Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-1/2021 04.02.2021 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Səmidli Nərmin Yaşar qızının katibliyi ilə, iddiaçı «xxxx» MMC-nin Cavabdeh qarşı kredit borcunun ödənilməsi tələbinə dair mülki işə Göyçay şəhərində xx xxxxxx 2021-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: «xxxx» MMC ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh 316 manat əsas borcu, 95 manat cərimə borcu olmaqla 411 manat borcun və 20 manat məbləğində dövlət rüsumunun tutularaq «xxxx» MMC-nin xeyrinə ödənilməsi barədə məhkəmə əmrinin qəbul edilməsini xahiş etmişdir. Cavabdeh Göyçay Rayon Məhkəməsinin xx.xx.2015-cı il tarixli məhkəmə əmrindən etiraz vermiş, etiraz təmin edilmiş, işə mahiyyəti üzrə iddia icraatı qaydasında baxılmışdır. İddiaçı «xxxx» MMC-nə məhkəmənin yeri və vaxtı barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məhkəmə bildirişləri vasitəsilə məlumat verilmiş, lakin iddiaçının nümayəndəsi məhkəmə baxışında iştirak etməmişdir. İş üzrə İddiaçı MMC-nin ərizədə tələbini belə əsaslandırmışdır ki, iş üzrə borclu Cavabdeh müqaviləyə əsasən İddiaçı MMC-dən dəyəri 659 manat olan avadanlığı əldə etmişdir. Borclunun müqavilə üzrə ödənişlər etdikdən sonra kreditora cəmi 411 manat borcu qalmışdır. Xəbərdarlıq edilməsinə baxmayaraq borclu MMC-yə borcunu ödəməmişdir. Bundan başqa ərizə ilə məhkəməyə müraciət edərkən 20 manat dövlət rüsumu ödəmişdir. Buna görə də məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə Cavabdeh məhkəməyə teleqram vasitəsi ilə müraciət edərək işə onun iştirakı olmadan baxılaraq qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə təqdim edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Məhkəməyə təqdim edilmiş xx.xx.2014-ci il tarixli kredit müqaviləsindən görünür ki, «xxxx» MMC ilə Cavabdeh arasında bağlanmış müqaviləyə əsasən Cavabdeh dəyəri 659 manat olan məişət avadanlığını nisyə əldə etmiş, borc məbləğini 12 ay müddətinə aylıq 54 manat olmaqla ödəniş etməyi öhdəsinə götürmüşdür. Məhkəməyə təqdim edilmiş xx.xx.2015-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh «xxxx» MMC-yə cəmi 411 manat borcu təşkil edir. Təqdim edilmiş sübutlarla müəyyən edilir ki, Cavabdeh ilə «xxxx» MMC arasında xx.xx.2014-cü il tarixdə müqavilə bağlayaraq dəyəri 659 manat olan məişət avadanlığını nisyə almış, borc məbləğini 12 ay müddətinə aylıq 54 manat olmaqla ödəniş etməyi öhdəsinə götürmüşdür. Cavabdeh müqavilə üzrə üzərinə düşən öhdəlikləri vaxtında və lazımi qaydada yerinə yetirməmiş, öhdəliyin icrasından yayınmış, nəticədə Cavabdehnun MMC-yə borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən əgər bu məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşya alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Məhkəmə hesab edir ki, iddiaçı «xxxx» MMC-nin cavabdehlərdən 95 manat cərimə tələbi tənasübsüz surətdə yüksəkdir. Buna görə də məhkəmə tərəflərin mənafelərini nəzərə alaraq dəbbə pulunun tənasübsüz surətdə yüksək hesab edir və həmin dəbbə pulunun 5 manat məbləğində müəyyən edilməsini qanuna uyğun hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman 20 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda 20 manat dövlət rüsumu Cavabdeh alınaraq iddiaçı «xxxx» MMC-nin hesabına keçirilməlidir Sadalananlara əsasən məhkəmə hesab edir ki, «xxxx» MMC-nin iddiası təmin edilməli, Cavabdeh xx.xx.2014-cu il tarixli kredit müqaviləsi üzrə 316 manat əsas borcu, 5 manat cərimə borcu olmaqla 321 manat borcu və iddiaçı tərəfindən ödənilmiş 20 manat dövlət rüsumu tutularaq «xxxx» MMC-nə qaytarılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia təmin edilsin. Cavabdeh 316 manat əsas borcu, 5 manat cərimə borcu olmaqla 321 manat borcu və 20 manat dövlət rüsumu tutularaq iddiaçı «xxxx» MMC-nin hesabına keçirilsin. Qətnamənin icrası Cavabdeh yaşadığı ərazi üzrə Göyçay rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: İbrahim Fəttahov
Məhkəmə qərarları › İş №2(046)-1/2021
Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-1/2021
04.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver