Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-1029/2021 08.07.2021 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Səmidli Nərmin Yaşar qızının katibliyi, İddiaçı Bəhrəm oğlunın və Cavabdeh iştirakı ilə, pul tələbinə dair mülki işə Göyçay şəhərində 08 iyul 2021-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı Bəhrəm oğlu iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 4920 manat məbləğində borc pulun, 1000 manat mənəvi ziyanın və 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Bəhrəm oğlu iddianın həcminin azaldılması barədə ərizə təqdim edərək göstərmişdir ki, Cavabdeh 05.11.2019-cu il tarixdə bağlanmış notarial qaydada təsdiqlənmiş müqaviləyə əsasən 05.12.2019-cu il tarixədək ödəmək şərti ilə 4920 manat borc pul vermişdir. Cavabdeh həmin puldan 1865 manatını qaytarmışdır. Bundan sonra cavabdeh qalan borcunu qaytarmaqdan boyun qaçırır. Aralarında olan razılıq pozulduğundan qalan 3055 manat borcunu qaytarmağı cavabdehdən tələb etmiş, cavabdeh bildirdimişdir ki, az müddət ərzində pulu ödəyib qurtaracaqdır. Bu müddət ərzində cavabdeh müxtəlif bəhanələrlə borclu qaldığı 3055 manat pulu ona qaytrmamışdır. Bundan başqa cavabdehin qanunsuz hərəkətləri nəticəsində ona 1000 manat mənəvi ziyan dəymişdir. Buna görə də iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə Cavabdeh iddianı qismən qəbul edərək göstərmişdir ki, müqavilə üzrə İddiaçı Bəhrəm oğluna 3055 manat borcu qalmışdır. İddiaçıya borclu olduğu 3055 manatı hər ay hissə-hissə ödəyəcəkdir. İddiaçının ondan 1000 manat mənəvi ziyana görə pul tələb etməsini əsassız hesab edir. İş üzrə tərəflərin izahatını dinləyən, təqdim edilmiş sübutları tədqiq edən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəməyə təqdim edilmiş 05.11.2019-cu il tarixli notarial qaydada bağlanmış kredit müqavilənin surətindən görünür ki, İddiaçı Bəhrəm oğlu Cavabdeh 05.12.2019-cu il tarixədək ödəmək şərti ilə 4920 manat borc pul vermişdir. Məhkəmə baxışı zamanı müəyyən edilir ki, İddiaçı Bəhrəm oğlu Cavabdeh 05.11.2019-cu il tarixdə notarial qaydada tərtib edilmiş müqaviləyə əsasən 05.12.2019-cu il tarixədək ödəmək şərti ilə 4920 manat borc pul vermiş, cavabdeh həmin məbləğdən 1865 manatını iddiaçıya qaytarmış, 3055 manat borclu qalmışdır. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, İddiaçı Bəhrəm oğluna məxsus 3055 manat məbləğində pul vəsaiti Cavabdeh qanunsuz sahibliyindədir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə əsasən pul vəsaitləri də mülkiyyət hesab olunduğundan həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli 07 saylı qərarının 1-ci bəndində qeyd edilmişdir ki, məhkəmələrə izah edilsin ki, mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, “İnsan Hüquqlarının və X1 Haqqında Konvensiya”nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən ) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir.
2. Plenum izah edir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə i ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Məhkəmə baxışı zamanı iddiaçı əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini təsdiq edən və cavabdehdən 1000 manat mənəvi ziyanın tutulmasına əsas ola bilən heç bir mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biri-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§ 68). Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Buna görə də məhkəmə hesab edir ki, iddia qeyd edilən tələb üzrə əsassız olduğundan təmin edilə bilməz. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, dövlət rüsumu olan 30 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Sadalananlara əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 3055 manat borc pul və dövlət rüsumu kimi ödənilmiş 30 manat vəsait alınaraq İddiaçı Bəhrəm oğluna verilməlidir. Şərh olunanları nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 357, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT E T D İ:
İddia qismən təmin edilsin. Cavabdeh 3055 manat borc pul və 30 manat dövlət rüsumu alınaraq İddiaçı Bəhrəm oğluna verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamənin icrası Göyçay rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər.
Hakim: İbrahim Fəttahov