Azərbaycan Respublikası adından QƏTNAMƏ Goranboy rayonu İş № 2(045)-938/2023 01.06.2023 GORANBOY RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Tural Mehman oğlunun sədrliyi ilə, İddiaçı BOKT MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair kiçik iddia ərizəsi üzrə mülki işə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı BOKT MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 867,41 manat əsas kredit borcu, 10,89 manat faiz borcu, 36 manat cərimə borcu, əldən çıxmış fayda qismində 822 manatın, cəmi 1736,3 manat məbləğində borcun və 38 manat məbləğində ödənilmiş dövlət rüsumunun İddiaçı BOKT MMC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində tələbini tərəflər arasında bağlanmış müqavilə, onun əlavəsi, bildiriş və ödəniş cədvəli ilə əsaslandırmışdır. Məhkəmə, iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: xx.xx.2019-cu il tarixli, 64/1219-036 nömrəli kredit müqaviləsinə əsasən İddiaçı BOKT MMC Cavabdeh 60 ay müddətinə, illik 1 faiz dərəcəsi ilə 867,41 (səkkiz yüz altmış yeddi manat qırx bir qəpik) manat məbləğində kredit verməyi, Cavabdeh həmin məbləğdə krediti qəbul etməyi, kredit üzrə əsas borcu və ona hesablanmış faizləri müqavilədə göstərilən müddətdə və qaydada ödəməyi, habelə ödənişlərdə gecikdirməyə yol verdiyi təqdirdə hesablanmış cərimə məbləğini ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqaviləyə əlavə edilmiş ödəniş cədvəlindən göründüyü kimi Cavabdeh xx.xx.2020-ci il tarixdən xx.xx.2024-cü il tarixədək hər ay 18,44 manat ödəniş etməlidir; İddiaçı BOKT MMC-nin arayışına əsasın xx.xx.2019-cu il tarixli, 64/1219-036 nömrəli müqavilə üzrə cavabdehin ödənilməmiş 867,41 manat əsas borcu, 10,89 manat faiz borcu (10,63 manat+0,26 manat), 36 manat cərimə borcu, cəmi 914,3 manat borcu vardır; xx.xx.2023-cü il tarixli, ********** nömrəli və xx.xx.2021-cü il tarixli, ********* nömrəli mədaxil qəbzlərinə əsasən İddiaçı BOKT MMC məhkəmədə iddia qaldırmaq üçün 38 manat məbləğində dövlət rüsumu ödəmişdir. Beləliklə, tədqiq olunmuş sübutlarla müəyyən edilir ki, Cavabdeh İddiaçı BOKT MMC tərəfindən kredit verilmiş, Cavabdeh kredit müqaviləsi üzrə borcun və ona hesablanmış faizlərin ödənilməsi barədə öhdəlik götürmüş, lakin öhdəliklərini yerinə yetirməmiş, nəticədə banka borcu qalmışdır. Göründüyü kimi, Cavabdeh kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə də Cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, kredit borcunu iddiaçıya ödəməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə uyğun olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. İddia tələbinin əsas və faiz borcunun tutulması hissəsinə dair məhkəmə qeyd edir ki, tələb bu hissədə tam təmin edilməli və Cavabdeh İddiaçı BOKT MMC-nin xeyrinə 867,41 manat əsas borc və 10,89 manat faiz borcu tutulmalıdır. Məhkəmə iddia tələbinin 36 manat məbləğində dəbbə pulu hissəsinə dair qeyd edir ki, bu tələb tənasübsüz surətdə yüksəkdir və Mülki Məcəllənin 467-ci maddəsi rəhbər tutulmaqla azaldılaraq 10 (on) manat məbləğində müəyyən edilməlidir. Məhkəmə, iddia tələbinin əldən çıxamış fayda qismində cavabdehdən 822 manat məbləğində vəsaitin tutulmasına dair qeyd edir ki, iddiaçı tərəfindən bununla bağlı sübutlar məhkəməyə təqdim edilməmişdir. Halbuki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 77.1-ci maddəsi). Bu səbəbdən də tələb həmin hissədə təmin olunmamalıdır. MPM-in: 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 284-5.3-cü maddəsinə əsasən kiçik iddialara dair ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, Cavabdeh 867,41 manat əsas borc, 10,89 manat faiz borcu, 10 manat cərimə borcu olmaqla, cəmi 888,3 manat məbləğində borc və ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi (ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq) İddiaçı BOKT MMC-nin xeyrinə tutulmalıdır. Qeyd olanlara əsasən və MPM-in 216-220, 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 867,41 manat əsas borc, 10,89 manat faiz borcu, 10 manat cərimə borcu olmaqla, cəmi 888,3 manat məbləğində borc və ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi (ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq) İddiaçı BOKT MMC-nin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Tural Ələkbərov
Məhkəmə qərarları › İş №2(045)-938/2023
Goranboy Rayon Məhkəməsi Qətnamə — İş №2(045)-938/2023
01.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver