Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-113/2020 14.09.2020 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Məmmədov Səbuhi Mətləb oğlunun katibliyi, İddiaçı İB-nin nümayəndəsi Nümayəndə və Cavabdeh iştirakı ilə, ziyan tələbinə dair mülki işə Göyçay şəhərində xx xxxxxxxx 2020-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDI: İddiaçı İB iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X1 1155.79 manat dəymiş ziyanın f ödənilmiş 20 manat dövlət rüsumu və 0.40 manat xidmət haqqı alınaraq iddiaçının hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə İddiaçı İB-nin nümayəndəsi Nümayəndə iddianı müdafiə edərək tələbi belə əsaslandırmışdır ki, Göyçay rayon Mırtı kəndində qeydiyyatda olan X3 xx.xx.2019-cu il tarixində idarə etdiyi VAZ 2106 markalı **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə rayonun Mırtı kəndində hərəkətdə olarkən idarəetməni itirərək yol nəqliyyat hadisəsi törətmişdir. Yol-nəqliyyat hadisəsi zamanı "İddiaçı” İB-nin X6 İstismar İdarəsinin Göyçay Xidmət Sahəsinin balansında və istismarda olan Göyçay 1 saylı QPS-dən qidalanan PE- 200 mm-lik orta təzyiqli qaz kəmərindən yerin üstə sahəsinə çıxan d-108-mm-lik orta təzyiqli qaz xəttinin 30 PM hissəsini tam yararsız hala salmış və nəticədə qaz itkisi olmuşdur. Hesablama zamanı İddiaçınə 1655.79 manat məbləğində ziyan dəymişdir. X2 məxsus VAZ 2106 markalı **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobl “X4”xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx“X4” ASC tərəfindən İddiaçı İB-nin hesabına vurulmuş 1655.79 manat məbləğdən 500 manat ödəniş aparılmışdır. Ağsu RQİİ-nə dəymiş 1155.79 manat ziyanın ödənilməsi ilə bağlı X2 dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq keçən müddət ərzində heç bir ödəniş aparmamışdır. Bu kimi hallar İddiaçı İBnin əhalinin təbii qazla təminatının yaxşılaşdırılması istiqamətində apardığı işlərə mənfi təsir göstərir. Buna görə də tələbinin təmin edilməsin xahiş etmişdir. İş üzrə Cavabdeh iddianı qəbul etməyərək göstərmişdir ki, xx.xx.2019-cu il tarixində idarə etdiyi VAZ 2106 markalı **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə rayonun Mırtı kəndində hərəkətdə olarkən idarəetməni itirərək yol nəqliyyat hadisəsi törətmişdir. Həmin yol nəqliyyat hadisəsi zamanı qaz xəttinə ziyan dəymişdir. İddiaçının qeyd olunan ziyanın ondan tələb etməsini əsassız hesab edir belə ki, həmin ziyan “X4” ASC tərəfindən ödəniləcəkdir. Buna görə də iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Maraqlı tərəf “X4” ASC-yə məhkəmənin yeri və vaxtı barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məhkəmə bildirişi vasitəsilə məlumat verilmiş, lakin üzrlü səbəb olmadan məhkəmə baxışında iştirak etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda…məhkəmə işə baxmağa haqlıdır. Məhkəmə maraqlı tərəfin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş üzrə tərəflərin izahatını dinləyən, tədqiq edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə təqdim edilmiş xx.xx.2019-cu il tarixli AP ******* saylı inzibati xəta haqqında protokolun surətindən görünür ki, Göyçay rayon Mırtı kəndində qeydiyyatda olan X3 xx.xx.2019-cu il tarixində idarə etdiyi VAZ 2106 markalı **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə rayonun Mırtı kəndində hərəkətdə olarkən idarəetməni itirərək yol nəqliyyat hadisəsi törətmişdir. Yol-nəqliyyat hadisəsi zamanı "İddiaçı” İB-nin X6 İstismar İdarəsinin Göyçay Xidmət Sahəsinə maddi ziyan dəymişdir. Məhkəməyə təqdim edilmiş qaz itkisinin hesabatıdan görünür ki, Cavabdeh törətdiyi yol nəqliyyat hadisəsi zamanı "İddiaçı” İB-nin X6 İstismar İdarəsinin Göyçay Xidmət Sahəsinə ümumilikdə 1655.79 manat maddi ziyan dəymiş, qeyd edilən maddi ziyanın 500 manatı “X4” ASC tərəfindən ödənilmişdir. Məhkəməyə təqdim edilmiş məhkəmə iqtisad-ekspertizasının xx xxxxxx 2020-ci il tarixli 32371 saylı ekspert rəyindən görünür ki, İddiaçı İB-nin Ağsu RQİİ-nin xx.xx.2019-cu il tarixli hesabatına əsasən baş vermiş qəza nəticəsində İddiaçı İB-nə vurulmuş ziyanın miqdarı 1240.24 manat müəyyən edilmişdir. Aparılmış ekspertizanın dəyəri 100 manat təşkil edir. Qeyd olunan maddi ziyanın məbləği iddia tələbindən artıq olduğundan məhkəmə hesab edir ki, iddia tələbi iddia ərizəsində göstərilən və məhkəmə baxışı zamanı müdafiə edilən həddə təmin edilməlidir. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, Cavabdeh xx.xx.2019-cu il tarixində idarə etdiyi VAZ 2106 markalı **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə rayonun Mırtı kəndində hərəkətdə olarkən idarəetməni itirərək yol nəqliyyat hadisəsi törətmişdir. Həmin yol nəqliyyat hadisəsi zamanı "İddiaçı” İB-nin X6 İstismar İdarəsinin Göyçay Xidmət Sahəsinin balansında və istismarda olan Göyçay 1 saylı QPS-dən qidalanan PE-200 mm-lik orta təzyiqli qaz kəmərindən yerin üstə sahəsinə çıxan d-108mm-lik orta təzyiqli qaz xəttinin 30 PM hissəsini tam yararsız hala düşmüş nəticədə İddiaçı İB-ə 1655.79 manat maddi ziyan dəymişdir. Qeyd olunan maddi ziyanın 500 manatı cavabdeh “X4” ASC tərəfindən iddiaçıya ödənilmişdir. Hazırda iddiaçı həmin maddi ziyanın əvəzi kimi cavabdehdən 1155.79 manat tələb edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1.-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 21.3.-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu nəticəsində fiziki şəxsin əmlakına vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir. Təqdim edilmiş qəbzdən görünür ki, İddiaçı İB məhkəməyə müraciət edərkən 30 manat dövlət rüsumu pul ödəmişdir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumunun iddiaçının tələb etdiyi 20 manatı və 0.40 manat xidmət haqqı cavabdehdən alınaraq iddiaçıya verilməli və iş üzrə ekspertiza xərci olan 100 manat xərci Cavabdeh alınaraq məhkəmə ekspertiza mərkəzinin hesabına keçirilməlidir. Sadalananlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdeh «X4» ASC və Cavabdeh maddi ziyanın əvəzi kimi 1155.79 manat, 20 manat dövlət rüsumu və 0.40 manat xidmət haqqı alınaraq İddiaçı İB-na verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh maddi ziyanın əvəzi kimi 1155.79 manat, 20 manat dövlət rüsumu və 0.40 manat xidmət haqqı alınaraq İddiaçı İB-na verilsin. İş üzrə 100 manat ekspertiza xərci Cavabdeh alınaraq məhkəmə ekspertiza mərkəzinin VÖEN **********1, AZ 34CTRE******************** nömrəli hesabına keçirilsin. Qətnamənin icrası Göyçay rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti vermək olar. Hakim İbrahim Fəttahov
Məhkəmə qərarları › İş №2(046)-113/2020
Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-113/2020
14.09.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver