Azərbaycan Respublikası adından QƏTNAMƏ Goranboy rayonu İş № 2(045)-867/2025 01.07.2025 GORANBOY RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Taleh Məhəmmədəli oğlunun sədrliyi, X3 ğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi və daha sonra iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1020 ədəd yeşik pulu (1122 manat), 500 manat beh, 300 manat yol xərci və ödədiyi dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində tələbini onunla əsaslandırmışdır ki, cavabdehi o, iş əsasında tanımışdır. Belə ki, hər il müxtəlif kəndlərdə olur, kimin bağında xurma varsa danışıb, razılaşıb pulunu verib yığır. Bu məqsədlə də keçən il Cavabdeh yaşadığı Xoylu kəndində olmuşdur. Cavabdeh ona bildirdi ki, əvvəlcədən ona yeşikləri və caamatdan alacağı xurmanın pulundan beh kimi versin. O da cavabdehə 3740 manat dəyərində 3120 ədəd plastik yeşik və 500 manat nəğd pul vermişdir. Ümumilikdə Cavabdeh ona borcu 4244 manat təşkil edir. Cavabdeh onu aldadaraq yığdığı malı ona deyil başqa şəxsə sataraq ona xeyli maddi ziyan vurmuşdur. O, dəfələrlə cavabdehdən pulunu tələb etsə də, hər dəfə söz versə də, ona yalan deməkdə davam edir, onu aldadır. O da məcbur olub Goranboy rayon Polis şöbəsinə ərizə ilə müraciət etmişdir. Polis şöbəsindən ona bildirmişdilər ki, iş mülki xarakterli olduğu üçün məhkəməyə müraciət etsin. Cavabdeh pulunu könüllü vermək istəmədiyi üçün məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbinin dəlillərinə uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Həmçinin bildirdi ki, o, müxtəlif kəndlərdə xurma meyvəsini pulunu verib yığdırır. Keçən il Cavabdeh yaşadığı Goranboy rayonu Xoylu kəndində olmuş və cavabdehə 3432 manat dəyərində 3120 ədəd plastik yeşik və 500 manat beh pul vermişdir, bundan başqa yeşiklərin çatdırılması üçün 300 manat yol xərci vermişdir. Lakin meyvənin yığım vaxtı cavabdeh qəsdən meyvənin qiymətini ona baha demiş, o da məcbur qalıb məhsulu almaqdan imtina etmişdir. Daha sonra cavabdeh həmin məhsulu baha qiymətə başqa sahibkarlara satmışdır. Cavabdeh onun 2100 ədəd plastik yeşiyini geri qaytarsa da, 1020 ədəd plastik yeşikiyi və ya onun dəyərini təşkil edən 1122 manatı, beh kimi ödədiyi 500 manatı və 300 manat yol xərcini geri qaytarmamışdır. Odur ki, həmin məbləğlərin cavabdehdən alınaraq ona geri qaytarımasını istəyir. Məhkəmə iclasında iştirak edən Cavabdeh qızı iddia tələbini qəbul etməyərək, rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Həmçinin bildirdi ki, ona 3120 ədəd plastik yeşik İddiaçı tərəfindən xurma yığımı üçün ona verilmişdir. Lakin xurma meyvəsinin yığımı zamanı iddiaçı sözügedən meyvənin qiymətinin baha olduğunu əsas gətirdiyi üçün aralarındakı razılıq pozulmuşdur. Ona verilən plastik yeşiklərin 2100 ədədini geri qaytarmış, qalan yeşiklər də hal-hazırda onda saxlanılır. İddiaçı tərəfindən ona 500 manat beh verilməyib, eyni zamanda yeşiklərin daşınması üçün ödənilmiş 300 manat yol xərcinin ondan tutulmasını qəbul etmir. Çünki iddiaçı özü xurmanı baha olduğu üçün almaqdan imtina etmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə baxışı zamanı tədqiq edilmiş: “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 01 yanvar 2025-ci il tarixli qərardan görünür ki, material üzrə cinayət hadisəsi olmadığından cinayət işinin başlnması rədd edilmiş, İddiaçı ilə X1 və Cavabdeh arasında olan borc öhdəliyi mülki qanunvericilik ilə tənzimləndiyindən, İddiaçı məhkəməyə müraciət etmək hüququnun olması izah eilmişdir; "xxxx" ASC-nin ********** nömrəli, xx.xx.2025-ci il tarixli qəbzdən görünür ki, iddiaçı hazırkı iddia tələbi üzrə 62,44 manat məbləğində dövlət rüsumu ödəmişdir; 0324823 nömrəli qaimə fakturasından görünür ki, 3120 ədəd plastik yeşiklərin bir ədədinin qiyməti 1,10 manat olmaqla, cəmi 3432 manat təşkil etmiş və sözügedən yeşiklərin çatdırılması üçün 300 manat yol xərci hesablanmışdır. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia tələbi aşağıdakı maddi hüquq normalarına əsasən iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, tərəflər arasında xurma meyvəsinin satışına dair şifahi alğı-satqı müqaviləsi bağlanmışdır. Belə ki, cavabdeh Goranboy rayonu Xoylu kəndinin sakinlərinə məxsus torpaq sahəsində yetişən xurma meyvəsinin yığımını təşkil edib, həmin dövrə formalaşacaq bazar qiyməti ilə iddiaçıya satmalı idi. Bunun üçün iddiaçı tərəfindən cavabdehə 3120 ədəd plastik yeşik verilmiş, lakin tərəflər arasında bağlanmış şifahi alğı-satqı müqaviləsinə dair razılaşma pozulduğu üçün xurma meyvəsinin satışı baş tutmamış və cavabdeh tərəfindən 2100 ədəd yeşik iddiaçıya geri qaytarılmışdır. Hazırda iddiaçı cavabdehdən 1020 ədəd plastik yeşiklərin dəyərini təşkil edən 1122 manat pulu, həmin yeşiklərin çatdırılması üçün ödədiyi 300 manat yol xərci və beh kimi ödədiyini iddia etdiyi 500 manat məbləği geri tələb edir. Hazırkı mübahisənin hüquqi əsasını təşkil edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür; 597.1-ci maddəsinə əsasən alıcı əşyanı alğı-satqı müqaviləsində nəzərdə tutulan qiymətlə və ya əgər müqavilədə qiymət nəzərdə tutulmayıbsa və müqavilənin şərtləri əsas götürülməklə müəyyənləşdirilə bilmirsə, bu Məcəllənin 398.3-cü maddəsinə uyğun müəyyənləşdirilmiş qiymətlə ödəməyə, habelə müqaviləyə və ya adətən irəli sürülən tələblərə müvafiq surətdə ödəniş üçün zəruri olan hərəkətləri öz hesabına yerinə yetirməyə borcludur; 598.1-ci maddəsinə əsasən əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir; 598.4-ci maddəsinə əsasən əgər alıcı alğı-satqı müqaviləsini pozmaqla əşyanı qəbul etməkdən və ödəməkdən imtina edirsə, satıcı öz seçimi ilə əşyanın ödənilməsini tələb edə bilər və ya müqavilənin icrasından imtina edə bilər; 599.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində alıcının əşyanı satıcıdan almazdan əvvəl tam və ya qismən ödəmək (qabaqcadan ödəniş) vəzifəsinin nəzərdə tutulduğu hallarda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçir; 599.2-ci maddəsinə əsasən lıcı əşyanı qabaqcadan ödəmək vəzifəsini icra etmədikdə bu Məcəllənin 441-ci maddəsində nəzərdə tutulan qaydalar tətbiq edilir; 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər; 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. 606.1-ci maddəsinə əsasən əgər daşınar əşyanın satıcısı alıcı tərəfindən alış qiyməti ödənilənədək əşyaya mülkiyyət hüququnu özündə saxlamışdırsa (mülkiyyət hüququnun saxlanması haqqında qeyd-şərt), şübhə halında ehtimal edilir ki, mülkiyyətin verilməsi alış qiyməti tam ödənilənədək təxirəsalıcı şərtlə həyata keçirilir və əgər alıcı alış qiymətinin ödənilməsini gecikdirirsə, satıcının müqaviləni ləğv etmək və (və ya) həmin daşınar əşyaya tutma yönəltmək hüququ vardır; 606.4-cü maddəsinə əsasən alğı-satqı müqaviləsində alıcıya verilmiş əşyaya mülkiyyət hüququnun mal ödənilənədək satıcıda qaldığı nəzərdə tutulduqda alıcı mülkiyyət hüququ ona keçənədək əşyanı, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa və ya əşyanın təyinatından və xassələrindən ayrı qayda irəli gəlmirsə, özgəninkiləşdirə bilməz və ya ona dair digər sərəncam verə bilməz. Göründüyü kimi iddiaçı ilə cavabdeh arasında şifahi bağlanmış alğı-satqı müqaviləsindən irəli gələn öhdəlik münasibətləri yaranmış, daha sonra tərəflər arasında razılıq pozulduğu üçün müqavilənin icrası baş tutmamışdır. Məhkəmə qeyd edir ki, alğı-satqı müqaviləsi iki tərəfin alıcının və satıcının bir-biri ilə üst-üstə düşən iradə ifadələrinin əsasında əmələ gəlir və tərəflərin hər ikisi üçün həm hüquq, həm də vəzifə yaradır. Bu müqaviləyə əsasən alıcının əşyanı öz mülkiyyətinə qəbul etmək hüququ və onun qiymətini ödəmək öhdəliyi, satıcı üçün əşyanı alıcının mülkiyyətinə vermək öhdəliyi və onun qiymətinin ödənilməsini tələb etmək hüququ yaranır. Məhkəmə qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsi (bundan sonra – MPM) sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM sübutların toplanması və verilməsi yükünü sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Məhkəmə, aparılmış araşdırmanın nəticələrini əsas götürüb, tərəflərin izahatları arasında olan uyğunluq və uyğunsuzluqları müqayisəli şəkildə təhlil edib və daxili inamına əsaslanıb belə qənaətə gəlir ki, iddiaçı ilə cavabdeh arasında onların qarşılıqlı iradə ifadəsi əsasında şifahi alğı-satqı müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən iddiaçı cavabdehə 3120 ədəd plastik yeşik vermiş, daha sonra razılıqları pozulduğu üçün 2100 ədəd yeşik iddiaçıya geri qaytarılsa da, 1020 ədəd yeşik cavabdehdə qalmışdır. Odur ki, iddia tələbi 1020 ədəd yeşiyin dəyərini təşkil edən 1122 manatın cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsi hissəsində təmin olunmalıdır. Mülki Məcəllənin: 491.1-ci maddəsinə əsasən beh müqavilənin bağlanmasını təsdiq etmək və icrasını təmin etmək məqsədilə razılığa gələn tərəflərdən birinin müqavilə üzrə digər tərəfə verəcəyi ödənişlər hesabına verdiyi pul məbləğidir; 491.2-ci maddəsinə əsasən behin məbləğindən asılı olmayaraq beh haqqında razılaşma yazılı formada bağlanmalıdır; 491.3-cü maddəsinə əsasən müqavilə üzrə tərəfin verəcəyi ödənişlər hesabına ödənilmiş məbləğin beh olub-olmadığına şübhə yarandıqda, o cümlədən bu Məcəllənin 491.2-ci maddəsində müəyyənləşdirilmiş qaydaya riayət edilməməsi nəticəsində şübhə yarandıqda həmin məbləğ, əgər əksi sübuta yetirilməsə, avans kimi ödənilmiş sayılır; 492.1-ci maddəsinə əsasən öhdəliyin icrasına başlanana qədər ona tərəflərin razılaşması üzrə və ya icranın mümkün olmaması nəticəsində xitam verildikdə beh qaytarılmalıdır; 492.2-ci maddəsinə əsasən əgər müqavilənin icra edilməməsi üçün beh vermiş tərəf məsuliyyət daşıyırsa, beh digər tərəfdə qalır. Əgər müqavilənin icra edilməməsi üçün beh almış tərəf məsuliyyət daşıyırsa, o, digər tərəfə behin iki mislini ödəməlidir. Bundan əlavə, müqavilənin icra edilməməsi üçün məsuliyyət daşıyan tərəf, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, beh məbləği hesaba alınmaqla, zərərin əvəzini digər tərəfə ödəməyə borcludur. Mülki qanunvericiliyin istinad olunan normalarına əsasən behin məbləğindən asılı olmayaraq beh haqqında razılaşma yazılı formada bağlanmalıdır, lakin bu tələbə riayət edilməməsi nəticəsində ödənilmiş məbləğin beh olub-olmamadığına şübhə yarandığı təqdirdə, həmin məbləğ avans kimi ödənilmiş sayılır, əgər əksi sübuta yetirilmirsə. Hazırkı işlə bağlı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, avans alğı-satqı müqaviləsi bağlanarkən həmin müqavilə üzrə alıcı tərəfindən satıcıya ödənilməli olan məbləğin bir hissəsidir. Yəni, alğı-satqı müqaviləsi olmadığı təqdirdə, avans mövcud olmur, alğı-satqı müqaviləsi bağlanmalıdır ki, alıcı həmin müqavilə üzrə avans ödəsin. Beh ödənildiyi zaman isə alğı-satqı müqaviləsi mövcud olmur, alıcı behi ödədiyi zaman alğısatqı müqaviləsinin bağlanacağı barədə üzərinə öhdəlik götürür və əgər bu öhdəliyi icra etməsə, ödədiyi beh satıcıda qalır. Hazırki işdən görünür ki, iddiaçı cavabdehə 500 manat beh ödədiyini iddia etsə də, bu halı təsdiq edən heç bir mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə hesab edir ki, İddiaçı iddia tələbi bu hissədə əsaslı deyildir və rədd olunmalıdır. Məhkəmə iddia tələbinin yol xərcinə çəkilmiş 300 manat pulun cavabdehdən tutulması hissəsinə dair qeyd edir ki, İddiaçı plastik yeşiklərin cavabdehə çatdırılmasına görə 300 manat məbləğində yol xərci çıxmasını göstərsə də, bu halı təsdiq edən heç bir mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə hesab edir ki, İddiaçı iddia tələbi bu hissədə də əsaslı deyildir və rədd olunmalıdır. Məhkəmə, iddia tələbinin ödənilmiş 62,44 manat məbləğində dövlət rüsumunun əvəzinin tutularaq iddiaçıya ödənilməsi hissəsinə münasibətdə qeyd edir ki, iddia bu hissədə qismən təmin edilməli, yəni tələbin təmin edilmiş hissəsinə mütənasib olaraq “Dövlət rüsumu haqqında” qanununun 8.1.2-ci maddəsinə (30 manat + 1000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi) əsasən cavabdehdən tutulmalı olan ödənilmiş dövlət rüsumunun əvəzi 31,22 manat məbləğində müəyyən edilməli və qalıq 31,22 manat hissəsi isə iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra MPM-in) 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-ci maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmənin gəldiyi nəticə ondan ibarətdir ki, iddia qismən təmin edilməli, Cavabdeh İddiaçı xeyrinə 1122 (bir min yüz iyirmi iki) manat məbləğində borc pul və 31,22 manat dövlət rüsumunun əvəzi tutulmalıdır. Şərh оlununlаrа əsаsən və MPM-in 216-220, 227, 233, 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh İddiaçı xeyrinə 1122 (bir min yüz iyirmi iki) manat məbləğində borc pul və 31,22 manat dövlət rüsumunun əvəzi tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Taleh Mustafayev
Məhkəmə qərarları › İş №2(045)-867/2025
Goranboy Rayon Məhkəməsi Qətnamə — İş №2(045)-867/2025
01.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver