tural Ələkbərov
Məhkəmə qərarları › İş №2(045)-663/2023
Goranboy Rayon Məhkəməsi Qətnamə — İş №2(045)-663/2023
25.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver