Azərbaycan Respublikası adından QƏRARDAD Göyçay rayonu İş № 2(046)-1159/2021 23.04.2021 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlu, iddiaçı “xxxx” MMC-nin Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsinə baxaraq MÜƏYYƏN ETDİ : İddiaçı “xxxx” MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 2160 manat əsas, 175.91 manat cərimə borcu olmaqla, cəmi 2335.91 manat borcun Cavabdeh alınar ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Aşağıda göstərilənlərə əsasən iddiaçı “xxxx” MMC-nin iddia ərizəsi və əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, iddiaçı “xxxx” MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən dövlət rüsumunu Göyçay Rayon Məhkəməsinin hesabına ödəməli olduğu halda, Göygöl Rayon Məhkəməsinin hesabına köçürmüşdür. Azərbaycan Respublikası MPM-nin 149.2.5-ci və 152.1.5-ci maddələrinə görə iddia ərizəsinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə edilmədikdə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 152, 263, 264, 268ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRAR VERDİ : İddiaçı “xxxx” MMC-nin Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya dövlət rüsumunun müəyyən edilmiş qaydada Göyçay Rayon Məhkəməsinə ödənilməsi izah edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətinə Göyçay Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim İbrahim Fəttahov
Məhkəmə qərarları › İş №2(046)-1159/2021
Göyçay Rayon Məhkəməsi Qərardad — İş №2(046)-1159/2021
23.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver