Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-115/2022 13.09.2022 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Səmidli Nərmin Yaşar qızının katibliyi ilə, iddiaçı MuğanBank ASC-nin Cavabdeh qarşı kredit borcunun ödənilməsi tələbinə dair mülki işə Göyçay şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı MuğanBank ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 1092.06 ABŞ dolları əsas kredit borcu, 786.64 ABŞ dolları faiz borcu cəmi 1878.70 ABŞ dolları kredit borcunun və 30 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasın xahiş etmişdir. İddiaçı MuğanBank ASC-nin nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək işə onun iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsini xahiş etmişdir. İş üzrə iddiaçı MuğanBank ASC tələbi belə əsaslandırmışdır ki, Cavabdeh ilə MuğanBank ASC arasında xx.xx.2015-ci il tarixdə bağlanmış kredit müqaviləsinə əsasən Cavabdeh illik 29 faiz olmaqla 48 ay müddətinə 1456 ABŞ dolları kredit verilmişdir. Cavabdeh kredit müqaviləsinin şərtlərini pozaraq, borc öhdəliyini tam icra etməmişdir. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh kredit borcunu ödəməmişdir. Cavabdeh banka cəmi 1878.70 ABŞ dolları kredit borcu qalmışdır. Bundan başqa bank ərizə ilə məhkəməyə müraciət edərkən 30 manat dövlət rüsumu ödəmişdir. Buna görə də məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə Cavabdeh məhkəmənin yeri və vaxtı barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məhkəmə bildirişləri vasitəsilə məlumat verilmiş, lakin məhkəmə baxışında iştirak etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda…məhkəmə işə baxmağa haqlıdır. Məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş üzrə təqdim edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəməyə təqdim edilmiş xx.xx.2015-ci il tarixli kredit müqaviləsindən görünür ki, İddiaçı ASC ilə Cavabdeh arasında illik 29 faiz olmaqla 48 ay müddətinə 1456 ABŞ dolları kredit verilməsi barədə müqavilə bağlanmışdır. Cavabdeh bank qarşısında üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmiş, borclu olduğu pulu müqavilə üzrə tərtib edilmiş ödəniş cədvəlində nəzərdə tutulduğu qaydada iddiaçıya qaytarmamışdır. Buna görə də məhkəmə hesab edir ki, iddiaçı kredit borcunu cavabdehdən tələb etməyə haqlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən əgər bu məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Məhkəmə-mühasibatlıq ekspertizasının xx.xx.2022-ci il tarixli 9/1269414 saylı ekspert rəyindən görünür ki, Cavabdeh kredit müqaviləsi üzrə MuğanBank ASC-yə əsas kredit borcu 644.03 ABŞ dolları, faiz borcu isə 54.19 ABŞ dolları təşkil edir. Aparılmış ekspertizanın dəyəri 100 manatdır. Məhkəmə hesab edir ki, iddia təmin edilərkən əsas kredit borcu və faiz borcu ekspertiza rəyində nəzərdə tutulmuş həddə təmin edilməlidir. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman 30 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda məhkəmə hesab edir ki, ödənilmiş 30 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya verilməli, 100 manat ekspertiza xərci iddiaçıya aid edilməlidir. Sadalananlara əsasən məhkəmə hesab edir ki, MuğanBank ASC-nin iddiası qismən təmin edilməli, Cavabdeh 644.03 ABŞ dolları əsas kredit borcu, 54.19 ABŞ dolları faiz borcu olmaqla cəmi 698.22 ABŞ dolları kredit borcunun Azərbaycan manatı ilə məzənnəsi və iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu tutularaq MuğanBank ASC-nə qaytarılmalıdır. İş üzrə 100 manat ekspertiza xərci İddiaçı ASC-dən, alınaraq məhkəmə ekspertiza mərkəzinin VÖEN **********, AZ 34CTRE******************** nömrəli hesabına ödənilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdehdan 644.03 ABŞ dolları əsas kredit borcu, 54.19 ABŞ dolları faiz borcu olmaqla cəmi 698.22 ABŞ dolları kredit borcunun Azərbaycan manatı ilə məzənnəsi və ödənilmiş 30 manat dövlət rüsumu tutularaq İddiaçı ASC-nin hesabına keçirilsin. İş üzrə 100 manat ekspertiza xərci İddiaçı ASC-dən alınaraq məhkəmə ekspertiza mərkəzinin VÖEN **********, AZ 34CTRE******************** nömrəli hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Göyçay rayon məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: İbrahim Fəttahov
Məhkəmə qərarları › İş №2(046)-115/2022
Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-115/2022
13.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver