Məhkəmə qərarları › İş №2(046)-10/2022

Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-10/2022

10.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-10/2022 10.10.2022 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Səmidli Nərmin Yaşar qızının katibliyi, iddiaçı "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə, Cavabdeh2 və Cavabdeh3 iştirakı ilə, iddiaçı "xxxx" ASC-nin cavabdehlər X6, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 Həmin oğluna qarşı kredit borcunun ödənilməsi tələbinə dair mülki işə Göyçay şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı "xxxx" ASC ərizə ilə məhkəməyə müraciət edərək cavabdehlər X1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 Həmin oğlundan müştərək qaydada 3666.17 manat əsas kredit borcu, 576.42 manat faiz borcu olmaqla, cəmi 4249.59 manat kredit borcunun və 20 manat məbləğində dövlət rüsumunun tutulması barədə məhkəmə əmrinin çıxarılmasını xahiş etmişdir. Göyçay rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli məhkəmə əmrinə əsasən müqavilə üzrə 3666.17 manat əsas kredit borcu, 576.42 manat faiz borcu olmaqla, cəmi 4249.59 manat kredit borcunun və 20 manat məbləğində dövlət rüsumu cavabdehlər X1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 Həmin oğlundan tutularaq "xxxx" ASC-yə verilmişdir. Cavabdeh2 məhkəmə əmrindən etiraz vermiş, məhkəmənin xx.xx.2018-ci il tarixli qərardadı ilə mülki iş iddia icraatına keçirilmişdir. Əsas borclu Cavabdeh1 xx.xx.2016-cı il tarixdə vəfat etdiyindən mülki iş üzrə icraat məhkəmənin xx.xx.2019-cu il tarixli qərardadına əsasən hüquqi varis müəyyən edilənədək dayandırılmışdır. Mərhum Cavabdeh1 arvadı X9 məhkəmə ərizə ilə müraciət edərək hüquqi varis qismində mülki işə cəlb edilməsini xahiş etmişdir. Göyçay rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadına əsasən mülki iş üzrə icraat təzələnmişdir. E-məhkəmə sistemi çıxarışından görünür ki, Cavabdeh4 xx.xx.2018-ci il tarixdə vəfat etmişdir. İş üzrə iddiaçı "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə iddianı müdafiə edərək tələbi belə əsaslandırmışdır ki, cavabdeh X4 ilə "xxxx" ASC arasında xx.xx.2014-cü il tarixdə bağlanmış kredit müqaviləsinə əsasən X3 illik 22 faiz olmaqla 36 ay müddətinə 10.000 manat kredit verilmişdir. Kredit müqaviləsinin təminatı kimi Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 Həmin oğlu ilə "xxxx" ASC arasında xx.xx.2014-cü il tarixdə zaminlik müqavilələri bağlanmışdır. Bundan başqa bank məhkəməyə müraciət etdikdən sonra müəyyən edilmişdir ki, X4 xx.xx.2016-cı il tarixdə vəfat etmişdir. Hazırki iş üzrə cavabdeh X9 ərizə ilə məhkəməyə müraciət edərək mərhum X2 vərəsəsi olduğunu və mülki iş üzrə vərəsə qismində işə cəlb edilməsini xahiş etmişdir. Cavabdeh X9 mərhum X1 qalmış mirası qəbul etməsinə baxmayaraq ona çatan miras payı həcmində miras qoyanın “LPO ZaminBank" ASC qarşısında olan öhdəliyini icra etməmişdir.Buna görə də iddianın təmin edilməsini xahiş etmişdir. İş üzrə Cavabdeh2 iddianı qəbul edərək göstərmişdir ki, mərhum X2 LPO ZaminBank ASC arasında bağlanmış kredit müqaviləsi üzrə zamin durmuşdur. X4 vəfat etmiş, ondan miras qalmış əmlakı arvadı X9 qəbul etmişdir. İş üzrə Cavabdeh3 Cavabdeh2 izahatına uyğun izahat vermişdir. İş üzrə digər cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. İş üzrə tərəfləri dinləyən, təqdim edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Məhkəməyə təqdim edilmiş xx.xx.2014-cü il tarixli kredit müqaviləsindən görünür ki, "xxxx" ASC ilə X4 arasında illik 22 faiz olmaqla 36 ay müddətinə 10.000 manat məbləğində kredit verilməsi barədə müqavilə bağlanmışdır. Məhkəməyə təqdim edilmiş xx.xx.2014-cü il tarixli zaminlik müqaviləsindən görünür ki, "xxxx" ASC ilə Cavabdeh2 və Cavabdeh3 arasında zaminlik müqaviləsi bağlanmışdır. Məhkəməyə təqdim edilmiş Göyçay rayon İHB-nın Yalman İƏN-nin xx.xx.2019-cu il tarixli arayışdan görünür ki, X1 miras qalmış əmlak arvadı X9 tərəfindən qəbul edilmişdir. Təqdim edilmiş sübutlardan görünür ki, mərhum X4 ilə "xxxx" ASC arasında xx.xx.2014-cü il tarixdə bağlanmış kredit müqaviləsinə əsasən X8 illik 22 faiz olmaqla 36 ay müddətinə 10.000 manat kredit verilmişdir. Kredit müqaviləsinin təminatı kimi Cavabdeh2 və Cavabdeh3 ilə "xxxx" ASC arasında xx.xx.2014-cü il tarixdə zaminlik müqavilələri bağlanmışdır. X4 xx.xx.2016-cı il tarixdə vəfat etmiş, ölümündən sonra ona məxsus əmlakları vərəsəsi arvadı - X9 qəbul etmişdir. Buna görə də məhkəmə hesab edir ki, iddiaçı kredit borcunu cavabdehlərdən tutulmasını tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən əgər bu məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. . Həmin Məcəllənin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhtəliyini tamamilə və ya hissəhissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərini və borclunun öhtəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. İddiaçı ərizə ilə məhkəməyə müraciət etdiyi zaman 20 məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda məhkəmə hesab edir ki, ödənilmiş 20 manat dövlət rüsumu cavabdehlərə aid edilməlidir. Sadalananlara əsasən məhkəmə hesab edir ki, "xxxx" ASC-nin iddiası təmin edilməli, cavabdehlər X5 miras əmlakı qəbul etdiyi həddə, Cavabdeh2 və Cavabdeh3 isə müştərək qaydada 3666.17 manat əsas kredit borcu, 576.42 manat faiz borcu olmaqla, cəmi 4242.59 manat kredit borcu və iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu alınaraq LPO ZaminBank ASC-yə ödənilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdehlər X5 miras əmlakı qəbul etdiyi həddə, Cavabdeh2 və Cavabdeh3 isə müştərək qaydada 3666.17 manat əsas kredit borcu, 576.42 manat faiz borcu olmaqla, cəmi 4242.59 manat kredit borcu və iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu tutularaq iddiaçı "xxxx" ASC-nin hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: İbrahim Fəttahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar