Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-1132/2020 12.11.2020 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Vəliyev Vüsal Rasim oğlunun katibliyi, Cavabdeh və nümayəndəsi (vəkil) Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı borc, əldən çıxmış fayda və mənəvi ziyanın əvəzinin ödənilməsi, eyni zamanda müqavilənin etibarsız hesab edilməsi tələblərinə dair iddia və qarşılıqlı iddia ərizələri üzrə mülki işə Göyçay şəhərində xx xxxxxx 2020-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 30000 ABŞ dolları məbləğində əsas borcun, 9000 ABŞ dolları məbləğində əldən çıxmış faydanın, eyni zamanda vurulmuş mənəvi ziyanın kompensasiyası kimi 10.000 manatın alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onunla İddiaçı arasında Bakı şəhəri 14 X4 bağlanılmış xx.xx.2018-ci il tarixli 3M-447 saylı Kredit Müqaviləsini etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə İddiaçı nümayəndəsi (vəkili) Vəkil1 məhkəməyə teleqram vasitəsi ilə müraciət edərək, məhkəmə iclasında iştirak edə bilməyəcəyini göstərmiş, məhkəmə iclasının onun iştirakı olmadan keçirilərək ilkin iddianın təmin qarşılıqlı iddianın isə rədd edilməsini xahiş etmişdir. İş üzrə İddiaçı iddia ərizəsində tələbini belə əsaslandırmışdır ki, Cavabdeh ilə uzun müddət yaxşı münasibətləri olmuş, 2018-ci ilin aprel ayında Cavabdeh ona müraciət edərək, biznes fəaliyyəti ilə əlaqədar olaraq 30000 ABŞ dolları məbləğində pula ehtiyacı olduğunu bildirmişdir. Həmin vaxt cavabdehə borc verə biləcəyini bildirmiş və Cavabdeh ilə Bakı şəhəri 14 saylı notariat kontorunda xx xxxxx 2018-ci il tarixli, 3M-447 reyestrli kredit müqaviləsini bağlamışlar. Həmin müqaviləyə əsasən Cavabdeh 30000 ABŞ dollarını xx.xx.2018-cil il tarixində geri qaytaracağını öhdəsinə götürmüşdür. Lakin razılaşdığı müddətdən artıq 2 ildən çox müddət keçməsinə baxmayaraq cavabdeh hələ də borcunu ödəməmişdir. Dəfələrlə cavabdehlə telefon əlaqəsi saxlamağa çalışsa da, görüşmək istəsə də, cavabdeh onunla görüşdən yayınmış, telefon zənglərinə cavab verməmiş, ona olan 30000 ABŞ dolları məbləğində borcunu ödəməkdən qəsdən boyun qaçırmışdır. Bu səbəbdən də pozulmuş hüquqlarının müdafiəsi ilə bağlı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Hazırda Azərbaycan Respublikasının Mərkəzi Bankının müəyyən etdiyi uçot faiz dərəcəsi 15 % təşkil edir. Hesab edir ki, cavabdehin qaytarmalı olduğu 30000 ABŞ dolları məbləğində pulu əsassız özündə saxlamaqla daha çox zərər vurmuşdur. Belə ki, 30000 ABŞ dolları məbləğində pulu Azərbaycan Respublikasının Mərkəzi Bankının müəyyən etdiyi uçot faiz dərəcəsi ilə depozit hesabı açdıraraq əmanət qoya bilərdi. Belə olan halda artıq 2 il müddət ərzində minimum illik 15 % olmaqla həmin məbləğdən 9000 ABŞ dolları gəlir əldə edəcəkdir. Cavabdeh bu qanunsuz hərəkətləri ilə ona olan borcunu ödəmədiyindən əldə edə biləcəyi gəlirdən onu məhrum etmişdir. Cavabdehin öhdəliklərini pozması mənəvi iztirablar keçirməyinə səbəb olmuş və nəticədə güclü mənəvi sarsıntı keçirmişdir. Belə ki, cavabdeh dəfələrlə ondan almış olduğu pulu qaytaracağına söz versə də, hər dəfəsində onu aldatmış və müxtəlif bəhanələrlə borcunu tam şəkildə ödəməkdən boyun qaçırmışdır. Cavabdehə borc verməklə onun ehtiyacını ödəmək, biznes fəaliyyətinə kömək olmaq, xeyirxah bir iş görmək istəyirdi. Lakin borc verdikdən sonra cavabdehin ona qarşı etdiyi hərəkətlər, onu müntəzəm olaraq müxtəlif üsul və vasitələrlə aldatması, ona qarşı saymazyana münasibət bəsləməsi onu mənəvi alçaltmış, özünə, etdiyi hərəkətə inamsızlıq və hörmətsizlik hissi yaratmışdır. Cavabdehin ona qarşı etdiyi etinasız hərəkətlər ona vurulmuş maddi ziyanla yanaşı mənəvi ziyan da vurmuşdur. Buna görə də tələbinin təmin edilməsini, qarşılıqlı iddianın isə rədd edilməsini xahiş etmişdir. İş üzrə Cavabdeh nümayəndəsi (vəkil) Vəkil2 qarşılıqlı iddianı müdafiə edərək ilkin iddianı qəbul etməyərək göstərmişdir ki, İddiaçı Cavabdeh 30000 ABŞ dolları məbləğində əsas borcun, 9000 ABŞ dolları məbləğində əldən çıxmış faydanın, eyni zamanda vurulmuş mənəvi ziyanın kompensasiyası kimi 10.000 manat məbləğində pulun tutularaq ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Hesab edir ki, iddia əsassız olduğundan rədd olunmalıdır. Belə ki, Cavabdeh ilə İddiaçı arasında 2015-ci il tarixindən şəxsi mübahisələr vardır. Bir zaman onun da iştirakı ilə mütəşəkkil dəstə olan, özlərini MTN və DİN əməkdaşları kimi təqdim edərək ona hədə-qorxu gələrək əmlaklarını mənimsəmişlər. Hansı ki, İddiaçı da həmən dəstənin fəal üzvlərindəndir. Bu mütəşəkkil dəstənin əməlləri ilə bağlı şikayəti əsasında Xətai Rayon Prokurorluğunda cinayət işi də açılmışdır. Sonradan məhkəmə Cavabdeh evini qaytarmış və İddiaçı atası Şirinov Məzahir üzr istəyərək barışmağını istəmişdir. Belə olan halda Cavabdeh şikayətçi olmadığından cinayət işinə xitam verilmişdir. Bu cinayətkar dəstənin təhdidi ilə Cavabdeh məxsus olan ** AC *** nömrə nişanlı “Chevrolet Niva” markalı avtomobilimi də Vüqarın adına keçmişdir. Yenə də Vüqarın atası işə qarışmış, üzr istəyib barışmağı istədikdən sonra avtomobilini tələb etmişdir. Vüqarın avtomobil alqı-satqısı ilə məşğul olduğunu və daha yaxşı avtomobil verə biləcəyini bildirdi. Vüqar ona işlənmiş Lexus LX 470 markalı avtomobil tapdığı və 61 min manata sata biləcəyini bildirmişdir. Ondan götürdüyü Nivanın “xxxxxxxxxxxxxxxxx” MMC-dən 19.766 manat alış qiyməti var idi və 14 ay lizinq ödənişi qaldığından onun avtomobilini 10.000 manat qiymətləndirdi və ondan əlavə olaraq 51.000 manat pul tələb etdi. Hal-hazırda əlində vəsait olmadığını bildirmiş, 61.000 manatın 10.000 manatını ondan aldığı maşına yerdə qalan 51.000 manatını isə 8 ay sonra qaytarmaqla borc müqaviləsi ilə əvəzləməyi təklif etmişdir. Atası və özü yüksək səviyyədə səmimiyyət göstərərək o dərəcədə inandırdı ki, razılaşdı və müqavilə bağladılar. Hansı ki 20-25 gün ərzində avtomobil gətirilməli idi. Pul vəsaiti olmadığından müqaviləni Qəbələ regional “Asan xidmət" Mərkəzindəki notariat kontorunun notariusu müqavilə təsdiq etmədi. Çünki qanunsuz idi, veriləcək hər hansı pul vəsaiti yox idi. Müqavilənin bağlanılma əsasını isə Vüqarın ona “Lexus LX 470" markalı avtomobil verəcəyi vəd təşkil edirdi. Sonradan qeyd etdiyi müqaviləni Vüqarın Bakı şəhərində tanıdığı 14 saylı Notariat Kontorunda (notarius E.Əliyev) bağladı. Sonradan 1 ay, 2 ay və daha çox vaxt keçdi. Vüqar vədinə əməl etmədi. Hər dəfə söhbətində atası inandırırdı ki, müəyyən problemləri var gözlə-gözlə həll olunacaq, sonunda da borc tələbinə dair məhkəməyə müraciət etmişdir. Tərəflər arasında bağlanmış müqavilə mülki qanunvericiliyin yuxarıda istinad olunan müddəalarınınm tələblərinə cavab vermir. Bu da həmin müqavilənin ləğvini zəruri edir. Başqa cür yanaşını müqavilənin digər tərəfinin hüquqlarının pozulmasına gətirib çıxaracaqdır. Tərəflər arasında bağlanmış əqdin ləğvini şərtləndirən əsaslar aşağıdakılardır: Tərəflər arasında müqavilə notariat qaydasında bağlanasa da müqavilənin bütün miihim şərtlərinə əməl edilməmişdir. Müqavilənin bağlanmış hesab edilməsi üçün onun bütün mühim şərtlərinə əməl edilməlidir. İlk baxışda müqavilənin notariat qaydasında bağlanması, imzalanması, notarius tərəfindən təsdiq edilməsi müqavilənin qanuniliyinə dəlalət edə bilər, lakin nəzərə almaq lazımdır ki, müqavilə hər iki tərəf üçün öhdəlik yaratdığından, kredit müqaviləsinin xarakteri və mahiyyətinə uyğun olaraq ilk növbədə borcverən pul məbləğini borcalana verilməli, bu andan borcalanın öhdəliyi yaranmış olur. Hazırki müqavilə üzrə borcverən müqavilə öhdəliyini icra etməmişdir. Belə ki, vəkil sorğusuna cavab olaraq Bakı şəhəri 14 X3 əldə edilmiş notariat qovluğunda olan sənədlər tərə fərin şəxsiyyət vəsiqəsi, müqavilə və notariat hərəkətinin aparılmasına dair 92 manat ödəniş edilməsi barədə qəbzin surətindən ibarətdir. Borcun verilməsinə dair hər hansı sənəd mövcud deyil. Həmçinin iddia ərizəsinin məzmunundan da görünür ki, iddiaçı borcu məhz müqaviləyə əsasən verdiyini iddia edir. Lakin bu halı təsdiq edən heç bir sənədə istinad olunmur. Qanunvericiliyin və formalaşmış işgüzar qaydaların tələblərinə görə pul məbləğinin verilməsi iki formada rəsmiləşdirilir: birincisi, pul boracalana əlbə-əl, yəni nəğd şəkildə verildikdə müqavilənin mətnində bu birbaşa göstərilməklə müqaviləyə əl yazısı ilə müvafiq qeyd aparılmalıdır. Əldə edilmiş notariat qovluğunda və yaxud məhkəməyə təqdim edilmiş müqavilənin mətnində buna dair hər hansı müddəa əks olunmamaqla yanaşı, əl yazısı ilə aparılmış hər hansı qeyd də yoxdur. Beləliklə, müqavilə üzrə pulun nəğd formada verilməsinə dair sübut mövcud deyil. ikincisi, borc verilən məbləğin notariusun bankda olan depozit hesabına köçürülməsi və həmin məbləğin müvafıq sənədləşdirmə aparılmaqla borc alana verilməsi halıdır. Bu zaman notariat tərəfindən banka məktub yazılmaqla pul vəsaiti banka köçürülür, müqavilə rəsmiləşdirildikdən sonra bank tərəfindən çek yazılmaqla pul çıxarılıb borcalana verilir. Lakin notairat ofisi tərəfindən təqdim edilmiş sənədlərdə bu cür əməliyyatın aparılmasına dair hər hansı təsdiqedici sübut yoxdur. Xüsusilə nəzərə almaq lazımdır ki. müqavilənin imzalandığı tarixə mövcud qaydaların tələblərinə görə pul vəsaiti bank vasitəsilə ödənilməli idi. Notarial qaydada aramızda kredit müqaviləsi bağlanarkən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli qərarı ilə təsdiq edilmiş “Notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatın 160-1 -ci hissəsinin 2-ci bəndinin dəyişiklikdən əvvəlki redaksiyasında pul bağışlanması, beh və borc verilməsi, eləcə də ilkin müqavilə üzrə ödənilən məbləğlə bağlı müqavilələr notariat qaydasında təsdiq edilərkən, pul vəsaitinin tərəflərdən birinin digərinə verilməsi və qaytarılması notariusun bankda açdığı depozit hesabı vasitəsilə həyata keçirilməlidir. Beləliklə, kredit müqaviləsi üzrə boreverən tərəfindən borc məbləğinin verilməsi təmin edilməmiş, yəni müqavilə öhdəliyi icra edilməmişdir. Boreverən tərəfindən borc məbləğinin ödənilməməsi, qarşı tərəfdən öhdəliyin icrasını tələb etmək hüququnu itirilməsi üçün əsasdır. Bu baxımdan müqavilə şərtlərinə əməl edilmədiyi üçün müqavilə ləğv edilməlidir. Yuxarıda qeyd edilən xüsusatlar nəzərə alınaraq müqavilənin bağlanma formasına uyğun şəkildə ləğv edilməsinə dair İddiaçı müqavilənin ləğvinə dair bildiriş göndərilsə də sonuncu həmin müraciətə heç bir reaksiya verməmişdir. Belə olan halda müqavilənin məhkəmə qaydasında ləğvi tələb edilməlidir. Mülki prosesdə təsbit edilmiş sübutetmənin bölgüsünə görə borc öhdəliyinin yarandığını sübut etmək vəzifəsi borc verdiyini iddia edən şəxsin üzərinə düşür. Borcun qaytarıldığını sübut etmək vəzifəsi isə borc alanın üzərinə düşür, liazırki halda İddiaçı borc verdiyini iddia edir və borcun verilməsinə dair sübutetmə vəzifəsi onun üzərindədir. İddiaçı isə nə pul formasında, nə də natura formasında müqavilədə təsbit edilmiş məbləğin borcalana verilməsini təmin etməmişdir. Hər hansı əqdin etibarlılığı üçün onun bağlanmasına lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunıınvericiliyin tələblərinə uyğun olması vacibdir. Hazırki mübahisə üzrə ilkin iddianın əsasını təşkil edən əqd qanunvericiliyin tələblərinə uyğun olmadığından, ləğv edilməlidir. Buna görə də ilkin iddianın rədd, qarşılıqlı iddianın isə təmin edilməsini xahiş etmişdir. İş üzrə Cavabdeh nümayəndəsi (vəkil) Vəkil2 göstərdiyi xüsusatları təsdiq etmiş, onunla eyni məzmunlu izahat vermişdir. İş üzrə tərəfləri dinləyən, tədqiq edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, ilkin iddia qismən, qarşılıqlı iddia isə rədd edilməlidir. Məhkəməyə təqdim edilmiş Cavabdeh ilə İddiaçı arasında Bakı şəhəri 14 X4 bağlanılmış xx.xx.2018-ci il tarixli 3M-447 saylı Kredit Müqaviləsinin təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh 30000 ABŞ dolları manat ekvivalenti ilə 51000 manat borcu xx.xx.2018-ci il tarixədək İddiaçı ödəməyi öhdəsinə götürmüşdür. Məhkəməyə təqdim edilmiş Bakı şəhəri 14 saylı Notariat Kontorunun 3M-447 saylı notariat işindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında bağlanmış xx.xx.2018-ci il tarixli kredit müqaviləsi bağlanarkən ödənilən məbləğlə bağlı müqavilələr notariat qaydasında təsdiq edilərkən, pul vəsaitinin tərəflərdən birinin digərinə verilməsi və qaytarılması notariusun bankda açdığı depozit hesabı vasitəsilə həyata keçirilməmişdir. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, tərəflər arasında Bakı şəhəri 14 X4 bağlanılmış xx.xx.2018-ci il tarixli 3M-447 saylı Kredit Müqaviləsinə əsasən Cavabdeh 30000 ABŞ dolları manat ekvivalenti ilə 51000 manat borcu İddiaçı qaytarmağı öz öhdəsinə götürmüşdür. Buna görə də məhkəmə hesab edir ki, cavabdehin Cavabdeh qanunsuz sahibliyində olan 30000 ABŞ dolları alınaraq ona verilməsi barədə iddiaçının tələbi əsaslıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən əgər bu məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pulu digər iştirakçıya (borc alana) verməyi, digər iştirakçı borc alan isə aldığı pulu borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Həmin Məcəllənin 740.2-ci maddəsinə əsasən Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə əsasən pul vəsaitləri də mülkiyyət hesab olunduğundan həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, İddiaçı məxsus 30000 ABŞ dolları pul vəsaiti Cavabdeh qanunsuz sahibliyindədir. Məhkəmə baxışı zamanı Cavabdeh 9000 ABŞ dolları məbləğində əldən çıxmış faydaya görə, 10000 manat məbləğində mənəvi ziyana görə pulun alınaraq iddiaçıya verilməsinə dair heç bir mötəbər sübut müəyyən edilməmişdir. Buna görə də məhkəmə hesab edir ki, iddia bu hissədə təmin edilə bilməz. Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2008-ci il tarixli 07 saylı qərarının 1-ci bəndində qeyd edilmişdir ki, məhkəmələrə izah edilsin ki, mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, “İnsan Hüquqlarının və X1 Haqqında Konvensiya”nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə X5 Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən ) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir.
2. Plenum izah edir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi Haqqında Konvensiya”nın müddəaları və X5 Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf , ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Məhkəmə hesab edir ki, Cavabdeh İddiaçı qarşı qaldırdığı qarşılıqlı iddia tələbi üzrə tərəflər arasında Bakı şəhəri 14 X4 bağlanılmış xx.xx.2018-ci il tarixli 3M-447 saylı Kredit Müqaviləsini etibarsız hesab edilməsi barədə tələbi əsassızdır. Belə ki, Cavabdeh İddiaçı tərəfindən borc müqaviləsi üzrə ona nəğd şəkildə borc pul vermədiyi barədə göstərdikləri qeyd edilən borc müqaviləsinin etibarsızlığı üçün əsas ola bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər; Həmin Məcəllənin 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Həmin Məcəllənin 354.2-ci maddəsinə əsasən bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. «Mahmudov Rusiyaya qarşı» iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biri-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§ 68). Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı xx xxxx 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Sadalananlara əsasən məhkəmə hesab edir ki, ilk iddia qismən, qarşılıqlı iddia isə rədd edilməli, Cavabdeh 30000 ABŞ dolları məbləğində borcun ödəniş gününə Azərbaycan manatı məzənnəsi ilə alınaraq İddiaçı verilməlidir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, ödənilmiş dövlət rüsumları tərəflərə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ:
İddia qismən təmin edilsin. Cavabdeh 30000 ABŞ dolları məbləğində borc ödəniş gününə Azərbaycan manatı məzənnəsi ilə alınaraq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Qarşılıqlı iddia təmin edilməsin. Cavabdeh İddiaçı qarşı aralarında Bakı şəhəri 14 X4 bağlanılmış xx.xx.2018-ci il tarixli 3M-447 saylı Kredit Müqaviləsinin etibarsız hesab edilməsi barədə qarşılıqlı iddia tələbi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə şikayət vermək olar.
Hakim: İbrahim Fəttahov