Məhkəmə qərarları › İş №2(046)-1023/2020

Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-1023/2020

24.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-1023/2020 24.09.2020 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Məmmədov Səbuhi Mətləb oğlunun katibliyi, cavabdehlər X3 və Cavabdeh2 iştirakı ilə, iddiaçı BOKT «xxxxxxxx» MMC-nin cavabdehlər X4 və Cavabdeh2 qarşı kredit borcunun ödənilməsi tələbinə dair mülki işə Göyçay şəhərində xx xxxxxxxx 2020-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: BOKT «xxxxxxxx» MMC ərizə ilə məhkəməyə müraciət edərək cavabdehlər X2 və Cavabdeh2 müştərək qaydada 2100.28 manat əsas kredit borcu, 616.26 manat faiz borcu, 210.03 manat cərimə borcu olmaqla, cəmi 2926.57 manat kredit borcunun və 30 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə iddiaçı BOKT «xxxxxxxx» MMC-nin nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək işə nümayəndənin iştirakı olmadan baxılaraq iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə iddiaçı BOKT «xxxxxxxx» MMC-nin iddia ərizəsində tələbi belə əsaslandırmışdır ki, cavabdeh X5 ilə “xxxxxxxxxxxxxxxxxxxx” BOKT MMC arasında xx.xx.2015-ci il tarixdə bağlanmış kredit müqaviləsinə əsasən X4 illik 25 faiz olmaqla 36 ay müddətinə 2832 manat kredit verilmişdir. Cavabdeh X4 verilmiş kreditin təminatı kimi Cavabdeh2 ilə “xxxxxxxxxxxxxxxxxxxx” BOKT MMC arasında zaminlik müqaviləsi bağlanmışdır. Cavabdeh X1 müqaviləsinin şərtlərini pozaraq, borc öhdəliyini tam icra etməmişdir. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh kredit borcunu ödəməmişdir. Hüquqların və tələblərin güzəşti haqqında xx.xx.2019-cu il tarixli bildirişə əsasən X5 ilə “xxxxxxxxxxxxxxxxxxxx” BOKT MMC arasında bağlanmış kredit müqaviləsi üzrə kredit borcunun tələb hüququ BOKT «xxxxxxxx» MMC-yə güzəşt edilmişdir. X3 xx.xx.2020-ci il tarixli arayışa əsasən banka 2100.28 manat əsas, 616.26 manat faiz, 210.03 manat cərimə borcu olmaqla, cəmi 2926.57 manat kredit borcu qalmışdır. Bundan başqa bank ərizə ilə məhkəməyə müraciət edərkən 30 manat dövlət rüsumu ödəmişdir. Buna görə də məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə cavabdehX5 iddianı qismən qəbul edərək göstərmişdir ki, “xxxxxxxxxxxxxxxxxxxx” BOKT MMC ilə aralarında xx.xx.2015-ci il tarixdə ona illik 25 faiz olmaqla 36 ay müddətinə 2832 manat kredit verilməsi barədə kredit müqaviləsi bağlanmışdır. Maddi imkanı olmadığından bank qarşısında götürdüyü öhdəliyi tam icra edə bilməmişdir. Borclu olduğu kredit borcunu hissə-hissə ödəyəcəkdir. İddianın cərimə hissəsini əsassız hesab edir. İş üzrə Cavabdeh2 iddianı qəbul etməyək göstərmişdir ki, cavabdeh X4 verilmiş kreditin təminatı kimi onunla “xxxxxxxxxxxxxxxxxxxx” BOKT MMC arasında xx.xx.2015-ci il tarixdə zaminlik müqaviləsi bağlanmışdır. Hesab edir ki, zaminlik müqaviləsi üzrə öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditor ona qarşı iddia irəli sürməmiş buna görə də zaminlik müqaviləsinə xitam verilmişdir. Məhkəmədən iddianın ona qarşı qaldırılan hissədə rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə cavabdehləri dinləyən və təqdim edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Məhkəməyə təqdim edilmiş xx.xx.2015-ci il tarixli kredit müqaviləsindən görünür ki, “xxxxxxxxxxxxxxxxxxxx” BOKT MMC ilə X5 arasında illik 25 faiz olmaqla 36 ay müddətinə 2832 manat kredit verilməsi barədə müqavilə bağlanmışdır. Məhkəməyə təqdim edilmiş xx.xx.2015-ci il tarixli zaminlik müqaviləsindən görünür ki, Cavabdeh2 ilə “xxxxxxxxxxxxxxxxxxxx” BOKT MMC arasında zaminlik müqaviləsi bağlanmış, Cavabdeh2 kredit alan X3 borc məbləğinə görə “xxxxxxxxxxxxxxxxxxxx” BOKT MMC qarşısında öhdəlik götürmüşdür. Məhkəməyə təqdim edilmiş hüquqların və tələblərin güzəşti haqqında xx.xx.2019cu il tarixli bildirişdən görünür ki, X5 ilə “xxxxxxxxxxxxxxxxxxxx” BOKT MMC arasında bağlanmış kredit müqaviləsi üzrə kredit borcunun tələb hüququ BOKT «xxxxxxxx» MMCyə güzəşt edilmişdir. Məhkəməyə təqdim edilmiş xx.xx.2020-ci il tarixli maliyyə arayışından görünür ki, cavabdeh X3 BOKT «xxxxxxxx» MMC-yə kreditin ödəmə müddətinin sonuna, yəni xx.xx.2018-cı il tarixə əsas borc üzrə 2100.28 manat, faiz borcu üzrə 616.26 manat, cərimə borcu üzrə 210.03 manat olmaqla, cəmi 2926.57 manat kredit borcu təşkil edir. Təqdim edilmiş sübutlarla müəyyən edilir ki, cavabdeh X5 ilə “xxxxxxxxxxxxxxxxxxxx” BOKT MMC arasında xx.xx.2015-ci il tarixdə kredit müqaviləsi bağlanmış və X4 36 ay müddətinə illik 25 faiz olmaqla 2832 manat məbləğində kredit verilmişdir. Borclunun öhdəliyinin icrasının təmin edilməsi məqsədi ilə xx.xx.2015-ci il tarixdə Cavabdeh2 ilə zaminlik müqaviləsi bağlanmış və kredit alan X4 zamin durmuşdur. Cavabdeh X5 müqavilə üzrə üzərinə düşən öhdəlikləri vaxtında və lazımi qaydada yerinə yetirməmiş, öhdəliyin icrasından yayınmış, nəticədə X3 banka borcu yaranmışdır. Hüquqların və tələblərin güzəşti haqqında xx.xx.2019-cu il tarixli bildirişə əsasən X5 ilə “xxxxxxxxxxxxxxxxxxxx” BOKT MMC arasında bağlanmış kredit müqaviləsi üzrə kredit borcunun tələb hüququ BOKT «xxxxxxxx» MMC-yə güzəşt edilmişdir. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, Cavabdeh2 ilə “xxxxxxxxxxxxxxxxxxxx” BOKT MMC arasında bağlanmış zaminlik müqaviləsi xx.xx.2018ci il tarixədək qüvvədə olmuş, iddiaçı iddia ərizəsi ilə məhkəməyə xx.xx.2020-ci il tarixdə yəni bir ildən artıq müddət keçdikdən sonra müraciət etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 477.0.4-cü maddəsinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Qanunun mənasından görünür ki, Cavabdeh2 ilə “xxxxxxxxxxxxxxxxxxxx” BOKT MMC arasında bağlanmış zaminlik müqaviləsinin icraatına xitam verilmişdir. Buna görə də məhkəmə hesab edir ki, iddiaçı “xxxxxxxxxxxxxxxxxxxx” BOKT MMC ilə Cavabdeh2 arasında bağlanmış zaminlik müqaviləsinə xitam verildiyindən iddia tələbi Cavabdeh2 qarşı qaldırılan hissədə təmin edilə bilməz. Məhkəmə hesab edir ki, iddiaçı BOKT «xxxxxxxx» MMC-nin cavabdeh X2 210.03 manat cərimə tələbi tənasübsüz surətdə yüksəkdir. Buna görə də məhkəmə tərəflərin mənafelərini nəzərə alaraq dəbbə pulunun tənasübsüz surətdə yüksək hesab edir və həmin dəbbə pulunun 10.03 manat məbləğində müəyyən edilməsini qanuna uyğun hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən əgər bu məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman 30 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda 30 manat dövlət rüsumu cavabdeh X2 alınaraq iddiaçı BOKT «xxxxxxxx» MMC-nin hesabına keçirilməlidir. Sadalananlara əsasən məhkəmə hesab edir ki, BOKT «xxxxxxxx» MMC-nin iddiası qismən təmin edilməli, X2 2100.28 manat əsas kredit borcu, 616.26 manat faiz borcu, 10.03 manat cərimə borcu olmaqla, cəmi 2726,57 manat kredit borcu və iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu tutularaq BOKT «xxxxxxxx» MMC-nə qaytarılmalı, iddia Cavabdeh2 qarşı qaldırılan hissədə rədd edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh X2 2100.28 manat əsas kredit borcu, 616.26 manat faiz borcu, 10.03 manat cərimə borcu olmaqla, cəmi 2726.57 manat kredit borcu və ödənilmiş 30 manat dövlət rüsumu tutularaq iddiaçı BOKT «xxxxxxxx» MMC-nin hesabına keçirilsin. İddia tələbi Cavabdeh2 qarşı qaldırılan hissədə təmin edilməsin. Qətnamənin icrası X3 yaşadığı ərazi üzrə Göyçay rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: İbrahim Fəttahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar