Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-108/2022 20.04.2022 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Səmidli Nərmin Yaşar qızının katibliyi, Cavabdeh iştirakı ilə, kredit borcunun ödənilməsi tələbinə dair mülki işə Göyçay şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: MuğanBank ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdehndan 1293.44 ABŞ dolları əsas kredit borcu, 881.76 ABŞ dolları faiz borcu cəmi 2175.20 ABŞ dolları kredit borcunun və 30 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasın xahiş etmişdir. İddiaçı MuğanBank ASC-nin nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək işə onun iştirakı olmadan baxılmasın xahiş etmişdir. İş üzrə iddiaçı MuğanBank ASC tələbi belə əsaslandırmışdır ki, Cavabdeh ilə MuğanBank ASC arasında 29.05.2015-ci il tarixdə bağlanmış kredit müqaviləsinə əsasən Cavabdeh illik 29 faiz olmaqla 48 ay müddətinə 2749 ABŞ dolları kredit verilmişdir. Cavabdeh kredit müqaviləsinin şərtlərini pozaraq, borc öhdəliyini tam icra etməmişdir. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh kredit borcunu ödəməmişdir. Cavabdehnun banka cəmi 2175.20 ABŞ dolları kredit borcu qalmışdır. Bundan başqa bank ərizə ilə məhkəməyə müraciət edərkən 30 manat dövlət rüsumu ödəmişdir. Buna görə də məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə Cavabdeh iddianı qəbul etməyərək göstərmişdir ki, MuğanBank Açıq Səhmdar Cəmiyyəti ilə müqavilə bağlamış kredit almışdır. Kreditin müəyyən hissəsini ödəmiş, maddi imkanı olmadığından ödəniş cədvəli üzrə borcunu ödəyə bilməmişdir. Banka olan borcunu hissə-hissə ödəyəcəkdir. İş üzrə cavabdehi dinləyən, təqdim edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəməyə təqdim edilmiş 29.05.2015-ci il tarixli kredit müqaviləsindən görünür ki, İddiaçı ASC ilə Cavabdeh arasında illik 29 faiz olmaqla 48 ay müddətinə 2749 ABŞ dolları kredit verilməsi barədə müqavilə bağlanmışdır. Cavabdeh bank qarşısında üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmiş, borclu olduğu pulu müqavilə üzrə tərtib edilmiş ödəniş cədvəlində nəzərdə tutulduğu qaydada iddiaçıya qaytarmamışdır. Buna görə də məhkəmə hesab edir ki, iddiaçı kredit borcunu cavabdehdən tələb etməyə haqlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən əgər bu məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Məhkəmə-mühasibatlıq ekspertizasının 04.02.2022-ci il tarixli 9/114 saylı ekspert rəyindən görünür ki, Cavabdeh kredit müqaviləsinin bitdiyi tarixədək, yəni 29.05.2019-cu il tarixədək banka əsas borcu 1293.98 ABŞ dolları, faiz borcu isə 207.98 ABŞ dolları təşkil edir. Aparılmış ekspertizanın dəyəri 100 manatdır. Məhkəmə hesab edir ki, iddia təmin edilərkən əsas kredit borcu iddia ərizəsində nəzərdə tutulmuş həddə faiz kredit borcu isə ekspertiza rəyində nəzərdə tutulmuş həddə təmin edilməlidir. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman 30 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda məhkəmə hesab edir ki, ödənilmiş 30 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya verilməli, 100 manat ekspertiza xərcinin, 50 manat iddiaçıya, 50 manatı isə cavabdehə aid edilməlidir. Sadalananlara əsasən məhkəmə hesab edir ki, MuğanBank ASC-nin iddiası qismən təmin edilməli, Cavabdehdan 1293.44 ABŞ dolları əsas kredit borcu, 207.98 ABŞ dolları faiz borcu cəmi 1501.42 ABŞ dollarıkredit borcunun Azərbaycan manatı ilə məzənnəsi və iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu tutularaq MuğanBank ASC-nə qaytarılmalıdır. İş üzrə 100 manat ekspertiza xərcinin 50 manat İddiaçı ASC-dən, 50 manatı isə Cavabdehdan alınaraq məhkəmə ekspertiza mərkəzinin VÖEN **********, AZ 34CTRE******************** nömrəli hesabına, dövlət rüsumun kəsiri olan 10 manat cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh 1293.44 ABŞ dolları əsas kredit borcu, 207.98 ABŞ dolları faiz borcu cəmi 1501.42 ABŞ dolları kredit borcunun Azərbaycan manatı ilə məzənnəsi və ödənilmiş 30 manat dövlət rüsumu tutularaq İddiaçı ASC-nin hesabına keçirilsin. İş üzrə 100 manat ekspertiza xərcinin 50 manat İddiaçı ASC-dən, 50 manatı isə Cavabdehdan alınaraq məhkəmə ekspertiza mərkəzinin VÖEN **********, AZ 34CTRE******************** nömrəli hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Göyçay rayon məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: İbrahim Fəttahov
Məhkəmə qərarları › İş №2(046)-108/2022
Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-108/2022
20.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver