Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-1134/2020 09.10.2020 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Məmmədov Səbuhi Mətləb oğlunun katibliyi, İddiaçı nümayəndəsi icra məmuru (probasiya üzrə) X1 və Cavabdeh iştirakı ilə, ziyan tələbinə dair mülki işə Göyçay şəhərində xx xxxxxxx 2020-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDI: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh mobil nəzarət qurğusunun dəyəri olan 1346.03 manat dəymiş ziyan alınaraq iddiaçının hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə İddiaçı icra məmuru (probasiya üzrə) X2 iddianı müdafiə edərək tələbi belə əsaslandırmışdır ki, Göyçay Rayon Məhkəməsinin 1(046)-25/2020 saylı xx xxx 2020-ci il tarixli hökmünə əsasən Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinib, 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Cavabdeh məhkəmə baxışınadək həbsdə saxlanıldığı 2 ay 17 gün müddət CM-nin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından bir gün azadlıqdan məhrum etmə cəzasını iki gün azadlığın məhdudlaşdırılması cəzasına hesablanmaqla 5 ay 4 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası çıxılaraq, üzərində qəti olaraq 1 il 6 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Hökmə əsasən onun üzərinə yaşayış yerini saat 23:00-dan 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Göyçay rayonu ərazisi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulmuşdur. xx.xx.2020-ci il tarixdə müvafiq protokol tərtib etmiş və onun üzərində cəza çəkdiyi müddət ərzində elektron nəzarət vasitələrindən istifadə qaydaları izah edilərək ona 01 (bir) ədəd mobil nəzarət qurğusu, 01 (bir) ədəd mobil qurğunun enerji adapteri, 01 (bir) ədəd mobil qurğunun enerji toplayıcı kabeli, 01 (bir) bir ədəd sadə elektron qolbaq və 02 (iki) ədəd ev nəzarət stansiyası təhvil verilmişdir. Bu nəzarət avadanlıqlarından istifadə qaydaları cavabdehə izah edilmiş və üzərində gəzdirdiyi, istifadə etdiyi müddətdə maddi məsuliyyət daşıması barədə xəbərdarlıq edilmişdir. Lakin, edilmiş xəbərdarlıqlara baxmayaraq xx.xx.2020-ci il tarixdə Cavabdeh ona təhkim olunmuş mobil qurğunu Göyçay rayonunda yerləşən “Göyçay” çayına ehtiyatsızlığı ucbatından yıxıldığı zaman cibindən salaraq itirmişdir. xx.xx.2020-ci il tarixdə hökm üzrə ona tətbiq olunmuş elektron nəzarət vasitələrinə baxış keçirərkən həqiqətən də məlum olmuşdur ki, sadə elektron qolbaq onun ayağında bağlı vəziyyətdə olsa da, mobil qurğu onun üzərində yoxdur, həmçinin, monitorinq mərkəzinin “ŞANS” elektron monitorinq sistemi vasitəsilə izlənilməsi zamanı da xx.xx.2020-ci il tarixdən ondan izlənilmə məlumatlarının gəlmədiyi məlum olmuşdur. Cavabdehin günahından, yəni yetərincə məsuliyyətli olmaması səbəbi ilə elektron nəzarət qurğusu itirilmiş və nəticədə maddi ziyan dəymişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən verilmiş maliyyə arayışına əsasən, həmin itirilmiş mobil nəzarət qurğusunun (xüsusi proqram təminatı ilə) dəyəri 1346.03 manat təşkil edir. Mübahisənin başqa həlli mövcud olmadığından hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Buna görə də tələbinin təmin edilməsin xahiş etmişdir. İş üzrə Cavabdeh iddianı qəbul edərək göstərmişdir ki, xx.xx.2020-ci il tarixdə ona təhkim olunmuş mobil qurğusunu Göyçay rayonunda yerləşən “Göyçay” çayına ehtiyatsızlığı ucbatından yıxıldığı zaman cibindən salaraq itirmişdir. İş üzrə tərəflərin izahatını dinləyən, tədqiq edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə təqdim edilmiş Göyçay Rayon Məhkəməsinin 1(046)-25/2020 saylı xx xxx 2020-ci il tarixli hökmünə əsasən Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinib, 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Cavabdeh məhkəmə baxışınadək həbsdə saxlanıldığı 2 ay 17 gün müddət CM-nin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından bir gün azadlıqdan məhrum etmə cəzasını iki gün azadlığın məhdudlaşdırılması cəzasına hesablanmaqla 5 ay 4 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası çıxılaraq, üzərində qəti olaraq 1 il 6 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Məhkəməyə təqdim edilmiş xx.xx.2020-ci il tarixli protokolun surətindən görünür ki, Cavabdeh cəza çəkdiyi müddət ərzində elektron nəzarət vasitələrindən istifadə qaydaları izah edilərək ona 01 (bir) ədəd mobil nəzarət qurğusu, 01 (bir) ədəd mobil qurğunun enerji adapteri, 01 (bir) ədəd mobil qurğunun enerji toplayıcı kabeli, 01 (bir) bir ədəd sadə elektron qolbaq və 02 (iki) ədəd ev nəzarət stansiyası təhvil verilmişdir. Bu nəzarət avadanlıqlarından istifadə qaydaları cavabdehə izah edilmiş və üzərində gəzdirdiyi, istifadə etdiyi müddətdə maddi məsuliyyət daşıması barədə xəbərdarlıq edilmişdir. Məhkəməyə təqdim edilmiş məktubun surətindən görünür ki, mobil nəzarət qurğuları xüsusi proqram təminatı ilə birlikdə dəyəri 1346.03 manat təşkil edir. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki,Göyçay Rayon Məhkəməsinin 1(046)-25/2020 saylı xx xxx 2020-ci il tarixli hökmünə əsasən Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinib, 1 il 6 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Hökmə əsasən onun üzərinə yaşayış yerini saat 23:00-dan 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Göyçay rayonu ərazisi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulmuşdur. Cavabdeh xx.xx.2020-ci il tarixdə ona təhkim olunmuş mobil nəzarət qurğusunu Göyçay rayonunda yerləşən “Göyçay” çayına yıxıldığı zaman cibindən salaraq itirmişdir. Bununla da İddiaçınə 1346.03 manat dəyərində ziyan dəymişdir. Qeyd olunan maddi ziyan manatı cavabdeh tərəfindən iddiaçıya ödənilməmişdir. Hazırda iddiaçı həmin maddi ziyanın cavabdehdən tələb edir. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 15-2.5-ci maddəsinə əsasən elektron nəzarət vasitəsi tətbiq edilmiş şəxs həmin vasitəni zədələdikdə və ya digər üsulla yararsız vəziyyətə saldıqda, onun dəyəri həmin şəxsdən tutulur. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 94.1-ci maddəsinə əsasən Cəzaçəkmə müəssisələrində məhkumlar vurduqları maddi ziyana görə məsuliyyət daşıyırlar: 94.1.1-ci maddəsinə əsasən əmək vəzifələrinin icrası zamanı vurduqları ziyana görə Azərbaycan Respublikası əmək qanunvericiliyi ilə müəyyən edilmiş qaydada; 94.1.2ci maddəsinə əsasən vurulan digər ziyana görə Azərbaycan Respublikasının mülki qanunvericiliyi ilə müəyyən edilmiş qaydada. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1.-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 21.3.-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu nəticəsində fiziki şəxsin əmlakına vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikası Dövlət Rüsumu haqqında Qanunun 9.1.14-cü maddəsinə əsasən məhkəmələrə verilən iddia ərizələri və bütün növ şikayətlər üzrə - büdcə təşkilatları, bələdiyyələr dövlət rüsumu ödəməkdən azad olunurlar. Belə olan halda İddiaçı büdcə təşkilatı hesab edildiyindən dövlət rüsumu ödəməkdən azad edilmişdir. Sadalananlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh maddi ziyanın əvəzi kimi 1346.03 manat alınaraq İddiaçınə verilməli, 30 manat dövlət rüsumu Cavabdeh alınaraq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh maddi ziyanın əvəzi kimi 1346.03 manat alınaraq İddiaçı hesabına verilsin. 30 manat dövlət rüsumu Cavabdeh alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamənin icrası İddiaçınə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti vermək olar. Hakim İbrahim Fəttahov
Məhkəmə qərarları › İş №2(046)-1134/2020
Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-1134/2020
09.10.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver