Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-1014/2021 08.07.2021 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Səmidli Nərmin Yaşar qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair mülki işə Göyçay şəhərində 08 iyul 2021-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 29.07.2010-cu il tarixdə anandan olmuş X3, 04.01.2012-ci il tarixdə anadan olmuş X5 və 08.03.2016-cı il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşağa görə 100 manat məbləğində tutulan alimentin miqdarının artırılaraq hər ay hər uşağa görə 170 manat cəmi 510 manat məbləğində müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə baxışını vaxtı və yeri barədə məlumat verilmiş, iddiaçı məhkəməyə teleqram vasitəsi ilə müraciət edərək məhkəmə baxışının iştirakı olmadan keçirilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, Cavabdeh ilə birgə nikahdan 29.07.2010cu il tarixdə X6, 04.01.2012-ci il tarixdə X6 və 08.03.2016-cı il tarixdə X4 anadan olmuşdur. Göyçay Rayon Məhkəməsinin 2(046)-1787/2019 saylı 03.12.2019-cu il tarixli qətnaməsinə əsasən 3 uşağın yetkinlik yaşına çatana qədər saxlanılması üçün Cavabdeh hər ay hər uşağa görə 100 manat cəmi 300 manat aliment alınıb ona verilməsi qət edilmişdir. Uşaqlar boyüdükçə onların da maddi tələbatı artdığından onları tək başına saxlamaqda çətinlik çəkir. Uşaqlara qulluq etdiyi üçün heç bir yerdə işləmir. Cavabdeh fərdi işlə məşğul olur, maddi imkanı yaxşıdır. Buna baxmayaraq uşaqların atası uşaqlarına əlavə heç bir maddi yardım görsətmir. Buna görə də uşaqların saxlanması üçün cavabdehdən tutulan alimentin miqdarının artırılaraq hər ay hər uşağa görə 170 manat cəmi 510 manat müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İş üzrə Cavabdeh məhkəmə baxışının yeri və vaxtı barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məhkəmə bildirişləri vasitəsilə məlumat verilmiş, lakin cavabdeh məhkəmə baxışında iştirak etməmişdir. Məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş üzrə Cavabdeh ilə telefonoqram vasitəsi ilə əlaqə saxlanmış, cavabdeh iddianı qəbul edərək hər ay hər uşağa görə 170 manat alimenti ödəyə biləcəyini bildirmişdir. İş üzrə tədqiq edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Məhkəməyə təqdim edilmiş Göyçay Rayon Məhkəməsinin 2(046)-1787/2019 saylı 03.12.2019-cu il tarixli qətnaməsindən görünür ki, tərəflərin birgə nikahından 29.07.2010cu il tarixdə anadan olmuş anadan olmuş X3, 04.01.2012-ci il tarixdə anadan olmuş X5 və 08.03.2016-cı il tarixdə anadan olmuş X1 üçün Cavabdeh hər ay hər uşağa görə 100 manat olmaqla, cəmi 300 manat sabit pul məbləğində alimentin cavabdehdən tutulması qət edilmişdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Bronda İtaliyaya qarşı” işi üzrə qərarda göstərilmişdir ki, hər bir işdə uşağın mənafeyinə uyğun olan vəziyyəti daha dəqiq müəyyən etmək lazımdır. Məhkəmə sabit pul məbləğində cavabdehdən tutulacaq alimentin miqdarını müəyyən edən zaman uşağın mənafeyini iddiaçının əmlak vəziyyətini və digər diqqətəlayiq halları nəzərə alır. Birləşmiş Millətlər Təşkilatının Uşaq Hüquqları haqqında Konvensiyasının 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsədə məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Həmin konvensiyanın 27-ci maddəsinin 2 bəndinə əsasən valideynlər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. Yuxarıda sadalananlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, 29.07.2010-cu il tarixdə anadan olmuş X3, 04.01.2012-ci il tarixdə anadan olmuş X5 və 08.03.2016-cı il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatana qədər saxlanılması üçün İddiaçı xeyrinə Cavabdeh hər ay hər uşağa görə tutulan 100 manat alimentin miqdarı qətnamə qanuni qüvvəyə mindiyi tarixdən etibarən artırılaraq hər ay hər uşağa görə 170 manat cəmi 510 manat sabit pul məbləğində müəyyən edilməsi məqsədə müvafiq hesab edilməlidir. Azərbaycan Respublikası MPM-nin 112.1.3-cü və Dövlət rüsumu haqqında qanunun 8.1-ci maddəsinə əsasən Cavabdeh illik alimentin məcmusu ilə artırılan hissəyə nisbətdə dövlət rüsumu tutulmalıdır. Şərh olunanları nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216, 220, 227, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh Göyçay Rayon Məhkəməsinin 2(046)-1787/2019 saylı 03.12.2019-cu il tarixli qətnaməsinə əsasən 29.07.2010-cu il tarixdə anadan olmuş X3, 04.01.2012-ci il tarixdə anadan olmuş X5 və 08.03.2016-cı il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay hər uşağa görə 100 manat cəmi 300 manat məbləğində tutulan alimentin miqdarı artırılaraq hər ay hər uşağa görə 170 manat cəmi 510 manat sabit pul məbləğində müəyyən edilsin. Cavabdeh 29.07.2010-cu il tarixdə anadan olmuş X3, 04.01.2012-ci il tarixdə anadan olmuş X5 və 08.03.2016-cı il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşağa görə 170 manat cəmi 510 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı xeyrinə verilsin. Aliment qətnamə qanuni qüvvəyə mindiyi tarixdən etibarən tutulsun. Cavabdeh 30 manat məbləğində rüsum alınaraq dövlət büdcəsinə keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti vermək olar. Hakim: İbrahim Fəttahov
Məhkəmə qərarları › İş №2(046)-1014/2021
Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-1014/2021
08.07.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver