Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-1099/2021 07.12.2021 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Səmidli Nərmin Yaşar qızının katibliyi, İddiaçı QSC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair mülki işə Göyçay şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı QSC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə 026R********** saylı kredit razılaşması üzrə 644.72 manat əsas kredit borcu, 441.76 manat faiz borcu, 65.78 manat cərimə borcu olmaqla cəmi 1152.26 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı QSC-nin nümayəndəsi qismində izahat vermiş Nümayəndə iddianı müdafiə edərək göstərmişdir ki, 31.01.2014-cü il tarixdə İddiaçı QSC ilə Cavabdeh1 oğlu arasında bağlanmış kredit xətti müqaviləsinə əsasən Cavabdeh1 60 ay müddətinə 10.000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. 04.09.2015-ci il tarixli 026R********** saylı kredit razılaşmasına əsasən Cavabdeh1 18 ay müddətinə aylıq 1.8333 % olmaqla ödəniş planı üzrə hissə-hissə ödəmək şərti ilə 2500 manat məbləğində kredit verilmişdir. Tərəflərin imzaladıqları 10.04.2017-ci il tarixli 026R**********SB saylı sazişli razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Cavabdeh1 kredit razılaşmasının 1.2-ci bəndinin tələbini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri banka qaytarmamışdır. Cavabdeh1 banka cəmi 1152.26 manat kredit borcu qalmışdır. Kredit xətti müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərini icra etmək məqsədilə cavabdehlər Cavabdeh2 və Cavabdeh3 qız ilə İddiaçı QSC arasında 04.09.2015-ci il tarixdə zaminlik müqavilələri bağlanmışdır. Cavabdeh1 kredit müqaviləsinin şərtlərini pozaraq, borc öhdəliyini tam icra etməmişdir. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh kredit borcunu ödəməmişdir. Bundan başqa bank ərizə ilə məhkəməyə müraciət edərkən 30 manat məbləğində dövlət rüsumu ödəmişdir. Buna görə də məhkəmədən iddianın təmin edilməsi xahiş etmişdir. İş üzrə cavabdehlərə məhkəmənin yeri və vaxtı barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məhkəmə bildirişləri vasitəsilə məlumat verilmiş, lakin məhkəmə baxışında iştirak etməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda məhkəmə işə baxmağa haqlıdır. Məhkəmə cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş üzrə iddiaçının nümayəndəsinin izahatını dinləyən, təqdim edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia Cavabdeh1 qarşı qaldırılan hissədə qismən təmin, digər cavabdehlər Cavabdeh2 və Cavabdeh3 qarşı qaldırılan hissədə rədd edilməlidir. Məhkəməyə təqdim edilmiş 31.01.2014-cü il tarixli kredit xətti müqaviləsindən görünür ki, İddiaçı QSC ilə Cavabdeh1 oğlu arasında 60 ay müddətinə 10.000 ABŞ dolları məbləğində kredit verilməsi barədə müqavilə bağlanmışdır. Məhkəməyə təqdim edilmiş 04.09.2015-ci il tarixli kredit razılaşmasından görünür ki, İddiaçı QSC ilə Cavabdeh1 arasında aylıq 1.8333 faiz olmaqla 18 ay müddətinə 2500 manat məbləğində kredit verilməsi barədə müqavilə bağlanmışdır. Məhkəməyə təqdim edilmiş 04.09.2015-ci il tarixli zaminlik müqavilələrindən görünür ki, İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış 31.01.2014-cü il tarixli kredit xətti müqaviləsinin təminatı kimi Cavabdeh2 və Cavabdeh3 ilə zaminlik müqavilələri bağlanmışdır. Məhkəməyə təqdim edilmiş 10.04.2017-ci il tarixli kredit razılaşması və ödəniş planına dəyişiklik edilməsi haqqında sazişdən görünür ki, kredit müqaviləsi üzrə öhdəliyin icrası müddətinin sonu 22.03.2018-ci il tarixədək uzadılmışdır. Sazişə əsasən cavabdehlər Cavabdeh2 və Cavabdeh3 kredit razılaşması və ödəniş planına dəyişiklik edilməsi haqqında sazişlə tanış olmuş və ödəniş planına imza etmişlər. Zaminlik müqavilələrinin müddəti 22.03.2018-ci il tarixədək qüvvədə olmuşdur. Təqdim edilmiş sübutlarla müəyyən edilir ki, İddiaçı QSC ilə Cavabdeh1 arasında 31.01.2014-cü il tarixdə bağlanmış kredit xətti müqaviləsinə əsasən Cavabdeh1 60 ay müddətinə 10.000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. 04.09.2015-ci il tarixli 026R********** saylı kredit razılaşmasına əsasən Cavabdeh1 18 ay müddətinə aylıq 1.8333 % olmaqla ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 2500 manat məbləğində kredit verilmişdir. Borclunun öhdəliyinin icrasının təmin edilməsi məqsədi ilə 04.09.2015-ci il tarixdə Cavabdeh2 və Cavabdeh3 ilə zaminlik müqavilələri bağlanmış və onlar kredit alan Cavabdeh1 zamin durmuşlar. Tərəflərin imzaladıqları 10.04.2017-ci il tarixli 026R**********SB saylı kredit razılaşması və ödəniş planına dəyişiklik edilmişdir. Cavabdeh1 müqavilə üzrə üzərinə düşən öhdəlikləri vaxtında və lazımi qaydada yerinə yetirməmiş, öhdəliyin icrasından yayınmış, nəticədə Cavabdeh1 banka borcu yaranmışdır. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, Cavabdeh2 və Cavabdeh3 kredit razılaşması və ödəniş planına dəyişiklik edilməsi haqqında sazişlə tanış olmuş və ödəniş planına imza etmişlər. Zaminlik müqavilələrinin müddəti 22.03.2018-ci il tarixədək qüvvədə olmuş, iddiaçı iddia ərizəsi ilə məhkəməyə 27.01.2021-ci il tarixdə yəni üç ilə yaxın müddət keçdikdən sonra müraciət etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 477.0.4-cü maddəsinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Qanunun mənasından görünür ki, Cavabdeh2 və Cavabdeh3 ilə İddiaçı QSC arasında bağlanmış zaminlik müqavilələrinin icraatına xitam verilmişdir. Buna görə də məhkəmə hesab edir ki, İddiaçı QSC ilə cavabdehlər Cavabdeh2 və Cavabdeh3 arasında bağlanmış zaminlik müqavilələrinə xitam verildiyindən iddia tələbi Cavabdeh2 və Cavabdeh3 qarşı qaldırılan hissədə təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən əgər bu məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə hesab edir ki, İddiaçı QSC-nin cavabdehdən 65.78 manat cərimə borcu tələbi tənasübsüz surətdə yüksəkdir. Buna görə də məhkəmə tərəflərin mənafelərini nəzərə alaraq cərimə pulunun tənasübsüz surətdə yüksək hesab edir və həmin cərimə pulunun 1.78 manat məbləğində müəyyən edilməsini qanuna uyğun hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman 30 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu Cavabdeh1 aid edilməlidir. Sadalananlara əsasən məhkəmə hesab edir ki, İddiaçı QSC-nin Cavabdeh1 qarşı kredit borcu tələbi qismən təmin edilməli, Cavabdeh1 644.72 manat əsas kredit borcu, 441.76 manat faiz borcu, 1.78 manat cərimə borcu olmaqla, cəmi 1088.26 manat kredit borcu və 30 manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı QSC-yə qaytarılmalı, iddia tələbi cavabdehlər Cavabdeh2 və Cavabdeh3 qarşı qaldırılan hissədə rədd edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh1 644.72 manat əsas kredit borcu, 441.76 manat faiz borcu, 1.78 manat cərimə borcu olmaqla, cəmi 1088.26 manat kredit borcu və 30 manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı QSC-nin hesabına keçirilsin. İddia cavabdehlər Cavabdeh2 və Cavabdeh3 qarşı qaldırılan hissədə təmin edilməsin. Qətnamənin icrası Cavabdeh1 yaşadığı ərazi üzrə Göyçay rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: İbrahim Fəttahov
Məhkəmə qərarları › İş №2(046)-1099/2021
Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-1099/2021
07.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver