Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-110/2020 06.08.2020 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Məmmədov Səbuhi Mətləb oğlunun katibliyi ilə, İddiaçı İKB ASC-nin Cavabdeh qarşı kredit borcunun qaytarılması tələbinə dair mülki işə Göyçay şəhərində xx xxxxxx 2020-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı İKB ASC ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh 1956.54 manat əsas kredit borcu, 275.91 manat faiz borcu və 15.21 manat cərimə olmaqla, cəmi 2247.66 manat kredit borcunun və 30 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı İKB ASC-nin nümayəndəsi teleqram vasitəsi ilə məhkəməyə müraciət edərək işə nümayəndənin iştirakı olmadan baxılaraq iddianın təmin edilməsini xahiş etmişdir. İddiaçı İKB ASC iddia ərizəsində göstərmişdir ki, Cavabdeh ilə İddiaçı İKB ASC arasında xx.xx.2018-ci il tarixdə bağlanmış kredit müqaviləsinə əsasən Cavabdeh 48 ay müddətinə illik 22 faiz olmaqla 2100 manat kredit verilmişdir. Cavabdeh kredit müqaviləsinin şərtlərini pozaraq, borc öhdəliyini tam icra etməmişdir. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh kredit borcunu ödəməmişdir. Cavabdeh xx.xx.2019-cu il tarixədək banka cəmi 2247.66 manat kredit borcu qalmışdır. Bundan başqa bank ərizə ilə məhkəməyə müraciət edərkən 30 manat məbləğində dövlət rüsumu ödəmişdir. Buna görə də məhkəmədən iddianın təmin edilməsi xahiş olunmuşdur. İş üzrə cavabdehə məhkəmənin yeri və vaxtı barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məhkəmə bildirişləri vasitəsilə məlumat verilmiş, lakin üzrlü səbəb olmadan məhkəmə baxışında iştirak etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda…məhkəmə işə baxmağa haqlıdır. Məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş üzrə təqdim edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəməyə təqdim edilmiş xx.xx.2018-cü il tarixli kredit müqaviləsindən görünür ki, İddiaçı İKB ASC ilə Cavabdeh arasında illik 22 faiz olmaqla 48 ay müddətinə 2100 manat kredit verilməsi barədə müqavilə bağlanmışdır. Məhkəməyə təqdim edilmiş xx.xx.2019-cu il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh banka xx.xx.2019-cu il tarixə olan borcu 1956.54 manat əsas kredit borcu, 275.91 manat faiz borcu və 15.21 manat cərimə olmaqla, cəmi 2247.66 manat kredit borcu təşkil edir. Məhkəmə-mühasibatlıq ekspertizasının xx.xx.2019-cu il tarixli 31725 saylı ekspert rəyindən görünür ki, Cavabdeh kredit müqaviləsi üzrə xx.xx.2019-cu il tarixə banka əsas borcu 1965.88 manat, faiz borcu 266.70 manat təşkil edir. Aparılmış ekspertizanın dəyəri 120 manatdır. Məhkəmə hesab edir ki, iddia təmin edilərkən ekspertiza rəyi nəzərə alınmalı faiz kredit borcu ekspertiza rəyində nəzərdə tutulmuş həddə, əsas kredit borcu isə iddia ərizəsində tələb edilən həddə təmin edilməlidir. Təqdim edilmiş sübutlardan görünür ki, İddiaçı İKB ASC ilə Cavabdeh arasında illik 22 faiz olmaqla 48 ay müddətinə 2100 manat kredit verilməsi barədə müqavilə bağlanmışdır. Cavabdeh bank qarşısında üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmiş, borclu olduğu pulu müqavilə üzrə tərtib edilmiş ödəniş cədvəlində nəzərdə tutulduğu qaydada iddiaçıya qaytarmamışdır. Buna görə də məhkəmə hesab edir ki, iddiaçı kredit borcunu cavabdehdən tutulmasını tələb etməyə haqlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən əgər bu məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhtəliyini tamamilə və ya hissəhissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərini və borclunun öhtəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman 30 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda 30 manat dövlət rüsumu Cavabdeh aid edilməlidir. İş üzrə ekspertiza xərci olan 120 manat məbləğində pul Cavabdeh alınaraq məhkəmə ekspertiza mərkəzinin VÖEN **********, AZ 34CTRE******************** nömrəli hesabına keçirilməlidir. Sadalananlara əsasən məhkəmə hesab edir ki, İddiaçı İKB ASC-nin iddiası qismən təmin edilməli, Cavabdeh 1956.54 manat əsas kredit borcu, 266.70 manat faiz borcu və 15.21 manat olmaqla, cəmi 2238.45 manat kredit borcu və iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu tutularaq İddiaçı İKB ASC-nə qaytarılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh 1956.54 manat əsas kredit borcu, 266.70 manat faiz borcu və 15.21 manat olmaqla, cəmi 2238.45 manat kredit borcu və iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu tutularaq İddiaçı İKB ASC-nin hesabına keçirilsin. İş üzrə ekspertiza xərci 120 manat Cavabdeh alınaraq məhkəmə ekspertiza mərkəzinin VÖEN **********, AZ 34CTRE******************** nömrəli hesabına keçirilsin. Qətnamə Cavabdeh yaşadığı ərazi üzrə Göyçay rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: İbrahim Fəttahov
Məhkəmə qərarları › İş №2(046)-110/2020
Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-110/2020
06.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver