Məhkəmə qərarları › İş №2(046)-1133/2021

Göyçay Rayon Məhkəməsi Qərardad — İş №2(046)-1133/2021

22.04.2021 · Şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Göyçay rayonu İş № 2(046)-1133/2021 22.04.2021 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlu, Ərizəçi Maraqlı şəxs qarşı şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi tələbinə dair iddia ərizəsini nəzərdən keçirərək, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Maraqlı şəxs xx.xx.1995-ci il tarixdən xəbərsiz itkin düşmüş elan olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Aşağıda göstərilənlərə əsasən Ərizəçi ərizəsi və əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, Ərizəçi ərizəsinə, müəyyən edilmiş qaydada və məbləğdə, dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədi əlavə etməmişdir. Azərbaycan Respublikası Dövlət X1 8.2.2-ci maddəsinə əsasən hüquqi əhəmiyyət kəsb edən faktların müəyyən edilməsi barədə ərizələrdən 10 manat dövlət rüsumu ödənilir. Azərbaycan Respublikası MPM-nin 149.2.5, 152.1.5-ci maddələrinə görə iddia ərizəsinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə edilmədikdə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 152, 263, 264, 268ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRAR VERDİ : Ərizəçinın Maraqlı şəxs qarşı şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi tələbinə dair ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Ərizəçiyə dövlət rüsumunun müəyyən edilmiş qaydada və məbləğdə ödənilməsi izah edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətinə Göyçay Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim İbrahim Fəttahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar