Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-109/2021 11.03.2021 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Səmidli Nərmin Yaşar qızının katibliyi, İddiaçı QSC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair mülki işə Göyçay şəhərində xx xxxx 2021-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı QSC ərizə ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 026R********** saylı kredit razılaşması üzrə 11287.27 ABŞ dolları əsas, 13513.53 ABŞ dolları faiz və 17783.94 ABŞ dolları cərimə olmaqla cəmi 42584.74 ABŞ dolları, 026A********** saylı kredit müqaviləsi üzrə 2564.86 manat əsas, 2078.58 manat faiz və 3016.23 manat cərimə olmaqla, ümumilikdə cəmi 7659.97 manat kredit borcunun və 30 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı QSC-nin nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək bildirmişdir ki, xx.xx.2013-cü il tarixdə Cavabdeh1 ilə İddiaçı QSC arasında bağlanmış kredit xətti müqaviləsinə əsasən, Cavabdeh1 60 ay müddətinə 30.000 ABŞ dolları kredit xətti açılmışdır. xx.xx.2014-cü il tarixdə İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış 026R********** saylı kredit razılaşması əsasında Cavabdeh1 24 ay müddətinə, aylıq 2.1667 faiz olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 16.000 ABŞ dollar məbləğində kredit verilmişdir. Tərəflərin imzaladıqları xx.xx.2016-cı il tarixli sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. xx.xx.2016-cı il tarixdə İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış 026A********** saylı kredit müqaviləsi əsasında Cavabdeh1 18 ay müddətinə, aylıq 2.5 faiz olmaqla, ödəniş planı üzrə hissəhissə qaytarmaq şərti ilə 2799 manat məbləğində kredit verilmişdir. Öhdəliyin icrasını təmin etmək məqsədi ilə bankla Cavabdeh2 arasında xx.xx.2014-cü il tarixdə, xx.xx.2016cı il tarixdə və Cavabdeh3 arasında xx.xx.2014-cü il tarixdə zaminlik müqavilələri bağlanmışdır. Kredit müqaviləsi üzrə öhdəliklərini bank qarşısında tam icra etməyən borclunun hesablaşmalara görə iddiaçıya 026R********** saylı kredit razılaşması üzrə cəmi 42584.74 ABŞ dolları borc, 026A********** saylı kredit razılaşması üzrə cəmi 7659.97 manat borcu qalmışdır. Cavabdehlərə dəfələrlə bildirişlə müraciət olunmasına baxmayaraq, kreditin və faizlərin ödənilməsi üçün tədbir görməmişlər, kredit və zaminlik müqavilələrindən irəli gələn öhdəliklər lazımi qaydada icra edilməmişlər. Göstərilənlərlə əlaqədar iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh3 məhkəməyə iddia müddətinin tətbiqi ilə əlaqədar ərizə təqdim edərək iddia müddətinin tətbiq edilərək iddianın rədd edilməsini xahiş etmişdir. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, onlar heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, işə bu şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş üzrə iddiaçının nümayəndəsini dinləyən, təqdim edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəməyə təqdim edilmiş xx.xx.2013-cü il tarixli kredit xətti müqaviləsindən görünür ki, İddiaçı QSC ilə Cavabdeh1 arasında 60 ay müddətinə 30.000 ABŞ dolları məbləğində kredit verilməsi barədə müqavilə bağlanmışdır. Məhkəməyə təqdim edilmiş xx.xx.2014-cü il tarixli, xx.xx.2016-cı il tarixli və xx.xx.2014-cü il tarixli zaminlik müqavilələrindən görünür ki, İddiaçı QSC ilə Cavabdeh2 və Cavabdeh3 arasında zaminlik müqavilələri bağlanmışdır. Məhkəməyə təqdim edilmiş xx.xx.2013-cü il tarixli kredit razılaşmasından görünür ki, İddiaçı QSC ilə Cavabdeh1 arasında aylıq 2.1667 faiz olmaqla 24 ay müddətinə 16.000 ABŞ dolları kredit verilməsi barədə müqavilə bağlanmışdır. Məhkəməyə təqdim edilmiş xx.xx.2016-cı il tarixli kredit müqaviləsindən görünür ki, İddiaçı QSC ilə Cavabdeh1 arasında aylıq 2.5 faiz olmaqla 18 ay müddətinə 2799 manat kredit verilməsi barədə müqavilə bağlanmışdır. Məhkəməyə təqdim edilmiş xx.xx.2016-cı il tarixli sazışdən görünür ki, kredit razılaşmasına və ödəniş planına dəyişiklik edilmişdir. Qeyd edilən dəyişiklərə zaminlərə məlumat verilməmiş və onlar razılaşmanı imzalamamışlar. Məhkəmə-mühasibatlıq ekspertizasının xx.xx.2020-ci il tarixli 9/5161 saylı ekspert rəyindən görünür ki, Cavabdeh1 İddiaçı QSC-yə xx.xx.2014-cü il tarixli 026R********** saylı kredit razılaşması üzrə kredit müqaviləsinin sonuna borcu əsas borc 11.414.68 ABŞ dolları və faiz borcu 4.967.49 ABŞ dolları, xx.xx.2016-cı il tarix 026A**********saylı kredit müqaviləsi üzrə müqavilənin sonuna əsas borcu 2564.86 manat, faiz borcu isə 1000.65 manat təşkil edir. Ekspertiza xərci 100 manat təşkil edir.Məhkəmə baxışı zamanı iddiaçının nümayəndəsi ekspertiza rəyini mübahisələndirməmişdir. Məhkəmə hesab edir ki, iddia təmin edilərkən kredit razılaşması və kredit müqaviləsi üzrə əsas kredit borcu iddia ərizəsində qeyd edilmiş həddə, faiz borcu isə ekspert rəyində göstərilmiş həddə təmin eidlməlidir. Təqdim edilmiş sübutlarla müəyyən edilir ki, cavabdeh İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2013-cü il tarixli kredit xətti müqaviləsinin və xx.xx.2016-cı il tarixli kredit müqaviləsinin təminatı kimi Cavabdeh2 və Cavabdeh3 bankla zaminlik müqaviləsi bağlamışdır. Cavabdeh2 və Cavabdeh3 Cavabdeh1 30.000 ABŞ dolları məbləğində kredit xətti müqaviləsi üzrə, Cavabdeh2 isə Cavabdeh1 kredit müqaviləsi üzrə öhdəliklərinin icrasına zamin durmuşdur. İddiaçı QSC ilə Cavabdeh1 arasında xx.xx.2016-cı il tarixdə kredit razılaşması və ödəniş planına dəyişiklik edilməsi haqqında saziş bağlanmış, kredit xətti müqaviləsi üzrə kreditin faiz dərəcəsinə və ödəniş planına dəşiklik edilmiş, hər iki saziş bağlanılarkən zaminlər Cavabdeh3 və Cavabdeh2 razılığı alınmamış və həmin sazişlər cavabdehlər Cavabdeh3 və Cavabdeh2 tərəfindən imzalanmamışdır. Bundan başqa Cavabdeh1 ilə İddiaçı QSC arasında bağlanmış zaminlik müqaviləsi xx.xx.2018-ci il tarixədək qüvvədə olmuş, iddiaçı iddia ərizəsi ilə məhkəməyə xx.xx.2020-ci il tarixdə yəni iki ildən artıq müddət keçdikdən sonra müraciət etmişdir. Buna görə də məhkəmə hesab edir ki, iddiaçı kredit borcunu cavabdehlər Cavabdeh3 və Cavabdeh2 tələb etməkdə haqlı deyildir. Ona qarşı qaldırılan iddia təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən əgər bu məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0-cı maddəsinə əsasən zaminliyə aşağıdakı hallarda xitam verilir. Həmin Məcəllənin 477.0.1-ci maddəsinə əsasən zaminliyin təmin etdiyi öhdəliyə xitam verildikdə, habelə zaminin razılığı olmadan həmin öhdəlik dəyişdirildikdə və bu dəyişdirilmə onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olduqda. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 477.0.4-cü maddəsinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman 30 manat dövlət rüsumu, ödəmişdir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu cavabdehə aid edilməli, ekspertiza xərci olan 100 manat Cavabdeh1 alınaraq ekspertiza mərkəzinə ödənilməlidir. Məhkəmə hesab edir ki, iddiaçı "İddiaçı" QSC-nin cavabdehdən kredit razılaşması üzrə 17783.94 ABŞ dolları, kredit müqaviləsi üzrə 3016.53 manat cərimə tələbi tənasübsüz surətdə yüksəkdir. Buna görə də məhkəmə tərəflərin mənafelərini nəzərə alaraq dəbbə pulunun tənasübsüz surətdə yüksək hesab edir və həmin dəbbə pulunun kredit razılaşması üzrə 13.94 ABŞ dolları, kredit müqaviləsi üzrə 16.53 manat məbləğində müəyyən edilməsini qanuna uyğun hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Belə olan halda məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh1 oğlundan kredit razılaşması üzrə 11287.27 ABŞ dolları əsas kredit borcu, 4.967.49 ABŞ dolları faiz borcu, 13.94 ABŞ dolları cərimə borcu olmaqla cəmi 16264.7 dolları kredit borcu, kredit müqaviləsi üzrə 2564.86 manat əsas kredit borcu, 1000.65 manat faiz borcu, 16.53 manat cərimə borcu olmaqla cəmi 3582.04 manat kredit borcu, ödənilmiş 30 manat dövlət rüsumu tutularaq İddiaçı QSC-yə ödənilməlidir. İş üzrə ekspertiza xərci olan 100 manat məbləğində pul Cavabdeh1 alınaraq ekspertizası mərkəzinə ödənilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233, 357 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh1 kredit razılaşması üzrə 11287.27 ABŞ dolları əsas kredit borcu, 4.967.49 ABŞ dolları faiz borcu, 13.94 ABŞ dolları cərimə borcu olmaqla cəmi 16264.7 ABŞ dolları kredit borcunun Azərbaycan manatı ilə məzənnəsi ilə, kredit müqaviləsi üzrə 2564.86 manat əsas kredit borcu, 1000.65 manat faiz borcu, 16.53 manat cərimə borcu olmaqla cəmi 3582.04 manat kredit borcu və 30 manat dövlət rüsumu tutularaq İddiaçı QSC-nin xeyrinə verilsin. İddia cavabdehlər Cavabdeh2 və Cavabdeh3 qarşı qaldırılan hissədə təmin edilməsin. İş üzrə ekspertiza xərci olan 100 manat məbləğində pul Cavabdeh1 alınaraq məhkəmə ekspertiza mərkəzinin VÖEN **********1, AZ 34CTRE******************** nömrəli hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: İbrahim Fəttahov
Məhkəmə qərarları › İş №2(046)-109/2021
Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-109/2021
11.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver