Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-1019/2020 10.09.2020 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Mən, Göyçay Rayon Məhkəməsinin hakim Fəttahov İbrahim Bağır oğlu iddiaçı «xxxxxxxxxxx» MMC-nin Cavabdeh qarşı kreditin və məhkəmə məsrəflərinin qaytarılması tələbinə dair ərizəsinə və və ona əlavə olunmuş sənədlərə baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı «xxxxxxxxxxx» MMC Cavabdeh qarşı ərizə ilə müraciət edərək cavabdehdən onun xeyrinə xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən İMEİ kodu **********29945 olan Huawei P Smart Z markalı telefon üçün 810 manat əsas, 81 manat cərimə olmaqla, cəmi 891 manat və xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən İMEİ kodu **********50628 olan Huawei P Smart Z markalı telefon üçün 629 manat əsas, 62 manat cərimə olmaqla, cəmi 691 manat pulun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizədə göstərilmişdir ki, iddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli və xx xxxxxx 2019-cu il tarixli müqavilələrə əsasən, Cavabdeh İMEİ kodları **********29945 və **********50628 olan 2 ədəd Huawei P Smart Z markalı telefon telefon almış və nəticədə 1528 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 810 manat (18 ay x 45 manat) olan İMEİ kodu **********29945 olan Huawei P Smart Z markalı telefon üçün ümumilikdə 891 manat olmaqla, ondan 810 manat ödənilməmiş hissə, 148 manat cərimə (0.45 x 330 gün) hesablanmalı olmasına baxmayaraq müştəriyə güzəşt olunaraq 81 manat cərimə pulu borcu yaranmışdır. xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 779 manat (18 ay x 45 manat) olan İMEİ kodu **********50628 olan Huawei P Smart Z markalı telefon üçün ümumilikdə 691 manat olmaqla, ondan 629 manat ödənilməmiş hissə, 115 manat cərimə (0.35 x 330 gün) hesablanmalı olmasına baxmayaraq müştəriyə güzəşt olunaraq 62 manat cərimə pulu borcu yaranmışdır. Cavabdehin ödədiyi məbləğ 150 manat təşkil edir. Keçən müddət ərzində kredit müqaviləsi üzrə öhdəliyini yerinə yetirməsi üçün cavabdehə dəfələrlə şifahi və yazılı xəbərdarlıq olunmasına baxmayaraq müqavilə üzrə borc qaytarılmamışdır. İddiaçının tələbinə dair əsaslandırılmış etirazın, ona dair dəlillərin və onları təsdiq edən sənədlərin təqdim olunması barədə cavabdehə bildiriş göndərilsə də, o, bununla bağlı məhkəməyə sübutlar təqdim etməmişdir. İşdə olan sübutlara qiymət verərək hesab edirəm ki, iddia təmin olunmalıdır. Belə ki, işin müəyyən edilən hallarından görünür ki, tərəflər arasında (nisyə) alqısatqı müqaviləsinin bağlanmasından irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Müqavilə, öhdəliyin əmələ gəlmə əsaslarından biridir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 385-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşya alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 601.1-ci maddəsinə əsasən, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. 600.4 və 600.5-cimaddələrinəəsasənəşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdəödəmək vəzifəsini icra etmədikdə satıcı verilmişəşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli və xx.xx.2019-cu il tarixli müqavilələrə əsasən satıcı (iddiaçı) alıcıya (cavabdehə) 18 ay müddətinə, 810 manat məbləğində İMEİ kodu **********29945 və 779 manat məbləğində İMEİ kodu **********50628 olan Huawei P Smart Z markalı telefonların verilməsini öhdəsinə götürmüş, alıcı isə əşyanı qəbul etməyi və müəyyən olunmuş qrafik əsasında krediti qaytarmağı öhdəsinə götürmüşdür. Müqaviləyə əsasən alıcı qalan borcun ödənilməsini gecikdirildiyi halda, hər gün üçün məbləğin 1 faizi həcmində cərimə ödəməlidir. xx.xx.2019-cu il tarixli və xx.xx.2019-cu il tarixli müqavilələrə əsasən iddiaçı müqavilə üzrə üzərinə düşən öhdəliyini icra edərək cavabdeh-alıcıya İMEİ kodu **********29945 və **********50628 olan Huawei P Smart Z markalı telefonları versə də, cavabdeh müəyyən olunmuş qrafik əsasında ödənişləri həyata keçirməmiş və nəticədə onun iddiaçıya cəmi 1582 manat borcu yaranmışdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Cavabdeh xx.xx.2019-cu il tarixli və xx.xx.2019-cu il tarixli müqavilələrdən irəli gələn öhdəliklərini vaxtında və lazımi qaydada icra etmədiyi üçün aldığı əşyanın dəyərindən ödənilməmiş qalan xx.xx.2019-cu il tarixli müqavilə üzrə 810 manat və xx.xx.2019-cu il tarixli müqavilə üzrə 629 manat məbləğində pul ondan iddiaçının xeyrinə tutulmalıdır. «xxxxxxxxxxx» MMC-nin tələb etdiyi xx.xx.2019-cu il tarixli müqavilə üzrə 81 manat və xx.xx.2019-cu il tarixli müqavilə üzrə 62 manat cərimə (hər gün üçün ödənilməmiş məbləğin 1 %-i məbləğində) ödənilməsi tələbi ilə bağlı məhkəmə həmçinin hesab edir ki, iddia tələbi həmin hissədə təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-cı maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Göstərilənlərə əsasən və MPM-nin 119.1-ci, 216-220-ci, 284-5.3-cü, 284-6-cı, 358-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİM: İddia təmin edilsin. xx.xx.2019-cu il tarixli müqavilə üzrə 810 manat əsas, 81 manat cərimə, cəmi 891 manat və xx.xx.2019-cu il tarixli müqavilə üzrə 629 manat əsas, 62 manat cərimə, cəmi 691 manat, ümumilikdə 1582 manat Cavabdeh tutularaq iddiaçı «xxxxxxxxxxx» MMC-yə ödənilsin. İş üzrə ödənilmiş 30 manat məhkəmə xərci Cavabdeh alınaraq iddiaçı «xxxxxxxxxxx» MMC-yə verilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Göyçay Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: İbrahim Fəttahov
Məhkəmə qərarları › İş №2(046)-1019/2020
Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-1019/2020
10.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver