Məhkəmə qərarları › İş №2(046)-11/2024

Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-11/2024

22.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-11/2024 22.02.2024 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Məmmədova Fidan Şöhrət qızının katibliyi ilə, iddiaçı BOKT "xxxx" MMC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit borcunun ödənilməsi tələbinə dair mülki işə Göyçay şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: BOKT "xxxx" MMC ərizə ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada ümumilikdə 119.57 manat əsas kredit borcunun və 20 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Göyçay rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadına əsasən iddiaçı BOKT "xxxx" MMC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit borcunun ödənilməsi tələbinə dair mülki iş üzrə icraat Cavabdeh1 hüquqi varisi müəyyən edilənədək dayandırılmışdır. Göyçay rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadına əsasən İddiaçı BOKT "xxxx" MMC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit borcunun ödənilməsi tələbinə dair mülki işə Cavabdeh1 məhkəməyə müraciət edilənədək vəfat etməsi ilə əlaqədar olaraq Cavabdeh1 qarşı qaldırılan hissədə xitam verilmişdir. İddiaçı BOKT "xxxx" MMC-nin nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə iclasının iştirakı olmadan keçirilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. İş üzrə iddiaçı BOKT "xxxx" MMC tələbi belə əsaslandırmışdır ki, Cavabdeh1 ilə VijnFondAzərKredit BOKT MMC arasında xx.xx.2016-cı il tarixdə bağlanmış kredit müqaviləsinə əsasən Cavabdeh1 illik 25 faiz olmaqla, 16 ay müddətinə 608 manat kredit verilmişdir. Kredit müqaviləsinin təminatı kimi Cavabdeh2 ilə VijnFondAzərKredit BOKT MMC arasında xx.xx.2016-cı il tarixdə zaminlik müqaviləsi bağlanmışdır. Cavabdeh1 kredit müqaviləsinin şərtlərini pozaraq, borc öhdəliyini tam icra etməmişdir. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh kredit borcunu ödəməmişdir. Cavabdeh1 banka cəmi 119.57 kredit borcu qalmışdır. Bundan başqa bank ərizə ilə məhkəməyə müraciət edərkən 20 manat dövlət rüsumu ödəmişdir. Buna görə də iddia tələbinin təmin edilməsini xahiş etmişdir. İş üzrə cavabdehə məhkəmənin yeri və vaxtı barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məhkəmə bildirişləri vasitəsilə məlumat verilmiş, lakin üzrlü səbəb olmadan məhkəmə baxışında iştirak etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda…məhkəmə işə baxmağa haqlıdır. Məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş üzrə təqdim edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Məhkəməyə təqdim edilmiş xx.xx.2016-cı il tarixli kredit müqaviləsindən görünür ki, "xxxx" BOKT MMC ilə Cavabdeh1 arasında illik 25 faiz olmaqla 16 ay müddətinə 608 manat kredit verilməsi barədə müqavilə bağlanmışdır. Məhkəməyə təqdim edilmiş xx.xx.2016-cı il tarixli zaminlik müqaviləsindən görünür ki, Cavabdeh2 ilə "xxxx" BOKT MMC arasında zaminlik müqavilələri bağlanmış, Cavabdeh2 kredit alan Cavabdeh1 borc məbləğinə görə "xxxx" BOKT MMC qarşısında öhdəlik götürmüşdür. Təqdim edilmiş sübutlardan görünür ki, Cavabdeh1 ilə "xxxx" BOKT MMC arasında xx.xx.2016-cı il tarixdə bağlanmış kredit müqaviləsinə əsasən Cavabdeh1 illik 25 faiz olmaqla 16 ay müddətinə 608 manat kredit verilmişdir. Kredit müqaviləsinin təminatı kimi Cavabdeh2 ilə "xxxx" BOKT MMC arasında xx.xx.2016-cı il tarixdə zaminlik müqaviləsi bağlanmışdır. Cavabdeh1 bank qarşısında üzərinə götürdüyü öhdəlikləri icra etmədiyi üçün iddiaçı BOKT "xxxx" MMC-nin ona və Cavabdeh2 qarşı kredit borcunun ödənilməsi tələbi ilə xx.xx.2020-ci il tarixdə Göyçay rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir. Cavabdeh1 xx.xx.2017-ci il tarixdə vəfat etmişdir. Göyçay rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadına əsasən iddiaçı BOKT "xxxx" MMC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit borcunun ödənilməsi tələbinə dair mülki iş üzrə icraat Cavabdeh1 hüquqi varisi müəyyən edilənədək dayandırılmışdır. Məhkəmə tərəfindən notariat ofisinə sorğu verilmiş, Göyçay rayon Notariat kontorundan daxil olmuş xx.xx.2024-cü il tarixli məktubla müəyyən edilmişdir ki, xx.xx.2017-ci il tarixdə vəfat etmiş Cavabdeh1 miras qalmış əmlakı oğlu (hazırki iş üzrə digər cavabdeh) Cavabdeh2 və digər vərəsələr tərəfindən qəbul edilmişdir. Göyçay rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadına əsasən iddiaçı BOKT "xxxx" MMC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit borcunun ödənilməsi tələbinə dair mülki işə Cavabdeh1 məhkəməyə müraciət edilənədək vəfat etməsi ilə əlaqədar olaraq ona qarşı qaldırılan hissədə xitam verilmişdir. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, Cavabdeh2 ilə "xxxx" BOKT MMC arasında bağlanmış zaminlik müqaviləsi xx.xx.2017-ci il tarixədək qüvvədə olmuş, iddiaçı iddia ərizəsi ilə məhkəməyə xx.xx.2020-ci il tarixdə yəni bir ildən artıq müddət keçdikdən sonra müraciət etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 477.0.4-cü maddəsinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Qanunun mənasından görünür ki, Cavabdeh2 ilə "xxxx" BOKT MMC arasında bağlanmış zaminlik müqaviləsinin icraatına xitam verilmişdir. Lakin əsas borclu Cavabdeh1 miras qalmış əmlakı Cavabdeh2 onun hüquqi varisi kimi qəbul etdiyindən məhkəmə hesab edir ki, iddiaçı kredit borcunu hüquqi varis olaraq Cavabdeh2 tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın acıldığı ver üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və va əmlakı idarə etməvə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməvə taktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1256-cı maddəsinə əsasən Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan imtina edə bilər. Üzrlü səbəb olduqda məhkəmə bu müddəti iki aydan çox olmayaraq uzada bilər. Mirasın qəbulundan imtina notariat orqanında rəsmiləşdirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən əgər bu məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhtəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərini və borclunun öhtəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. İddiaçı ərizə ilə məhkəməyə müraciət etdiyi zaman 20 məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda məhkəmə hesab edir ki, ödənilmiş 20 manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Sadalananlara əsasən məhkəmə hesab edir ki, "xxxx" BOKT MMC-nin iddiası təmin edilməli, Cavabdeh2 104.40 manat əsas kredit borcu, 4.73 manat faiz borcu, 10.44 manat cərimə borcu olmaqla cəmi 119.57 manat kredit borcu və iddiaçı tərəfindən ödənilmiş 20 manat dövlət rüsumu alınaraq BOKT "xxxx" MMC-yə ödənilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh2 104.40 manat əsas kredit borcu, 4.73 manat faiz borcu, 10.44 manat cərimə borcu olmaqla cəmi 119.57 manat kredit borcu və iddiaçı tərəfindən ödənilmiş 20 manat dövlət rüsumu alınaraq BOKT "xxxx" MMC-nin hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: İbrahim Fəttahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar