Azərbaycan Respublikası adından QƏTNAMƏ Goranboy rayonu İş № 2(045)-894/2023 08.06.2023 GORANBOY RAYON MƏHKƏMƏSİ X15 Məhəmməd oğlunun sədrliyi, X16 qızının katibliyi, İddiaçı, iddiaçının vəkili Vəkil, cavabdeh X7 iştirakı ilə, İddiaçı cavabdeh X8 qarşı «alimentin artırılması» tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdeh X8 qarşı «alimentin artırılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2014-cü il tarixdə doğulmuş X3 və xx.xx.2017-ci il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay sabit pul məbləğində bir uşaq üçün 200 manat, iki uşaq üşün 400 manat alimentin tutulub ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək bildirdi ki, cavabdeh X11 ilə xx.xx.2013-cü il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuşdur. Birgə nikahdan iki övladı olmuşdur. xx.xx.2014-cü il təvəllüldü X5 və xx.xx.2017-ci il təvəllüdlü X4. Goranboy rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə cavabdehlə arasında olan nikah pozulmuş, uşaqlar onun himayəsində qalmış, iki uşaq üçün 200 manat aliment tutulması qət edilmişdir. Nikah pozulduqdan sonra, xx.xx.2022-ci il tarixdə o X9 ilə ailə qurmuşdur. O ailə qurmasına baxmayaraq cavabdehin ata kimi uşaqları saxlamaq borcudur. Buna görə də alimentin artırılmasını istəyir. xx.xx.2014-cü il tarixdə doğulmuş X3 və xx.xx.2017-ci il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün alimentin artırılması, hər ay sabit pul məbləğində bir uşaq üçün 200 manat, iki uşaq üşün 400 manat alimentin tutulub ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında İddiaçı vəkili Vəkil iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabadeh X11 iddianı qəbul etməyərək izahatında bildirdi ki, iddiaçı yeni ailə həyatı qurmuşdur. Qanunverciliyin tələbinə əsasən onun alimentinə xitam verilməlidir. 2021-ci ildə qətnamə çıxarılandan sonra onun maddi vəziyyətində hər hansı dəyişiklik olamamışdır. İddianın rədd edilməsini xahiş edir. Məhkəmə tərəflərin izahatını dinləyib, məhkəmə iclasında tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək, belə qənaətə gəlir ki, iddia rədd edilməlidir. Belə ki, məhkəmə araşdırmasının nəticəsi olaraq müəyyən edilmişdir ki, Goranboy Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(045)-138/2022 saylı qətnaməsi ilə İddiaçı ilə X11 arasında Goranboy rayonu Qızılhacılı qəsəbə icra nümayəndəliyində xx.xx.2013-cü il tarixdə qeydiyyata alınmış nikah pozulmuş, nikah pozulduqdan sonra xx.xx.2014-cü il tarixdə doğulmuş X3 və xx.xx.2017-ci il tarixdə doğulmuş X2 anaları İddiaçı yanında qalması, xx.xx.2014-cü il tarixdə doğulmuş X3 və xx.xx.2017-ci il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün cavabdeh X6 hər ay bir uşaq üçün 100 manat, cəmi 200 manat sabit pul məbləğində alimentin alınaraq İddiaçı ödənilməsi qət edilmişdir. İddiaçı nikahı pozulduqdan sonra xx.xx.2022-ci il tarixdə yeni nikaha daxil olmuş, İddiaçı ilə X9 arasında nikah xx.xx.2022-ci il tarixdə Goranboy rayon qeydiyyat şöbəsində 58 saylı akt qeydi ilə qeydə alınmışdır. Hazırda iddiaçı uşaqları ilə X9 ilə birlikdə yaşayır. İş materiallarında olan məhkəmə baxışından elan edilmiş elektron məhkəmə portalında İddiaçı qohumluq məlumatlarında olan çıxarışdan görünür ki, X1 Billurə Süleyman qızının həyat yoldaşıdır. İşin göstərilən halları işdə iştirak edən şəxslərin izahatı, bunu tamamlayan məhkəmə iclasında tədqiq edilmiş digər mötəbər sübutlarla tam təsdiq olunur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 113.2.5-ci maddəsinə əsasən əmək qabiliyyəti olmayan və ya ehtiyacı olan aliment alan ər və ya arvad yeni nikaha daxil olduqda məhkəmə qaydasında tutulan alimentin ödənilməsinə xitam verilir. Göründüyü kimi, iddiaçı nikahı pozulduqdan sonra xx.xx.2022-ci il tarixdə yeni nikaha daxil olmuş, İddiaçı ilə X9 arasında nikah xx.xx.2022-ci il tarixdə Goranboy rayon qeydiyyat şöbəsində 58 saylı akt qeydi ilə qeydə alınmışdır. Məhkəmə hesab edir ki, arvad yeni nikaha daxil olduqda məhkəmə qaydasında tutulan alimentin ödənilməsinə xitam verildiyi halda, hazırda arvad alimentin artırılması tələbini irəli sürməkdə haqlı deyildir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən alimentin ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Həmin münasibətləri tənzimləyən qeyd olunan müddəa alimentin müəyyən olunmuş miqdarına dəyişiklik edilə bilməsini tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişikliyin olması ilə şərtləndirir. İddiaçı isə özünün və ya cavabdehin maddi vəziyyətində alimentin miqdarının artırılmasına əsas verən hər hansı bir dəyişikliyin olmasını təsdiq edə biləcək sübutları məhkəməyə təqdim etməmişdir. Qeyd edilənləri nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı cavabdeh X8 qarşı alimentin artırılması tələbi barədə iddiası rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə həmin Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı cavabdeh X8 qarşı alimentin artırılması tələbinə dair iddiası rədd edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Goranboy Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Toğrul Məmmədov
Məhkəmə qərarları › İş №2(045)-894/2023
Goranboy Rayon Məhkəməsi Qətnamə — İş №2(045)-894/2023
08.06.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver