Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-1101/2021 10.12.2021 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Səmidli Nərmin Yaşar qızının katibliyi, İddiaçı QSC-nin nümayəndəsi Nümayəndə və Cavabdeh1 iştirakı ilə, İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair mülki işə Göyçay şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı QSC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə 026R********** saylı kredit razılaşması üzrə 1556.48 manat məbləğində əsas kredit borcu, 7.63 manat faiz borcu və 338.04 manat məbləğində cərimə borcu və 026R********** saylı kredit razılaşması üzrə 2816.32 manat məbləğində əsas kredit borcu, 11.75 manat faiz borcu və 610.79 manat məbləğində cərimə borcu olmaqla, cəmi 5341.01 manat kredit borcun və 30 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı QSC-nin nümayəndəsi qismində izahat vermiş Nümayəndə iddianı müdafiə edərək göstərmişdir ki, Cavabdeh1 ilə İddiaçı QSC arasında 30.09.2014-cü il tarixli 26L000003953 saylı kredit müqaviləsinə əsasən Cavabdeh1 120 ay müddətinə 30.000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Kredit müqaviləsi üzrə Cavabdeh1 İddiaçı QSC ilə bağladığı 16.09.2019-cu il tarixli 026R********** saylı kredit razılaşması əsasında 60 ay müddətinə aylıq 0.0833 faiz dərəcəsi olmaqla ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 1556.48 manat, 026R********** saylı kredit razılaşması əsasında 60 ay müddətinə aylıq 0.0833 faiz dərəcəsi olmaqla ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 2816.32 manat məbləğində kredit verilmişdir. Cavabdeh1 kredit müqaviləsinin 1.2ci bəndinin tələbini pozaraq dəfələrlə ödənişləri yubatmış, kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri 18.08.2020-ci il tarixdən banka qaytarmamışdır. Cavabdeh1 götürdüyü kredit borcundan ödəniş etməmiş və onun ümumilikdə cəmi 5341.01 manat məbləğində kredit borcu qalmışdır. Kredit müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə Cavabdeh2 ilə İddiaçı QSC arasında 30.09.2014-ci il tarixdə zaminlik müqaviləsi bağlanmışdır. Cavabdeh2 zaminlik müqaviləsinə əsasən bank qarşısında öz üzərinə məsuliyyət götürmüşdür. Cavabdeh2 həmin zaminlik müqaviləsinin 1-ci bəndinə əsasən yuxarıda göstərilən kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında Cavabdeh1 ilə birgə məsuliyyət daşıyır və kredit müqaviləsi üzrə kreditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra etməlidir. Cavabdeh1 kredit müqaviləsinin şərtlərini pozaraq, borc öhdəliyini tam icra etməmişdir. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh kredit borcunu ödəməmişdir. Bundan başqa bank ərizə ilə məhkəməyə müraciət edərkən 30 manat məbləğində dövlət rüsumu ödəmişdir. Buna görə də məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. İş üzrə Cavabdeh1 iddianı qismən qəbul edərək göstərmişdir ki, iddiaçı ilə kredit müqaviləsi bağlayaraq kredit götürmüşdür. Maddi imkanı olmadığından banka qalan borcunu ödəyə bilməmişdir. Tələbin cərimə hissəsini əsassız hesab edir. İş üzrə digər Cavabdeh2 məhkəmənin yeri və vaxtı barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məhkəmə bildirişləri vasitəsilə məlumat verilmiş, lakin üzrlü səbəb olmadan məhkəmə baxışında iştirak etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda məhkəmə işə baxmağa haqlıdır. Məhkəmə Cavabdeh2 iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş üzrə iddiaçının nümayəndəsini və cavabdehin izahatını dinləyən, təqdim edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəməyə təqdim edilmiş 30.09.2014-cü il tarixli 26L000003953 saylı kredit xəttindən görünür ki, İddiaçı QSC ilə Cavabdeh1 arasında 120 ay müddətinə 30.000 ABŞ dolları məbləğində kredit xətti açılması barədə müqavilə bağlanmışdır. Məhkəməyə təqdim edilmiş 16.09.2019-cu il tarixli 026R********** saylı kredit razılaşmasından görünür ki, Cavabdeh1 illik 1 faiz olmaqla 60 ay müddətinə 2816.32 manat məbləğində kredit verilmişdir. Məhkəməyə təqdim edilmiş 16.09.2019-cu il tarixli 026R********** saylı kredit razılaşmasından görünür ki, Cavabdeh1 illik 1 faiz olmaqla 60 ay müddətinə 1556.48 manat məbləğində kredit verilmişdir. Məhkəməyə təqdim edilmiş 30.09.2014-cü il tarixli zaminlik müqaviləsindən görünür ki, İddiaçı QSC ilə Cavabdeh2 arasında zaminlik müqaviləsi bağlanmışdır. Məhkəməyə təqdim edilmiş 10.02.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 16.09.2019-cu il tarixli 026R********** saylı kredit razılaşmasına əsasən 1556.48 manat əsas borc, 7.63 manat faiz borcu və 338.04 manat cərimə borcu olmaqla cəmi 1902.15 manat kredir borcu vardır. Məhkəməyə təqdim edilmiş 10.02.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 16.09.2019-cu il tarixli 026R********** saylı kredit razılaşmasına əsasən 2816.32 manat əsas borc, 11.75 manat faiz borcu və 610.79 manat cərimə borcu olmaqla cəmi 3438.86 manat kredir borcu vardır. Təqdim edilmiş sübutlarla müəyyən edilir ki, Cavabdeh1 İddiaçı QSC ilə bağladığı 16.09.2019-cu il tarixli 026R********** saylı kredit razılaşması əsasında 60 ay müddətinə aylıq 0.0833 faiz dərəcəsi olmaqla ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 1556.48 manat və 026R********** saylı kredit razılaşması əsasında 60 ay müddətinə aylıq 0.0833 faiz dərəcəsi olmaqla ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 2816.32 manat məbləğində kredit verilmişdir. Kredit müqavilələri üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə Cavabdeh2 ilə İddiaçı QSC arasında 30.09.2014-ci il tarixdə zaminlik müqaviləsi bağlanmışdır. Cavabdeh2 Cavabdeh1 kredit razılaşması üzrə öhdəliklərinin icrasına zamin durmuşdur. Cavabdeh1 bank qarşısında üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmiş, borclu olduğu pulu müqavilə üzrə tərtib edilmiş ödəniş cədvəlində nəzərdə tutulduğu qaydada iddiaçıya qaytarmamışdır. Buna görə də məhkəmə hesab edir ki, iddiaçı kredit borcunu cavabdehlərdən müştərək qaydada tələb etməyə haqlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən əgər bu məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhtəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərini və borclunun öhtəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Məhkəmə hesab edir ki, iddiaçı "xxxx" QSC-nin cavabdehlərdən 026R********** saylı kredit razılaşması üzrə 338.04 manat, 026R********** saylı kredit razılaşması üzrə 610.79 manat cərimə tələbi tənasübsüz surətdə yüksəkdir. Buna görə də məhkəmə tərəflərin mənafelərini nəzərə alaraq dəbbə pulunun tənasübsüz surətdə yüksək hesab edir və həmin dəbbə pulunun 026R********** saylı kredit razılaşması üzrə 8.04 manat, 026R********** saylı kredit razılaşması üzrə 5.79 manat məbləğində müəyyən edilməsini qanuna uyğun hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman 30 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda məhkəmə hesab edir ki, ödənilmiş 30 manat dövlət rüsumu cavabdehlərə aid edilməlidir. Sadalananlara əsasən məhkəmə hesab edir ki, İddiaçı QSC-nin iddiası qismən təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 026R********** saylı kredit razılaşması üzrə 1556.48 manat məbləğində əsas kredit borcu, 7.63 manat faiz borcu və 8.04 manat məbləğində cərimə borcu və 026R********** saylı kredit razılaşması üzrə 2816.32 manat məbləğində əsas kredit borcu, 11.75 manat faiz borcu və 5.79 manat məbləğində cərimə borcu olmaqla cəmi 4406.01 manat kredit borcu və 30 manat dövlət rüsumu alınaraq İddiaçı QSC-nin xeyrinə ödənilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 026R********** saylı kredit razılaşması üzrə 1556.48 manat məbləğində əsas kredit borcu, 7.63 manat faiz borcu və 8.04 manat məbləğində cərimə borcu, 026R********** saylı kredit razılaşması üzrə 2816.32 manat məbləğində əsas kredit borcu, 11.75 manat faiz borcu və 5.79 manat məbləğində cərimə borcu olmaqla ümumilikdə cəmi 4406.01 manat kredit borcu və 30 manat dövlət rüsumu tutularaq İddiaçı QSC-nin hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Göyçay rayon məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: İbrahim Fəttahov
Məhkəmə qərarları › İş №2(046)-1101/2021
Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-1101/2021
10.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver