Məhkəmə qərarları › İş №2(045)-969/2023

Goranboy Rayon Məhkəməsi Qətnamə — İş №2(045)-969/2023

20.06.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Goranboy rayonu İş № 2(045)-969/2023 20.06.2023 GORANBOY RAYON MƏHKƏMƏSİ X6 Məhəmməd oğlunun sədrliyi, X7 qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «alimentin artırılması» tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı «alimentin artırılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2014-cü il tarixdə doğulmuş X2 və xx.xx.2016-cı il tarixdə doğulmuş X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay sabit pul məbləğində bir uşaq üçün 250 manat, iki uşaq üşün 500 manat alimentin məbləğinin müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək bildirdi ki, Cavabdeh ilə 2013-cü il tarixdə fakitki nikaha daxil olaraq ailə qurmuşdur. Birgə nikahdan iki övladı olmuşdur. xx.xx.2014-cü il tarixdə doğulmuş X4 və xx.xx.2016-cı il tarixdə doğulmuş X5. Goranboy rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(045)-121/2020 saylı qətnaməsi ilə xx.xx.2014-cü il tarixdə doğulmuş X4 və xx.xx.2016-cı il tarixdə doğulmuş X1 üçün Cavabdeh hər ay 160, iki uşaq üçün 320 manat sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsi qət edilmişdir. Hazırda uşaqlar üçün yaşayış minimumu 220 manatdır. Buna görə də xx.xx.2014-cü il tarixdə doğulmuş X2 və xx.xx.2016-cı il tarixdə doğulmuş X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Goranboy rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(045)-121/2020 saylı qətnaməsi ilə müəyyən edilmiş aliment məbləğinin artırılması, hər ay sabit pul məbləğində bir uşaq üçün 250 manat, iki uşaq üşün 500 manat alimentin məbləğinin müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında cavabadeh Cavabdeh iddianı qəbul etməyərək izahatında bildirdi ki, ona aliment 2 ildir təyin edilmişdir. Aylıq 320 manat aliment ödəyir. Qətnamə çıxarılandan sonra onun maddi vəziyyətində hər hansı dəyişiklik olmamışdır. İddianın rədd edilməsini xahiş edir. Məhkəmə tərəflərin izahatını dinləyib, məhkəmə iclasında tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək, belə qənaətə gəlir ki, iddia rədd edilməlidir. Belə ki, məhkəmə araşdırmasının nəticəsi olaraq müəyyən edilmişdir ki, Goranboy rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(045)-121/2020 saylı qətnaməsi ilə xx.xx.2014-cü il tarixdə doğulmuş X2 və xx.xx.2016-cı il tarixdə doğulmuş X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay hər uşaq üçün 160 manat olamqla, iki uşaq üçün hər ay 320 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Goranboy rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(045)- 121/2020 saylı qətnaməsi çıxarıldıqdan sonra tərəflərin maddi vəziyyətində hər hansı dəyişiklik olması barədə məhkəməyə hər hansı mötəbər sübut təqdim etməmişdir. İşin göstərilən halları işdə iştirak edən şəxslərin izahatı, bunu tamamlayan məhkəmə iclasında tədqiq edilmiş digər mötəbər sübutlarla tam təsdiq olunur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən alimentin ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Həmin münasibətləri tənzimləyən qeyd olunan müddəa alimentin müəyyən olunmuş miqdarına dəyişiklik edilə bilməsini tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişikliyin olması ilə şərtləndirir. İddiaçı isə özünün və ya cavabdehin maddi vəziyyətində alimentin miqdarının artırılmasına əsas verən hər hansı bir dəyişikliyin olmasını təsdiq edə biləcək sübutları məhkəməyə təqdim etməmişdir. Qeyd edilənləri nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbi barədə iddiası rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə həmin Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddiası rədd edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Goranboy Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Toğrul Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar