Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-1077/2020 10.09.2020 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Mən, Göyçay Rayon Məhkəməsinin hakim Fəttahov İbrahim Bağır oğlu İddiaçı ASCnin Cavabdeh qarşı kreditin, ona hesablanmış faiz və cərimə borcunun, məhkəmə məsrəflərinin qaytarılması tələbinə dair ərizəsinə və və ona əlavə olunmuş sənədlərə baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı ASC Cavabdeh qarşı ərizə ilə müraciət edərək cavabdehdən onun xeyrinə xx xxxxx 2019-cu il tarixli kredit müqaviləsi üzrə 276.64 manat əsas, 0.80 manat faiz və 0.73 manat cərimə olmaqla, cəmi 278.17 manat və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizədə göstərilmişdir ki, “FİNtrend” X2 Təşkilatı ilə Cavabdeh arasında xx xxxxx 2019-cu il tarixli kredit müqaviləsinə əsasən “FİNtrend” X2 Təşkilatı tərəfindən Cavabdeh 15 ay müddətinə illik 35% faiz kreditdən istifadəyə görə haqq ödəmək şərtilə 590 manat məbləğində kredit verilmişdir. “FİNtrend” X2 Təşkilatı ilə «xxxxxx» X1 ASC arasında bağlanmış tələbetmə hüququnun güzəşt olmasına dair 587 saylı xx xxx 2018-ci il tarixli 004 nömrəli müqaviləyə xx xxx 2019-cu il tarixli hüquqların ötürülməsi barədə sazişə əsasən Cavabdeh ilə “FİNtrend” X2 Təşkilatı arasında bağlanmış ödənilmiş kartın verilməsi və istifadəsi üzrə müqaviləəyə əsasən borcun tələb etmək hüququ «xxxxxx» X1 ASC-yə ötürülmüşdür. Kredit müqaviləsinin şərtlərinə görə Cavabdeh hər təqvim ayının müvafiq tarixində həm kredit məbləğini hissə-hissə ödəməli, həm də kreditdən istifadəyə görə aylıq faiz məbləğini ödəməlidir. Lakin, kredit müqaviləsi üzrə öhdəliklərini bank qarşısında tam icra etməyən Cavabdeh xx xxxxx 2019-cu il tarixli kredit müqaviləsi üzrə xx.xx.2020-ci il tarixə əsasən iddiaçıya 276.64 manat əsas, 0.80 manat faiz və 0.73 manat cərimə olmaqla, cəmi 278.17 manat borcu qalmaqdadır. Keçən müddət ərzində kredit müqaviləsi üzrə öhdəliyini yerinə yetirməsi üçün cavabdehə dəfələrlə şifahi və yazılı xəbərdarlıq olunmasına baxmayaraq kredit borcu və ona hesablanmış faizlər qaytarılmamışdır. İddiaçının tələbinə dair əsaslandırılmış etirazın, ona dair dəlillərin və onları təsdiq edən sənədlərin təqdim olunması barədə cavabdehə bildiriş göndərilsə də, o, bununla bağlı məhkəməyə sübutlar təqdim etməmişdir. İşdə olan sübutlara qiymət verərək hesab edirəm ki, iddia təmin olunmalıdır. Belə ki, işin müəyyən edilən hallarından görünür ki, tərəflər arasında kredit müqaviləsinin bağlanmasından irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Müqavilə, öhdəliyin əmələ gəlmə əsaslarından biridir. Mülki Məcəllənin (bundan sonra – MM) 739-cu maddəsinə əsasən kredit müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. “FİNtrend” X2 Təşkilatı ilə Cavabdeh arasında bağlanmış xx xxxxx 2019-cu il tarixli əvvəlcədən ödənilmiş kartın verilməsi və istifadəsi üzrə müqaviləyə əsasən borc verən borc alana (cavabdehə) 15 ay müddətinə, illik 35 faizlə 590 manat məbləğində kreditin verilməsini öhdəsinə götürmüş, borc alan isə krediti qəbul etməyi və müəyyən olunmuş qrafik əsasında krediti və faizləri qaytarmağı öhdəsinə götürmüşdür. Müqaviləyə əsasən borc alan öhdəliyini icra etmədikdə və ya lazımınca icra etmədikdə kreditin, kredit üzrə hesablanmış faizlərin və gecikdirilmiş borc yarandığı gündən hər gecikdirilən gün üçün dəbbə pulu ödəməlidir. “FİNtrend” X2 Təşkilatı ilə «xxxxxx» X1 ASC arasında bağlanmış tələbetmə hüququnun güzəşt olmasına dair 587 saylı xx xxx 2018-ci il tarixli 004 nömrəli müqaviləyə xx xxx 2019-cu il tarixli hüquqların ötürülməsi barədə sazişə əsasən Cavabdeh ilə “FİNtrend” X2 Təşkilatı arasında bağlanmış kredit müqaviləsi üzrə borcun tələb etmək hüququ «xxxxxx» X1 ASC-yə ötürülmüşdür. Azərbaycan Respublikası Vergilər Nazirliyinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyat idarəsinin xx.xx.2019-cu il tarixli çıxarışına əsasən «xxxxxx» X1 ASC-nin adı dəyişdirilərək İddiaçı ASC müəyyən edilmişdir. xx.xx.2019-cu il tarixli ödəmə tapşırığına əsasən borc verən müqavilə üzrə üzərinə düşən öhdəliyini icra edərək cavabdeh-borc alana krediti versə də, cavabdeh müəyyən olunmuş qrafik əsasında ödənişləri həyata keçirməmiş və nəticədə onun xx.xx.2020-ci il tarixli maliyyə arayışına əsasən iddiaçıya 276.64 manat əsas, 0.80 manat faiz və 0.73 manat cərimə olmaqla, cəmi 278.17 manat borcu yaranmışdır. Beləliklə, cavabdeh müəyyən olunmuş qrafik əsasında ödənişləri vaxtında həyata keçirməməklə, MM-nin 425.1-ci maddəsinin tələblərini pozaraq, müqavilə üzrə öhdəliyini lazımınca icra etməmişdir. Yəni vicdanlılığın tələb etdiyi tərzdə - şərtləşdirilmiş vaxtda lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməyərək, öhdəliyi vaxtında icra etməmişdir (MM, maddə 442). Halbuki tərəflər müəyyən nəticələrə nail olmaq üçün öhdəlik hüquq münasibətlərinə daxil olurlar və öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (MM, maddə 385.1). Beləliklə, iddiaçı cavabdehdən kredit müqaviləsinin icrasını tələb etmək üzrə subyektiv hüquqa malikdir. Cavabdeh isə müqavilə üzrə üzərinə düşən öhdəliyi icra etməməklə, iddiaçının bu hüququnu pozmuşdur. Belə ki, kredit müqaviləsi üzrə borc verənin krediti verməsi borc alanın aldığı pul vəsaitini borc verənə qaytarmasını şərtləndirir. Cavabdeh öz müqavilə öhdəliyini icra etmədiyindən, MPM-nin 4.1-ci maddəsinə əsasən iddiaçının, qanunla qorunan hüququnun və marağının təmin edilməsi üçün məhkəmə müdafiəsindən istifadə etmək hüququ yaranmışdır. MM-nin 194.2-ci bəndinə əsasən tələbin güzəşti tələbin sahibi ilə üçüncü şəxs arasında bağlanan müqavilə ilə həyata keçirilir və belə hallarda ilk sahibin yerini üçüncü şəxs tutur. Bu halda “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq tələbin sahibi ilə borclu arasında bağlanmış müqaviləyə dəyişiklik edilməsi tələb olunmur. MM-nin 462.1-ci və 462.3-cü maddələrinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Müqavilədə öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi hal üçün dəbbə pulunun hesablanması nəzərdə tutulduğundan, iddiaçının həm də dəbbə pulunun ödənilməsini tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-cı maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Göstərilənlərə əsasən və MPM-nin 119.1-ci, 216-220-ci, 284-5.3-cü, 284-6-cı, 358-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİM : İddia təmin edilsin. xx xxxxx 2019-cu il tarixli kredit müqaviləsi üzrə 276.64 manat əsas, 0.80 manat faiz və 0.73 manat cərimə olmaqla, cəmi 278.17 manat Cavabdehtutularaq İddiaçı ASC-yə ödənilsin. İş üzrə ödənilmiş 30 (otuz) manat məhkəmə xərci Cavabdeh alınaraq İddiaçı ASCyəverilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Göyçay Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM İbrahim Fəttahov
Məhkəmə qərarları › İş №2(046)-1077/2020
Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-1077/2020
10.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver