Məhkəmə qərarları › İş №2(046)-1/2024

Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-1/2024

01.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-1/2024 01.04.2024 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Səmidli Nərmin Yaşar qızının katibliyi ilə, iddiaçı Finca Azərbaycan QBKT MMC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit borcunun ödənilməsi tələbinə dair mülki işə Göyçay şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Finca Azərbaycan QBKT MMC ərizə ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 1934 manat əsas kredit borcu, 509.18 manat faiz borcu, 86.68 manat cərimə borcu olmaqla cəmi 2529.86 manat kredit borcunun və 20 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Göyçay rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərardadına əsasən İddiaçı QBKT MMC-nın cavabdehlər Cavabdeh2, Cavabdeh1 kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair mülki iş üzrə icraat Cavabdeh1 vərəsəsi müəyyən edilənədək dayandırılmışdır. Göyçay rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadına əsasən İddiaçı QBKT MMC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı kredit borcunun ödənilməsi tələbinə dair mülki işə Cavabdeh1 vəfat etməsi ilə əlaqədar olaraq Cavabdeh1 qarşı qaldırılan hissədə xitam verilmişdir. İddiaçı Finca Azərbaycan QBKT MMC-nin nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə iclasının iştirakı olmadan keçirilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. İş üzrə iddiaçı Finca Azərbaycan QBKT MMC tələbi belə əsaslandırmışdır ki, Cavabdeh1 ilə Finca Azərbaycan QBKT MMC arasında xx.xx.2014-cü il tarixdə bağlanmış kredit müqaviləsinə əsasən Cavabdeh1 illik 32 faiz olmaqla, 24 ay müddətinə 2400 manat kredit verilmişdir. Kredit müqaviləsinin təminatı kimi Cavabdeh2 ilə Finca Azərbaycan QBKT MMC arasında xx.xx.2014-cü il tarixdə zaminlik müqaviləsi bağlanmışdır. Cavabdeh1 kredit müqaviləsinin şərtlərini pozaraq, borc öhdəliyini tam icra etməmişdir. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh kredit borcunu ödəməmişdir. Cavabdeh1 banka cəmi 2529.86 manat kredit borcu qalmışdır. Bundan başqa bank ərizə ilə məhkəməyə müraciət edərkən 20 manat dövlət rüsumu ödəmişdir. Buna görə də iddia tələbinin təmin edilməsini xahiş etmişdir. İş üzrə cavabdehə məhkəmənin yeri və vaxtı barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məhkəmə bildirişləri vasitəsilə məlumat verilmiş, lakin üzrlü səbəb olmadan məhkəmə baxışında iştirak etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda…məhkəmə işə baxmağa haqlıdır. Məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş üzrə təqdim edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Məhkəməyə təqdim edilmiş xx.xx.2014-cü il tarixli kredit müqaviləsindən görünür ki, Finca Azərbaycan QBKT MMC ilə Cavabdeh1 arasında illik 32 faiz olmaqla, 24 ay müddətinə 2400 manat kredit verilməsi barədə müqavilə bağlanmışdır. Məhkəməyə təqdim edilmiş xx.xx.2014-cü il tarixli zaminlik müqaviləsindən görünür ki, Cavabdeh2 ilə Finca Azərbaycan QBKT MMC arasında zaminlik müqavilələri bağlanmış, Cavabdeh2 kredit alan Cavabdeh1 borc məbləğinə görə Finca Azərbaycan QBKT MMC qarşısında öhdəlik götürmüşdür. Təqdim edilmiş sübutlardan görünür ki, Cavabdeh1 ilə Finca Azərbaycan QBKT MMC arasında xx.xx.2014-cü il tarixdə bağlanmış kredit müqaviləsinə əsasən Cavabdeh1 illik 32 faiz olmaqla, 24 ay müddətinə 2400 manat kredit verilmişdir. Kredit müqaviləsinin təminatı kimi Cavabdeh2 ilə Finca Azərbaycan QBKT MMC arasında xx.xx.2014-cü il tarixdə zaminlik müqaviləsi bağlanmışdır. Cavabdeh1 bank qarşısında üzərinə götürdüyü öhdəlikləri icra etmədiyi üçün iddiaçı Finca Azərbaycan QBKT MMC-nin ona və Cavabdeh2 qarşı kredit borcunun ödənilməsi tələbi ilə xx.xx.2015-ci il tarixdə Göyçay rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir. Cavabdeh1 xx.xx.2017-ci il tarixdə vəfat etmişdir. Göyçay rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərardadına əsasən iddiaçı Finca Azərbaycan QBKT MMC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit borcunun ödənilməsi tələbinə dair mülki iş üzrə icraat Cavabdeh1 hüquqi varisi müəyyən edilənədək dayandırılmışdır. Məhkəmə tərəfindən notariat ofisinə sorğu verilmiş, Göyçay rayon Notariat kontorundan daxil olmuş xx.xx.2024-cü il tarixli məktubla müəyyən edilmişdir ki, xx.xx.2017-ci il tarixdə vəfat etmiş Cavabdeh1 adına Göyçay rayon Notariat ofisi tərəfindən vərəsəlik işi açılmamışdır. Buna görə də Göyçay rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadına əsasən iddiaçı Finca Azərbaycan QBKT MMC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit borcunun ödənilməsi tələbinə dair mülki işə Cavabdeh1 vəfat etməsi ilə əlaqədar olaraq hüquqi varisi müəyyən edilmədiyindən ona qarşı qaldırılan hissədə xitam verilmişdir. Buna görə də məhkəmə hesab edir ki, iddiaçı kredit borcunu cavabdeh zamin Cavabdeh2 tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən əgər bu məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhtəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərini və borclunun öhtəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. İddiaçı ərizə ilə məhkəməyə müraciət etdiyi zaman 20 məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda məhkəmə hesab edir ki, ödənilmiş 20 manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Sadalananlara əsasən məhkəmə hesab edir ki, Finca Azərbaycan QBKT MMC-nin iddiası təmin edilməli, Cavabdeh2 1934 manat əsas kredit borcu, 509.18 manat faiz borcu, 86.68 manat cərimə borcu olmaqla cəmi 2529.86 manat kredit borcunun və 20 manat dövlət rüsumu alınaraq Finca Azərbaycan QBKT MMC-yə ödənilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh2 1934 manat əsas kredit borcu, 509.18 manat faiz borcu, 86.68 manat cərimə borcu olmaqla cəmi 2529.86 manat kredit borcunun və 20 manat dövlət rüsumu alınaraq Finca Azərbaycan QBKT MMC-nin hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: İbrahim Fəttahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar