Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-1154/2020 05.11.2020 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Səmidli Nərmin Yaşar qızının katibliyi və Cavabdeh nümayəndəsi (atası) Nümayəndə iştirakı ilə, alimentin artırılması tələbinə dair mülki işə Göyçay şəhərində xx xxxxxx 2020-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Göyçay Rayon Məhkəməsinin xx xxxx 2016-cı il tarixli 2(046)-935/2016 saylı qətnaməsinə əsasən xx xxxxxx 2014-cü il tarixdə anadan olmuş Hüseynli Ömür Anar oğlunun yetkinlik yaşına çatana kimi saxlanması üçün 100 manat tutulan alimentin miqdarı artırılaraq hər ay 170 manat və xx xxxxxx 2014-cü il tarixdə anadan olmuş Hüseynli Ömür Anar oğlunun müalicə xərci 150 manat pulun hər ay Cavabdeh tutularaq onun xeyrinə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə İddiaçı məhkəməyə teleqram vasitəsi ilə müraciət edərək iddia tələbini müdafiə etdiyini və məhkəmə iclasının onun iştirakı olmadan keçirilərək iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsində tələbini belə əsaslandırmışdır ki, Cavabdeh ilə birgə nikahdan xx xxxxxx 2014-cü il təvəllüdlü Hüseynli Ömür Anar oğlu anadan olmuşdur. Göyçay Rayon Məhkəməsinin xx xxxx 2016-cı il tarixli 2(046)-935/2016 saylı qətnaməsinə əsasən uşağın yetkinlik yaşına çatanadək saxlanması alimentin məbləği 100 manat müəyyən edilmişdir. Ömür böyüdüyündən onun tələbatı artmışdır. Bundan başqa ömür “Beynin inkişafının ləngiməsi” xəstəliyindən əziyyət çəkir. Hər ay atası uşağın müalicəsi üçün 300 manata yaxın pul xərcləyir. Cavabdeh bununla bağlı ona köməklik etmir. Cavabdehin qazancı yüksəkdir. Buna görə də hesab edir ki, alimentin miqdarı artırılmalı hər ay cavabdehdən uşağın yetkinlik yaşına çatmayan uşaqların saxlanması 170 manat və müalicə xərci olan 300 manat pulun yarısı, yəni 150 manatı tutulmalıdır. Buna görə də iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İş üzrə Cavabdeh nümayəndəsi (atası) Nümayəndə iddianı qəbul etməyərək göstərmişdir ki, oğlu hazırda heç bir yerdə işləmir, aylıq gəliri yoxdur. İddiaçının azyaşlı uşağın xəstəliyi və daima müalicəyə ehtiyac olduğuna dair göstərdiklərini tam əsassız hesab edir. Buna görə də iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə cavabdehin nümayəndəsinin izahatını dinləyən, tədqiq edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəməyə təqdim edilmiş Göyçay Rayon Məhkəməsinin xx.xx.2016-ci il tarixli qətnaməsinə əsasən tərəflərin birgə nikahından xx.xx.2014-cü il tarixdə anadan olmuş Hüseynli Ömür Anar oğlunun yetkinlik yaşına çatanadək saxlanması üçün 100 manat məbləğində aliment Cavabdeh tutularaq iddiaçı Hüseynova (Qaçayeva) Günel Faiq qızına verilməsi qət edilmişdir. Hazırda İddiaçı azyaşlı Ömürün saxlanması üçün ödənilən alimentin uşağın tələbatlarını ödəyə bilmədiyini, eləcə də azyaşlı Ömürün müalicəyə ehtiyacı olduğunu əsas tutaraq, Cavabdeh tutulan alimentin məbləğinin artırılaraq 170 manat müəyyən edilməsini və cavabdehdən azyaşlı Ömürün müalicəsi üçün hər ay 150 manat məbləğində pulun tutularaq ona verilməsini xahiş edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideyinin qazancı qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın hamısının və ya bir hissəsinin həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin qazancından müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən alimentin miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. Həmin Məcəllənin 78.2.-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Bronda İtaliyaya qarşı” işi üzrə qərarda göstərilmişdir ki, hər bir işdə uşağın mənafeyinə uyğun olan vəziyyəti daha dəqiq müəyyən etmək lazımdır. Məhkəmə sabit pul məbləğində cavabdehdən tutulacaq alimentin miqdarını müəyyən edən zaman uşağın mənafeyini iddiaçının əmlak vəziyyətini və digər diqqətəlayiq halları nəzərə alır. X1 Uşaq Hüquqları haqqında Konvensiyasının 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsədə məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Həmin konvensiyanın 27-ci maddəsinin 2 bəndinə əsasən valideynlər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. Məhkəmə baxışı zamanı bir uşağın saxlanması üçün Cavabdeh tutulan alimentin miqdarının artırılaraq hər ay 170 manat məbləğində müəyyən edilməsinə və azyaşlı Ömürün davamlı müalicəyə ehtiyacı olduğuna və onun müalicəsi üçün cavabdehdən hər ay 150 manat məbləğində pulun tutularaq iddiaçıya verilməsinə əsas verə bilən heç bir mötəbər sübut müəyyən edilməmişdir. Buna görə də məhkəmə hesab edir ki, iddia alimentin artırılması tələbinə dair hissədə qismən, müalicə xərcinə dair hissədə rədd edilməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. «Mahmudov Rusiyaya qarşı» iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biri-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§ 68). Yuxarıda sadalananlara əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, azyaşlı Ömürün yetkinlik yaşına çatana qədər saxlanılması üçün İddiaçı xeyrinə Cavabdeh tutulan alimentin miqdarı qətnamə qanunu qüvvəyə mindiyi tarixdən artırılaraq hər ay 150 manat sabit pul məbləğində müəyyən edilməsi məqsədə müvafiq hesab edilməli, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 112.1.3-cü və Dövlət rüsumu haqqında qanunun 8.1-ci maddəsinə əsasən Cavabdeh illik alimentin məcmusu ilə artırılan hissəyə nisbətdə dövlət rüsumu tutulmalıdır. Şərh olunanları nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216, 220, 227, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh Göyçay Rayon Məhkəməsinin xx.xx.2016-ci il tarixli qətnaməsinə əsasən xx.xx.2014-cü il tarixdə anadan olmuş Hüseynli Ömür Anar oğlunun yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 100 manat məbləğində tutulan alimentin miqdarı artırılaraq hər ay 150 manat sabit pul məbləğində müəyyən edilsin. Cavabdeh xx.xx.2014-cü il tarixdə anadan olmuş Hüseynli Ömür Anar oğlunun yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 150 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı xeyrinə verilsin. Aliment qətnamə qanuni qüvvəyə mindiyi tarixdən etibarən tutulsun. İddia qalan hissədə təmin edilməsin. Cavabdeh 30 manat məbləğində rüsum alınaraq dövlət büdcəsinə keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti vermək olar. Hakim: İbrahim Fəttahov.
Məhkəmə qərarları › İş №2(046)-1154/2020
Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-1154/2020
05.11.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver