Azərbaycan Respublikası adından QƏTNAMƏ Goranboy rayonu İş № 2(045)-9/2025 09.07.2025 GORANBOY RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Taleh Məhəmmədəli oğlunun sədrliyi, Bayramova Aytac Məhərrəm qızının katibliyi, İddiaçı QSC Bank olmayan Kredit Təşkilatının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı QSC Bank olmayan Kredit Təşkilatının Cavabdeh qarşı “kredit borcunun ipoteka qoyulmuş əmlaka yönəldilməsi və borcun həmin əmlak hesabına tutulması" tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı QSC Bank olmayan Kredit Təşkilatı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" ASC-nin Yasamal filialı ilə Cavabdeh arasında bağlanmış 28 iyul 2011-ci il tarixli 154İk/11 nömrəli kredit müqaviləsinə vaxtından əvvəl xitam verilməsi, Cavabdeh 28 iyul 2011-ci il tarixli 154İk/11 nömrəli kredit müqaviləsi üzrə 31791,42 manat əsas borc, 6077,23 manat faiz borc, cəmi 37868,65 (otuz yeddi min səkkiz yüz altmış səkkiz manat altmış beş qəpik) manat borc məbləğinin iddiaçı "xxxx" QSC Bank olmayan Kredit Təşkilatının xeyrinə tutulması, borc tələbinin kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı kimi ipoteka qoyulmuş Cavabdeh məxsus ünvan 1 ünvanda yerləşən 2 mərtəbəli, ümumi sahəsi 141,2 kv. metr, yaşayış sahəsi 74,5 kv.metr olan, 4 otaqlı fərdi yaşayış evinə 0,0724 ha torpaq sahəsi ilə birlikdə yönəltməklə həmin evin açıq hərraca çıxarılaraq satılması hesabına borc və 30,0 manat dövlət rüsumunun tutularaq "xxxx" QSC Bank olmayan Kredit Təşkilatına ödənilməsi, ev hərracda satıldıqdan sonra Cavabdeh ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evindən çıxarılması barədə müvafiq qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı QSC Bank olmayan Kredit Təşkilatı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Azərbaycan Beynəlxalq Bankı" Açıq Səhmdar Cəmiyyətinin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında" Azərbaycan Respublikası Prezidentinin 15 iyul 2015-ci il tarixli 570 №-li Fərmanının icrası ilə əlaqədar "xxxx" ASC-nin problemli aktivləri (borcları) üzrə tələb hüququ "xxxx" QSC Bank olmayan Kredit Təşkilatına keçmişdir. Qeyd edilən Fərmanın icrası ilə bağlı "xxxx" ASC-nin Cavabdeh qarşı problemli borcu üzrə tələb hüququ da 24 avqust 2017-ci il tarixli S-İPK -3 saylı təhvil-təslim Aktı əsasında "xxxx" QSC-yə təhvil verilmişdir. "xxxx" ASC-nin Yasamal filialı ilə borcalan olaraq Cavabdeh arasında bağlanmış 28 iyul 2011-ci il tarixli 154İk/11 nömrəli kredit müqaviləsinə əsasən "xxxx" ASC tərəfindən ünvan 1 ünvanda yerləşən 2 mərtəbəli, ümumi sahəsi 141,2 kv. metr, yaşayaış sahəsi 74,5 kv.metr olan 4 otaqlı fərdi yaşayış evinin alınması üçün 300 ay müddətinə illik 4 faizlə 35.000 (otuz beş min) manat kredit verilmişdir. Verilmiş kreditin təminatı kimi "xxxx" ASCnin Yasamal filialı ilə Alıcı-ipoteka qoyan olaraq Cavabdeh və Satıcı olaraq X5 arasında 28 iyul 2011-ci il tarixli 154İKA nömrəli yaşayış sahəsi üzərində alqı-satqı və ipoteka müqaviləsi bağlanmış və ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evi 0,0724 ha torpaq sahəsi ilə birlikdə ipoteka qoyulmuşdur. Həmin ev DƏDRX-nin Şəki Ərazi İdarəsi tərəfində verilmiş Seriya MA ******* saylı Çıxarışa əsasən xx.xx.2011-ci il tarixdə ipoteka ilə yüklü edilmişdir. Kredit Müqaviləsinə əsasən Cavabdeh verilmiş kredit məbləği onun tərəfindən müqaviləyə uyğun qaytarılmalı olduğu halda, buna əməl olunmamışdır. xx.xx.2020-ci il tarixə cavabdehin "xxxx" QSC Bank olmayan Kredit Təşkilatına olan əsas borcu 31791,42 manat, faiz borcu 6077,23 manat, cəmi borcu 37868,65 (otuz yeddi min səkkiz yüz altmış səkkiz manat altmış beş qəpik) manat təşkil edir. Cavabdehlə bağlanmış 28 iyul 2011-ci il tarixli Kredit Müqaviləsinin 3.1.5-1-cü bəndinə əsasən Borc alan davam edən 60 gün ərzində ona verilmiş kredit hissəsini və onun faizini tərəflər arasında yazılı tərtib olunmuş ödəniş qrafiki üzrə ödəmədikdə Kreditor müqaviləyə vaxtından əvvəl xitam verə və verdiyi krediti bu müddətə qədər hesablanmış faizi ilə qaytarılmasını və dəbbə pulunun hesablanmasını əvvəl tələb edilə bilər. Borcun ödənilməsi tələbi ilə cavabdehə dəfələrlə müraciət olunmasına, tərəfimizdən məsələnin məhkəmədənkənar qaydada həll edilməsi üçün mümkün olan bütün tədbirlərin görülməsinə baxmayaraq cavabdeh tərəfindən heç bir ödəniş aparılmamışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı QSC Bank olmayan Kredit Təşkilatının nümayəndəsi X6 iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə Cavabdeh lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 185.5-ci maddəsinin tələblərinə əsasən işə həmin cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 28 iyul 2011-ci il tarixli 154 İK/11 nömrəli kredit müqaviləsinə əsasən "xxxx" ASC Cavabdeh ünvan 1 ünvanda yerləşən 2 mərtəbəli, ümumi sahəsi 141,2 kv. metr, yaşayaış sahəsi 74,5 kv.metr olan 4 otaqlı fərdi yaşayış evinin alınması üçün 300 ay müddətinə illik 4 faizlə 35.000 (otuz beş min) manat kredit verilmişdir; 28 iyul 2011-ci il tarixli 154 İK/11 nömrəli alqı-satqı və ipoteka müqaviləsindən görünür ki, “Azərbaycan Beynəlxalq Bankı" ASC-nin Yasamal filialı ilə Alıcı-ipoteka qoyan olaraq Cavabdeh və Satıcı olaraq X5 arasında ipoteka müqaviləsi bağlanmış ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evi 0,0724 ha torpaq sahəsi ilə birlikdə ipoteka qoyulmuşdur; "xxxx" ASC-dən "xxxx" QSC Bank olmayan Kredit Təşkilatına təhvil verilmiş məlumatından görünür ki, Cavabdeh xx.xx.2020-ci il tarixə, 31791,42 manat əsas borc, 6077,23 manat faiz borc, cəmi 37868,65 (otuz yeddi min səkkiz yüz altmış səkkiz manat altmış beş qəpik) manat borcu vardır; 02131067 nömrəli Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların X4 Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışına əsasən ünvan 2 ünvanında yerləşən 2 mərtəbəli, ümumi sahəsi 141,2 kv. metr, yaşayaış sahəsi 74,5 kv.metr olan 4 otaqlı fərdi yaşayış evi X1 mülkiyyətindədir; ******* nömrəli Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların X4 Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışına əsasən ünvan 2 ünvanında yerləşən 2 mərtəbəli, ümumi sahəsi 141,2 kv. metr, yaşayaış sahəsi 74,5 kv.metr olan 4 otaqlı fərdi yaşayış evi "xxxx" ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir; xx.xx.2011-ci il tarixli, FJB**********732 nömrəli, məxaric orderindən görünür ki, X3 "xxxx" ASC- tərəfindən ödənilmiş 35000 manat məbləğində pulu qəbul etmişdir; "xxxx" MMC-nin mənzilin qiymətləndirilməsinə dair 0393/22/AQR saylı 11 may 2022-ci il tarixli hesabatında ünvan 2 ünvanında yerləşən 2 mərtəbəli, ümumi sahəsi 141,2 kv. metr, yaşayaış sahəsi 74,5 kv.metr olan 4 otaqlı fərdi yaşayış evinin bazar qiymətinin 73000 (yetmiş üç min) manat, likvid qiymətinin isə 65000 (altmış beş min) manat olduğu göstərilir. "xxxx" MMC-nin mənzilin qiymətləndirilməsinə dair 0393/22/AQR saylı 11 may 2022-ci il tarixli hesabatında ünvan 2 ünvanında yerləşən 2 mərtəbəli, ümumi sahəsi 141,2 kv. metr, yaşayaış sahəsi 74,5 kv.metr olan 4 otaqlı fərdi yaşayış evinin bazar qiymətinin 65 (altmış beş min) manat, likvid qiymətinin isə 58000 (əlli səkkiz min) manat olduğu göstərilir. "xxxx" ASC-nin xx.xx.2020-ci il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı QSC Bank olmayan Kredit Təşkilatı tərəfindən iddia verilməsi üçün 30 manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə, iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilir ki, Cavabdeh "xxxx" ASC tərəfindən 28 iyul 2011-ci il tarixli 154 İK/11 nömrəli kredit müqaviləsinə əsasən 300 ay müddətinə illik 4 faizlə 35000 (otuz beş min) manat kredit verilmişdir. Verilmiş kreditin təminatı kimi "xxxx" ASC-nin Yasamal filialı ilə Alıcı-ipoteka qoyan olaraq Cavabdeh və Satıcı olaraq X5 arasında 28 iyul 2011-ci il tarixli 154İKA nömrəli yaşayış sahəsi üzərində alqı-satqı və ipoteka müqaviləsi bağlanmış və ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evi 0,0724 ha torpaq sahəsi ilə birlikdə ipoteka qoyulmuşdur. Göründüyü kimi Cavabdeh 28 iyul 2011-ci il tarixli kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə də Cavabdeh hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməli, bu səbəbdən Cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, kredit borcunu iddiaçıya ödəməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə uyğun olaraq öhdəliyə əsasən bir ş əxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; 739.1-ci mаddəsinə əsаsən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür; 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır; 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Məhkəmə iddiaçı tərəfindən tələb edilən kredit borcunun, yəni əsas və faiz borcunun məbləğlərini ayrı-ayrılıqda nəzərdən keçirib, belə qənaətə gəlir ki, iddia tələbi əsaslıdır və Cavabdeh 1628 iyul 2011-ci il tarixli 154 İK/11 nömrəli müqavilə üzrə 31791,42 manat əsas borc, 6077,23 manat faiz borcu olmaqla, cəmi 37868,65 (otuz yeddi min səkkiz yüz altmış səkkiz manat altmış beş qəpik) manat məbləğində faiz borcu İddiaçı QSC Bank olmayan Kredit Təşkilatının xeyrinə tutulmalıdır. Məhkəmə iddiaçının tutmanın ipoteka predmetinə yönəldilməsi, ipoteka predmetinin açıq hərracdan satılması, daşınmaz əmlak satıldıqdan sonra cavabdehin həmin əmlakdan çıxarılması tələblərini aşağıdakı maddi hüquq normalarına uyğun həll edilməsini məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 269.1-ci maddəsinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur; 269.4-cü maddəsinə əsasən ipoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır; 269.7-ci maddəsinə əsasən girovla və ipoteka ilə təmin edilmiş öhdəlik üzrə kreditorun (girov saxlayanın və ipoteka saxlayanın) hüququ var ki, borclunun həmin öhdəliyi icra etmədiyi halda girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən həmin əşyanın mənsub olduğu şəxsin (girov qoyanın və ipoteka qoyanın) digər kreditorlarına nisbətən üstün qaydada təminat alsın; 319.6-cı maddəsinə əsasən ipoteka predmetinin satışından götürülən məbləğ ipoteka saxlayanın tələbinin ödənilməsi üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əmlakından almaq hüququna malikdir. Bu halda ipoteka saxlayanın ipotekaya əsaslanan üstünlük hüququ yoxdur. Əgər satışdan götürülən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ ipoteka verənə qaytarılmalıdır. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun: 30.1-ci maddəsinə əsasən ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, ipoteka predmeti ipoteka qoyan tərəfindən yalnız ipoteka saxlayanın yazılı razılığı ilə digər şəxsə özgəninkiləşdirilə bilər və ya ona dair etibarnamələr (nəqliyyat vasitələrini idarə etmək hüququna dair etibarnamələr istisna olmaqla) və digər sərəncamlar verilə bilər (istifadə, icarə və sair). İpoteka qoyanın ipoteka predmetini vəsiyyət etmək hüququnu məhdudlaşdıran razılaşma əhəmiyyətsizdir. 34.1-ci maddəsinə əsasən əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi, ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi, bu Qanunda nəzəərdə tutulmuş digər hallarda ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallardır; 36.1-ci maddəsinə əsasən ipoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyanın və ipoteka müqaviləsində qeyd olunan digər şəxsin ünvanına, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayana, o cümlədən birgə ipoteka saxlayanlara, habelə “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilən yüklülük sahiblərinə sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərir. Poçt göndərişi vasitəsilə ölkə daxilində göndərilmiş rəsmi bildiriş onun poçta təqdim edildiyi gündən 5 təqvim günü keçdikdən sonra, elektron üsulla göndərilmiş rəsmi bildiriş isə göndərildiyi gündən 3 təqvim günü keçdikdən sonra təqdim olunmuş sayılır; 36.3-cü maddəsinə əsasən ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş ipotekanın dövlət qeydiyyatı orqanında ipoteka saxlayanın ərizəsi əsasında 1 iş günü müddətində qeydə alınmalıdır. Ərizədə bildirişin ipoteka qoyana göndərildiyi gün göstərilir və iki nüsxədə qeydiyyat orqanına verilir. Qeydiyyat orqanı ərizəni onun verildiyi gün qəbul edir və bir nüsxəsini qeydiyyat orqanının səlahiyyətli şəxsinin imzası və möhürü ilə təsdiqləməklə ərizəçiyə qaytarır; 39.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda, həmçinin ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir; 47.4-cü maddəsinə əsasən bu qanunun 47.2-ci maddəsində nəzərdə tutulmuş ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsi ipoteka qoyana qaytarılır; 59.3.1-ci maddəsinə əsasən yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olduqda ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər; 59.4-cü maddəsinə əsasən bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən və yaşayış yeri üzrə qeydiyyatdan çıxmadıqda, həmin şəxslər evdən (mənzildən) və yaşayış yeri üzrə qeydiyyatdan ayrıca məhkəmə qərarı tələb olunmadan ipoteka predmetinə tutmanın yönəldilməsi barədə icra sənədi əsasında 10 təqvim günü müddətində məcburi qaydada çıxarılırlar. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla eyni zamanda müəyyən edilmişdir ki, “Azərbaycan Beynəlxalq Bankı" ASC ilə Alıcı-ipoteka qoyan olaraq Cavabdeh və Satıcı olaraq X5 arasında bağlanmış 28 iyul 2011-ci il tarixli ipoteka müqaviləsinə əsasən 28 iyul 2011-ci il tarixli kredit müqaviləsinin təminatı kimi ünvan 2 ünvanında yerləşən 2 mərtəbəli, ümumi sahəsi 141,2 kv. metr, yaşayaış sahəsi 74,5 kv.metr olan 4 otaqlı fərdi yaşayış evi “Azərbaycan Beynəlxalq Bankı" ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. İpoteka müqaviləsi bağlanarkən əmlak 35000 manat məbləğində qiymətləndirilmişdir. Cavabdeh kredit müqaviləsi üzrə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir. Cavabdehə bildiriş ünvanlanaraq kredit müqaviləsi üzrə öhdəliklərin ödənilməsinin təmin edilməsi tələb edilmiş, əks təqdirdə tələbin ipoteka qoyulmuş əmlaka yönəldilməsi ilə bağlı məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmiş, lakin bundan sonra da tələb olunan nəticə əldə olunmamış və iddiaçının müraciəti əsasında həmin bildiriş dövlət qeydiyyatına alınmışdır. Beləliklə, təqdim edilmiş sənədlərdən görünür ki, iddiaçı “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən, ipoteka predmetinə tutmanın yönəldilməsi proseduruna əməl etmişdir. Borclu iki dəfədən artıq əsas öhdəlik üzrə borcun ödənilməsi müddətlərini pozmuş, bununla da ipoteka saxlayanın ipoteka predmetinə tutma yönəldilməsi hüququ yaranmışdır. İddiaçı (ipoteka saxlayan) hazırda ipoteka predmetinin açıq hərracdan satılmasını tələb edir. Məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə təmin edilməli, ipoteka müqaviləsi ilə təmin edilmiş öhdəlik borclu Cavabdeh tərəfindən lazımınca icra edilmədiyindən, borcun ödənilməsi üçün tələb ipoteka qoyulmuş ünvan 3 ünvanında yerləşən 2 mərtəbəli, ümumi sahəsi 141,2 kv. metr, yaşayış sahəsi 74,5 kv.metr olan 4 otaqlı fərdi yaşayış evinə yönəldilməli, həmin əmlak açıq hərrac vasitəsilə satılmalı və satıldıqdan sonra həmin yaşayış sahəsi ən geci bir ay ərzində boşaldılmalıdır. Məhkəmə qeyd edir ki, ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitdən qalığın qalması da istisna edilmir və belə bir hal baş verdiyi təqdirdə ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsinin müqəddaratı da həll edilməli və belə bir məbləğ yarandığı təqdirdə “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 47.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla ipoteka qoyanlara qaytarılmalıdır. Məhkəmə onu da qeyd edir ki, “İpotaka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3-cü maddəsinin tələblərinə əsasən ipoteka predmetinin ilkin satış qiyməti müstəqil qiymətləndiricinin rəyi əsas götürülməklə, 58000 (əlli səkkiz min) manat məbləğində likvid qiymət müəyyən edilməlidir. Eyni zamanda məhkəmə, məhkəmə xərcləri ilə bağlı məsələni həll edib belə qənaətə gəlir ki, Cavabdeh Bəhlul oğlundan iddiaçının xeyrinə, məhkəmədə iddia qaldırılması üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun əvəzi tutulmalıdır. MPM-in: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, "xxxx" ASC-nin Yasamal filialı ilə Cavabdeh arasında bağlanmış 28 iyul 2011-ci il tarixli 154İk/11 nömrəli kredit müqaviləsinə vaxtından əvvəl xitam verilməli, Cavabdeh iddiaçı "xxxx" QSC Bank olmayan Kredit Təşkilatının xeyrinə 28 iyul 2011-ci il tarixli 154İk/11 nömrəli kredit müqaviləsi üzrə 31791,42 manat əsas borc, 6077,23 manat faiz borcu olmaqla, cəmi 37868,65 (otuz yeddi min səkkiz yüz altmış səkkiz manat altmış beş qəpik) manat məbləğində borc pul tutulmalı, həmçinin iddia ərizəsinin verilməsinə görə ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun əvəzi tutularaq iddiaçı "xxxx" QSC Bank olmayan Kredit Təşkilatına ödənilməli, tutma ipoteka qoyulmuş Cavabdeh məxsus olan Şəki şəhəri B.Məmmədov k., 0,0724 ha torpaq sahəsində yerləşən 21 nömrəli evə yönəldilməli, həmin əmlak açıq hərrac vasitəsilə satılmalı, satışdan əldə olunan vəsait hesabına İddiaçı QSC-yə olan borc ödənilməli, ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsi Cavabdeh qaytarılmalı, ipoteka predmeti olan əmlakın ilkin satış qiyməti 58000 (əlli səkkiz) manat məbləğində müəyyən edilməli, Şəki şəhəri B.Məmmədov k., 0,0724 ha torpaq sahəsində yerləşən 21 nömrəli ev açıq hərracdan satıldıqdan sonra ən geci 1 ay ərzində boşaldılmalıdır. Qeyd olanlara əsasən MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. "xxxx" ASC-nin Yasamal filialı ilə Cavabdeh arasında bağlanmış 28 iyul 2011-ci il tarixli 154İk/11 nömrəli kredit müqaviləsinə vaxtından əvvəl xitam verilsin. Cavabdeh iddiaçı "xxxx" QSC Bank olmayan Kredit Təşkilatının xeyrinə 28 iyul 2011-ci il tarixli 154İk/11 nömrəli kredit müqaviləsi üzrə 31791,42 manat əsas borc, 6077,23 manat faiz borcu olmaqla, cəmi 37868,65 (otuz yeddi min səkkiz yüz altmış səkkiz manat altmış beş qəpik) manat məbləğində borc pul, həmçinin iddia ərizəsinin verilməsinə görə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun əvəzi tutulsun. Tutma ipoteka qoyulmuş Cavabdeh məxsus olan Şəki şəhəri B.Məmmədov k., 0,0724 ha torpaq sahəsində yerləşən 21 nömrəli evə yönəldilsin, həmin əmlak açıq hərrac vasitəsilə satılsın, satışdan əldə olunan vəsait hesabına İddiaçı QSC-yə olan borc ödənilsin, ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsi Cavabdeh qaytarılsın. İpoteka predmeti olan əmlakın ilkin satış qiyməti 58000 (əlli səkkiz) manat məbləğində müəyyən edilsin. Şəki şəhəri B.Məmmədov k., 0,0724 ha torpaq sahəsində yerləşən 21 nömrəli ev açıq hərracdan satıldıqdan sonra ən geci 1 ay ərzində boşaldılsın. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Taleh Mustafayev
Məhkəmə qərarları › İş №2(045)-9/2025
Goranboy Rayon Məhkəməsi Qətnamə — İş №2(045)-9/2025
09.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver