Məhkəmə qərarları › İş №2(046)-1067/2020

Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-1067/2020

06.10.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-1067/2020 06.10.2020 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Məmmədov Səbuhi Mətləb oğlunun katibliyi və İddiaçı nümayəndəsi Ömərov Ramil Şaiq oğlunun iştirakı ilə, İddiaçı Cavabdeh qarşı debitor borcunun ödənilməsi tələbinə dair mülki işə Göyçay şəhərində xx xxxxxxx 2020-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh 54.70 manat debitor borcunun, sayğacdan kənar əlavə qaz xəttindən istifadəyə görə 1576.80 manat itirilmiş qazın dəyərinin, 30 manat məbləğində dövlət rüsumunun və 0.40 qəpik xidmət haqqı olmaqla ümumilikdə 1661.90 manat məbləğin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə İddiaçı nümayəndəsi Ömərov Ramil Şaiq oğlu iddia tələbinin həcminin azaldılması barədə ərizə təqdim edərək iddia tələbini belə əsaslandırmışdır ki, ünvan 1 ünvanında yaşayan Cavabdeh istifadə olunmuş təbii qaza görə İddiaçı Ağsu X2 idarəsinin Göyçay Xidmət sahəsinə 54.70 manat debitor borcu vardır. İddiaçı Ağsu X2 idarəsinin Göyçay Xidmət sahəsinin əməkdaşları xx.xx.2020-ci il tarixdə iddiaçıya məxsus fərdi yaşayış evinə baxış keçirilən zaman sayğacdan kənar əlavə qaz xətti aşkar etmiş və bununla bağlı “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” akt tərtib edilərək itirilmiş qazın dəyərinin hesablanması məqsədi ilə İddiaçı Ağsu RQİİ-nə göndərilmişdir. Həmin akta əsasən Ağsu RQİİ-nin İstehlakçılara satılan qaza nəzarət şöbəsində itirilmiş qazın bərpası üzrə Akt tərtib edilərək Cavabdeh Göyçay XS-nın abonent bazasındakı abonent koduna 15768 m3 – 1576.80 manat məbləğində itirilmiş qazın dəyəri hesablanaraq vurulmuşdur. Cavabdeh debitor borcunun ödənilməsi barədə bir neçə dəfə xəbərdarlıq edilmiş, bildirişdə göstərilən borcu mübahisələndirməmişdir. Məhkəmə icraatı zamanı debitor borcundan 200 manat ödəniş etmiş, qalan 1341.80 manat debitor borcunu ödəməmişdir. Buna görə də iddia tələbinin məhkəmə baxışı zamanı müdafiə etdiyi həddə təmin edilməsini xahiş etmişdir. İş üzrə cavabdehə məhkəmənin yeri və vaxtı barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məhkəmə bildirişləri vasitəsilə məlumat verilmiş, lakin cavabdeh məhkəmə baxışında iştirak etməmiş, gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş üzrə iddiaçının nümayəndəsinin izahatını dinləyən, təqdim edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Məhkəməyə təqdim edilmiş qaz paylayıcısı ilə məişət qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə xx.xx.2020-ci il tarixli, 20-GXS-98 saylı müqavilədən görünür ki, iddiaçı ilə Cavabdeh arasında qazdan istifadəyə dair müqavilə bağlanmışdır. Həmin müqavilənin tələblərinə əsasən, istehlakçı bu müqavilənin və qazdan istifadə qaydalarının tələblərinə əməl etməklə qaz sayğacının göstəricisinə əsasən hesablanmış və Paylayıcı tərəfindən təqdim edilmiş hesab üzrə qazın dəyərini bank, poçt, internet və ya ödəniş terminalları vasitəsi ilə tam ödəməlidir. Məhkəməyə təqdim edilmiş xx.xx.2020-ci il tarixli, ******* saylı təbii qazdan istifadə qaydalarının pozulması haqqında Aktdan görünür ki, Göyçay Xidmət Sahəsinin əməkdaşlarının iştirakı ilə istehlakçıya məxsus Göyçay şəhəri Ü.Hacıbəyoc küçəsi 81 saylı fərdi yaşayış evində təbii qazın uçotu və TQİQ-na riayət olunması yoxlanılmış və sayğacdan kənar qeyri-qanuni qaz xətti aşkar edilmiş və itirilmiş qazın dəyərinin hesablanması üçün İddiaçı İB-nin Ağsu RQİİ-yə göndərilmişdir. Məhkəməyə təqdim edilmiş İddiaçı xx.xx.2020-ci il tarixli itirilmiş qazın bərpasına dair tələbnamədən görünür ki, Cavabdeh Göyçay XS-nin abonent bazasındakı abonent koduna 15768 m3 itirilmiş qazın bərpası üçün dəymiş ziyan hesablanmışdır. Məhkəməyə təqdim edilmiş xx.xx.2020-ci il tarixdə verilmiş Abonentin saldosundan görünür ki, Cavabdeh qazdan istifadəyə görə İddiaçı İB-nə 1341.80 manat borcu vardır. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, Cavabdeh 2020-ci ilin oktyabr ayınadək qazdan istifadə etmiş, eləcə də sayğacdan kənar əlavə qaz xəttindən istifadə etmişdir. Buna görə də Cavabdeh istifadə etdiyi qazın dəyərini təşkil edən 1341.80 manatı iddiaçıya ödəməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin məcəllənin 443.1-ci öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, tərəflərin hansı hüquq münasibətində olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu müəyyən edir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Buna görə də məhkəmə hesab edir ki, İddiaçı İB-nin Cavabdeh qarşı 1341.80 manat borcun, 30 manat məbləğində dövlət rüsumunun və 0.40 qəpik xidmət haqqı tələbinə dair iddiası təmin edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 357, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiatəmin edilsin. Cavabdeh 1341.80 manat borcu, 30 manat məbləğində dövlət rüsumu və 0.40 qəpik xidmət haqqı, cəmi 1372.20 manat alınaraq İddiaçı İB-nin xeyrinə ödənilsin. Qətnamənin icrası üzrə Göyçay rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Göyçay Rayon Məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: İbrahim Fəttahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar