Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-1005/2023 10.07.2023 GÖYÇAY RAYON MƏHKƏMƏSİ X2 Firudin oğlunun sədrliyi, Məhkəmə iclas katibi Səmidli Nərmin Yaşar qızının katibliyi, İddiaçı İxtiyar oğlunun Cavabdeh iştirakı ilə, İddiaçı İxtiyar oğlunın Cavabdeh qarşı pul tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı İxtiyar oğlu iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 1000 manat pulun, hüquqi yardım üçün ödənilmiş 200 manat pulun və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. işin halları: İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, 2022-ci ilin noyabr ayında Cavabdeh nisyə xurma məhsulu satmış və cavabdeh məhsulun dəyəri olan 1600 manat məbləğdən 600 manatı ödəsə də qalan 1000 manat pulu bu vaxta kimi ödəməmişdir. Bu barədə Göyçay rayon Polis Şöbəsinə də ərizə ilə müraciət etmiş, şikayət ərizəsi araşdırılmış və ona mübahisə mülki xarakterli olduğu üçün məhkəməyə müraciət etmək tövsiyyə olunmuşdur. Cavabdeh Göyçay rayon Polis Şöbəsinə izahat verərək Elvin adlı şəxsdən pulunu aldıqdan sonra ona borclu olduğu pulu verəcəyini bildirsə də bu günədək ödəniş etməmişdir. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: Məhkəmə iclasında İddiaçı İxtiyar oğlu iddianı müdafiə edərək göstərdi ki, Göyçay rayonu Çayarxı kəndində özünə məxsus bağ sahəsində xurma məhsulu yetişdirərək satır. Cavabdeh həmkəndlisidir. 2022-ci ilin noyabr ayında Cavabdeh ona müraciət edərək bağında yetişən xurma məhsulunu nisyə almaq istəmiş, Cavabdehla razılaşaraq bir ədəd xurma yeşiyi 2 manat 50 qəpik olmaqla,cəmi 640 ədəd xurma yeşiyini 1600 manata nisyə satmışdır. Keçən müddət ərzində xurma məhsulunun dəyərindən, Sarvanın oğlu 600 manat ödəmiş, 1000 manat borcu qalmışdır. Cavabdeh məhkəmə iclasında vurğuladığı Elvin adlı şəxsi tanımır, onunla arasında heç bir alqı-satqı müqaviləsi olmamışdır. Buna görə də iddianın təmin edilməsini xahiş edir. Məhkəmə iclasında Cavabdeh iddianı etiraf etmədi,izahat verərək göstərdi ki, Göyçay rayon sakini Elvin adlı şəxsə xurma məhsulunun alınmasında köməklik göstərmişdir. İddiaçı həmkəndlisidir, buna görə də xurma məhsulunu vasitəçilik edib tanışı Elvinə almışdır. Elvin məhsulun dəyərini qismən ödəmiş, lakin 1000 manat borc qalmışdır. Buna görə də hesab edir ki, iddia rədd edilməlidir. İş üzrə tərəfləri dinləyən, təqdim edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. Mülki işdə olan sənədlər: Məhkəməyə təqdim edilmiş Cavabdeh Göyçay Rayon Polis Şöbəsində xx.xx.2023cü il tarixdə verdiyi izahatından görünür ki, Cavabdeh Göyçay rayon sakini Elvin adlı şəxsə birlikdə işləmiş, Elvinə xurma məhsulunu nisyə almaqda köməklik göstərmişdir.2022-ci ilin noyabr ayında həmkəndlisi İddiaçı İxtiyar oğlundan nisyə xurma məhsulu almış, Elvin həmin məhsulun dəyərinin bir qismini ödəmiş, 1000 manat borcu qalmışdır. Elvindən pulu aldıqdan sonra İddiaçı İxtiyar oğluna olan borcu ödəyəcəkdir. Tətbiq edilən hüquq normaları: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsindən əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərədə tutulan müddətdə, müqavilədə belə müddət nəzərədə tutulmadıqda isə bu məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyat keçirilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 217-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 04 nömrəli qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Qərarın 2.4-cü bəndinə görə, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu "N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarında qeyd etmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. məhkəmənin mövqeyi: Hazırkı iş üzrə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Tərəflərin mübahisə edilməyən izahatlarından müəyyən edilir ki, Cavabdeh 2022-ci ilin noyabr ayında İddiaçı İxtiyar oğlundan 1600 manat dəyərində xurma məhsulunu nisyə almış, həmin 1600 manat məhsulun dəyərindən, 600 manat ödəmiş, 1000 manat borcu qalmışdır. Məhkəmə hesab edir ki, Cavabdeh 640 ədəd yeşikdə xurma məhsulunu təhvil aldıqdan sonra müəyyənləşdirilmiş müddətdə məhsulun dəyərini tam ödəmədiyindən,İddiaçı İxtiyar oğlu satılmış malın dəyərinin tam ödənilməsini tələb etməkdə haqlıdır.Ödənilməmiş məbləğ isə 1000 manat təşkil edir. Cavabdeh malın Elvin adlı şəxsə satılmasını,bu işdə vasitəçilik etməsi barədə izahatına gəldikdə isə,məhkəmə xurma məhsulunun Cavabdeh təhvil verilməsini,malın dəyərindən 600 manat məbləğində ödənişin cavabdehin oğlu tərəfindən edilməsini və cavabdeh tərəfindən istinad etdiyi halın təsdiqi kimi hər hansı bir sübutun məhkəməyə təqdim edilməməsini və bununla da istinad etdiyi halı sübut edə bilməməsini nəzərə alıb,cavabdehin bu dəlilini nəzərə almamış və qəbul etməmişdir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə hesab edir ki, iddiaçının hüquqi yardım üçün ödənilmiş 200 manat pulun, məhkəmə xərci hesab edilərək cavabdehdən alınaraq ona verilməsi hissədə tələbi təmin edilməməlidir. Belə ki, vəkilin göstərdiyi hüquqi yardıma görə tərəflər arasında müqavilə bağlanılır və müqavilə ilə müəyyən edilmiş xərclər ödənilir. Hazırki iş üzrə İddiaçı İxtiyar oğlu ilə vəkil arasında müqavilə bağlanmasını təsdiq edən sübut məhkəməyə təqdim edilməmişdir. Sadalananlara əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 1000 manat pul və ödənilmiş 30 manat dövlət rüsumu alınaraq İddiaçı İxtiyar oğluna verilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216-220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh satılmış xurma məhsuluna görə ödənilməmiş 1000 manat məbləğində pul alınaraq İddiaçı İxtiyar oğluna verilsin. Məhkəmə xərcləri cavabdehə aid edilsin Cavabdeh dövlət rüsumu üçün ödənilmiş 30 manat alınaraq İddiaçı İxtiyar oğluna verilsin. Qalan hissədə iddia təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Elçin Qurbanov
Məhkəmə qərarları › İş №2(046)-1005/2023
Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-1005/2023
10.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver