Məhkəmə qərarları › İş №2(046)-1104/2021

Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-1104/2021

31.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-1104/2021 31.08.2021 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Səmidli Nərmin Yaşar qızının katibliyi, İddiaçı QSC-nin nümayəndəsi X1 Cavabdeh2 iştirakı ilə, İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit borcunun qaytarılması tələbinə dair mülki işə Göyçay şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı QSC ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh1 ilə İddiaçı QSC arasında bağlanmış 04.10.2019-cu il tarixli kredit müqaviləsinin ləğv edilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 3467.50 manat məbləğində əsas kredit borcunun, 12.68 manat faiz borcunun 899.07 manat cərimə borcunun, cəmi 4379.25 manat borcunun və 30 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı AccessBank QSC-nin nümayəndəsi X3 iddianı müdafiə edərək tələbi belə əsaslandırmışdır ki, Cavabdeh1 İddiaçı QSC ilə 04.10.2019-cu il tarixdə bağladığı kredit müqaviləsi əsasında aylıq faiz dərəcəsi 0.0833% olmaqla 60 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi olan 1 saylı əlavədə müəyyən olunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 3467.5 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin təminatı kimi 04.10.2019-cu il tarixdə Cavabdeh2 ilə bank arasında zaminlik müqaviləsi bağlanmışdır. Cavabdeh kredit müqaviləsinin 1.2-ci bəndinin tələbini pozaraq dəfələrlə ödənişləri yubatmış, kredit müqaviləsi üzrə 04.11.2020-ci il tarixdən ödənilməsi planlaşdırılmış aylıq üçün kredit borcu və faiz borcundan ibarət vəsaiti qaytarmamışdır. Cavabdeh götürdüyü kredit borcundan 0 manat ödəniş etmiş və onun iddiaçıya 3467.5 manat məbləğində kredit borcu qalmışdır. Kredit müqaviləsinin 2.4-cü maddəsinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz həmin kredit müqaviləsinin 1.1 bəndi ilə müəyyən edilmiş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən bildirik ki, o, kredit borcunu və faiz borcunu Kreditora qaytarmadığı üçün 26.02.2021-ci il tarixə 114 gün üçün hesablanmış faiz borcu 12.68 manat təşkil edir. Kredit müqaviləsinin 4.2.3cü bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0,1 % məbləğində cərimə ödəməlidir. 26.02.2021-ci il tarixə 114 gün üçün kredit müqaviləsi üzrə hesablanmış cərimə 899.07 manat təşkil edir. Bundan başqa bank ərizə ilə məhkəməyə müraciət edərkən 30 manat məbləğində dövlət rüsumu ödəmişdir. Buna görə də iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə Cavabdeh2 iddianı qismən qəbul edərək göstərmişdir ki, Cavabdeh1 AccessBank QSC-dən kredit götürmüş, maddi imkanı olmadığında ödəyə bilməmişdir. Ondan tələb edilən əsas və faiz borcunu hissə-hissə ödəyəcəkdir. İddiaçının ondan cərimə tələbini əsassız hesab edir. İş üzrə Cavabdeh1 məhkəmənin yeri və vaxtı barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məhkəmə bildirişləri vasitəsilə məlumat verilmiş, lakin məhkəmə baxışında iştirak etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda…məhkəmə işə baxmağa haqlıdır. Məhkəmə Cavabdeh1 iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş üzrə iddiaçının nümayəndəsinin və cavabdehin izahatını dinləyən, təqdim edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəməyə təqdim edilmiş 04.10.2019-cu il tarixli kredit müqaviləsindən görünür ki, İddiaçı QSC ilə Cavabdeh1 arasında 60 ay müddətinə illik 0.0833 faiz olmaqla 3467.50 manat məbləğində kredit verilməsi barədə müqavilə bağlanmışdır. Məhkəməyə təqdim edilmiş 04.10.2019-cu il tarixli zaminlik müqaviləsindən görünür ki, İddiaçı QSC ilə Cavabdeh2 arasında zaminlik müqaviləsi bağlanmışdır. Məhkəməyə təqdim edilmiş 01.04.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 AccessBank QSC-yə 3467.50 manat məbləğində əsas kredit borcunun, 12.68 manat faiz borcunun 899.07 manat cərimə borcunun, cəmi 4379.25 manat kredit borcu vardır. Təqdim edilmiş sübutlardan görünür ki, AccessBank QSC ilə Cavabdeh1 arasında 60 ay müddətinə 3467.50 manat kredit müqaviləsi bağlanmış, həmin müqavilənin təminatı kimi Cavabdeh2 bankla zaminlik müqaviləsi bağlamış, Cavabdeh2 Cavabdeh1 kredit müqaviləsi üzrə öhdəliklərinin icrasına zamin durmuşdur. Cavabdeh1 bank qarşısında üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmiş, borclu olduğu pulu müqavilə üzrə tərtib edilmiş ödəniş cədvəlində nəzərdə tutulduğu qaydada iddiaçıya qaytarmamışdır. Buna görə də məhkəmə hesab edir ki, iddiaçı kredit borcunu cavabdehlərdən müştərək qaydada tutulmasını tələb etməyə haqlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən əgər bu məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhtəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərini və borclunun öhtəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Məhkəmə hesab edir ki, İddiaçı QSC-nin cavabdehlərdən kredit razılaşması üzrə 899.07 manat məbləğində cərimə tələbi tənasübsüz surətdə yüksəkdir. Buna görə də məhkəmə tərəflərin mənafelərini nəzərə alaraq dəbbə pulunun tənasübsüz surətdə yüksək hesab edir və həmin dəbbə pulunun 9.07 manat məbləğində müəyyən edilməsini qanuna uyğun hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman 30 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda 30 manat dövlət rüsumu cavabdehlərə aid edilməlidir. Sadalananlara əsasən məhkəmə hesab edir ki, İddiaçı QSC-nin iddiası qismən təmin edilməli, Cavabdeh1 ilə İddiaçı QSC arasında bağlanmış 04.10.2019-cu il tarixli kredit müqaviləsinin ləğv edilməli, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X2 müştərək qaydada kredit razılaşması üzrə 3467.50 manat məbləğində əsas kredit borcu, 12.68 manat faiz borcu, 9.07 manat cərimə borcu, cəmi 3489.25 manat kredit borcu və 30 manat dövlət rüsumu tutularaq İddiaçı QSC-nə qaytarılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh1 ilə İddiaçı QSC arasında bağlanmış 04.10.2019-cu il tarixli kredit müqaviləsi ləğv edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada kredit müqaviləsi üzrə 3467.50 manat məbləğində əsas kredit borcu, 12.68 manat faiz borcu, 9.07 manat cərimə borcu, cəmi 3489.25 manat kredit borcu və ödənilmiş 30 manat dövlət rüsumu tutularaq İddiaçı QSC-nin hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: İbrahim Fəttahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar