Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-11/2023 16.02.2023 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Qurbanov Elçin Firudin oğlunun sədrliyi Vəliyev Vüsal Rasim oğlunun katibliyi ilə, İddiaçı "xxxx" Kommersiya Bankı ASC-nin cavabdeh Yusifli Paşa Rasim oğluna qarşı kredit borcunun tutulması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" Kommersiya Bankı ASC ilə bağlanmış xx.xx.2018-ci il tarixli kredit müqaviləsinə əsasən cavabdeh Yusifli Paşa Rasim oğluna istehlak məqsədləri 120 ay müddətinə 20000 manat məbləğində kredit limiti ayrılmışdır. Cavabdeh isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olumnuş müddətdə onu faizi ilə birlikdə iddiaçıya qaytarmağı öhdəsinə götürmüşdür. İddiaçı "xxxx" Kommersiya Bankı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh Yusifli Paşa Rasim oğlundan 643 manat 57 qəpik əsas borc, 11 manat 96 qəpik faiz borcu, ümumilikdə 655 manat 53 qəpik məbləğində kredit borcunun və dövlət rüsumu kimi ödənilmiş 30 manatın tutulmasını tələb etmişdir. Tələbi onunla əsaslandırmışdır ki, Cavabdeh1 müqavilə üzrə şərtləri pozaraq ödəniş cədvəli üzrə dövri olaraq ödəməli olduğu kreditin və kredit faizin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Cavabdeh Yusifli Paşa Rasim oğlunun xx.xx.2019-cu ildə vəfat etməsi müəyyən edildiyindən, Göyçay Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərardadı ilə cavabdeh Yusifli Paşa Rasim oğlunun hüquqi varisi müəyyən edilənədək iş üzrə icraat dayandırılmışdır. Göyçay rayon Notariat Ofisinin xx.xx.2023-cü il tarixli arayışına görə xx.xx.2019-cu ildə vəfat etmiş Yusifli Paşa Rasim oğlunun vərəsələri olan atası Cavabdeh1 və anası Cavabdeh2 xx.xx.2020-ci il tarixdə,2V-529 reyestr nömrəli vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Göyçay Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə işin dayandırılmasına səbəb olmuş hal aradan qalxdığı üçün iş üzrə icraat təzələnmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş iddiaçı "xxxx" KB ASCnin nümayəndəsi məhkəməyə gəlməmiş, "xxxx" KB ASC-nin nümayəndəsi Yavər Novruzov ərizə ilə məhkəməyə müraciət edərək iddianı müdafiə etdiyini, işə onun iştirakı olmadan mahiyyəti üzrə baxılaraq iddianın təmin edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6-ci maddəsinə əsasən işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə cəlb edilmiş cavabdehlər Cavabdeh2 və Cavabdeh1 məhkəmə bildirişi qeydiyyatda olduğu ünvana göndərilmiş, lakin onlar məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin ərizəsini nəzərdən keçirib, təqdim olunmuş sübutlara qiymət verərək hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür,digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 743-cü maddəsinə əsasən əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Göründüyü kimi mülki qanunvericiliyinin tələbinə görə borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Belə olan halda isə baxmayaraq ki, tərəflər arasında kredit müqaviləsi müəyyən müddətə bağlanmış borc verən müqavilə müddətinin bitməsini gözləmədən borcun dərhal qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəllənin 1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Həmin Məcəllənin 501-ci maddəsinə əsasən kreditor öz arzusu ilə istənilən borcludan həm tam,həm də hissə-hissə icranı tələb edə bilər. Öhdəlik tam icra edilənədək qalan borcluların öhdəlikləri qüvvədə qalır. İşə əlavə edilmiş maliyyə arayışından görünür ki, cavabdeh mərhum Yusifli Paşa Rasim oğlunun 24 oktyabr 2019-cu il tarixinə 643 manat 57 qəpik əsas borc, 11 manat 96 qəpik faiz borcu, ümumilikdə 655 manat 53 qəpik məbləğində borcu vardır. İşə əlavə edilmiş sənədlərdən görünür ki, cavabdeh mərhum Yusifli Paşa Rasim oğlu kredit müqaviləsi ilə üzərinə düşən öhdəliyin vaxtında icra edilməsi barədə iddiaçı "xxxx" KB ASC tərəfindən xəbərdar olunmuşdur. İşə əlavə edilmiş xx.xx.2023-cü il tarixli hesabdan çıxarışdan görünür ki, tərəflər arasında bağlanmış kredit borcu üzrə sonuncu ödəniş xx.xx.2019-cu il tarixdə həyata keçirilmişdir. Məhkəmə bu hissədə toplanmış sübutlara qiymət verərək hesab edir ki, iddiaçı "xxxx" KB ASC-i ilə cavabdeh mərhum Yusifli Paşa Rasim oğlu arasında etibarlı kredit müqaviləsinin bağlanmasına baxmayaraq, cavabdeh kredit müqaviləsi ilə üzərinə düşən öhdəliyi vaxtında yerinə yetirmədiyindən və bununla da onun əmlak vəziyyətinin əhəmiyyətli dərəcədə pisləşməsi müəyyən edildiyindən,vəfat etmiş cavabdeh Yusifli Paşa Rasim oğlunun vərəsələri Cavabdeh2 və Cavabdeh1 birgə borclu qismində kredit müqaviləsi üzrə yaranmış borcu iddiaçı "xxxx" KB ASC-nə qaytarmalıdırlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İşə əlavə edilmiş qəbzdən görünür ki, işə baxılması ilə əlaqədar dövlət rüsumu üçün 30 manat məbləğində pul iddiaçı "xxxx" KB ASC-i tərəfindən ödənilmişdir. Bu hissədə toplanmış sənədlərdən müəyyən olunur ki, məhkəmə xərcləri 30 manat məbləğində ödənilmiş dövlət rüsumundan ibarətdir. Məhkəmə qeyd olunanları nəzərə alıb, hesab edir ki, iddia təmin edildiyindən məhkəmə xərcləri cavabdehlərə aid edilməli, dövlət rüsumu üçün ödənilmiş 30 manat məbləğində pul cavabdehlər Cavabdeh2 və Cavabdeh1 alınaraq iddiaçı "xxxx" KB ASCnə verilməlidir. Məhkəmə qeyd olunanları nəzərə alıb və Azərbaycan Respublikası MPM-nin 216- 220-ci maddələrini rəhbər tutaraq, qət etdi: İddia təmin edilsin. Cavabdeh2 və Cavabdeh1 xx.xx.2018-ci il tarixli kredit müqaviləsi üzrə 643 manat 57 qəpik əsas borc, 11 manat 96 qəpik faiz borcu, ümumilikdə 655 manat 53 qəpik məbləğində pul alınaraq iddiaçı "xxxx" KB ASC-nə verilsin. Cavabdeh2 və Cavabdeh1 30 manat məbləğində ödənilmiş dövlət rüsumu alınaraq iddiaçı "xxxx" KB ASC-nə verilsin. Qətnamədən bir ay müddətində Göyçay rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Elçin Qurbanov
Məhkəmə qərarları › İş №2(046)-11/2023
Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-11/2023
16.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver