Məhkəmə qərarları › İş №2(046)-1163/2021

Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-1163/2021

29.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-1163/2021 29.09.2021 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Səmidli Nərmin Yaşar qızının katibliyi, Cavabdeh1 iştirakı ilə, iddiaçı Finca Azerbaijan MM QBKT-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit borcunun ödənilməsi tələbinə dair mülki işə Göyçay şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Finca Azerbaijan MM QBKT iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 2451 manat əsas borcu, 422 fazi borcu və 26.68 manat borc olmaqla, cəmi 2907.68 manat kredit borcunun və 30 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Finca Azerbaijan MM QBKT-nin nümayəndəsi məhkəməyə teleqram vasitəsi ilə müraciət edərək iddianı müdafiə etdiyini və məhkəmə baxışının iştirakı olmadan keçirilməsini xahiş etmişdir. İş üzrə iddiaçı Finca Azerbaijan MM QBKT -nin nümayəndəsi tələbi belə əsaslandırmışdır ki, 17.04.2015-ci il tarixdə Finca Azerbaijan MM QBKT ilə Cavabdeh1 illik 32 faiz olmaqla 18 ay müddətinə 3000 manat məbləğində kredit verilmişdir. Cavabdeh1 verilmiş kreditin təminatı kimi Cavabdeh2 ilə Finca Azerbaijan MM QBKT arasında zaminlik müqaviləsi bağlanmışdır. Bundan sonra 17.04.2015-ci il tarixli kredit müqaviləsi 13.11.2015-ci il tarixli sazişə əsasən restrukturizasiya olunmuş, öhdəliyin icrası 2451 manat, kredit müqaviləsinin müddəti isə 25 ay müəyyən edilmişdir. Cavabdehlərə dəfələrlə yazılı xəbərdarlıq edilməsinə baxmayaraq borc öhdəliyini tam yerinə yetirməmişdir. Cavabdeh1 banka cəmi 2907.68 manat kredit borcu qalmışdır. Bundan başqa bank ərizə ilə məhkəməyə müraciət edərkən 30 manat dövlət rüsumu ödəmişdir. Buna görə də məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə Cavabdeh1 iddia müddətinin tətbiqi barədə ərizə təqdim edərək Finca Azerbaijan MM QBKT ona qarşı kredit müqaviləsi üzrə ümumilikdə 2907.68 manat kredit borcunun qaytarılması tələbi üzrə müddət bitdiyindən, tələbin rədd edilməsini xahiş etmişdir. İş üzrə cavabdehon izahatını dinləyən, təqdim edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia tələbi rədd edilməlidir. Məhkəməyə təqdim edilmiş 17.04.2015-ci il tarixli kredit müqaviləsindən görünür ki, Finca Azerbaijan MM QBKT ilə Cavabdeh1 arasında illik 32 faiz olmaqla 18 ay müddətinə 3000 manat kredit verilməsi barədə müqavilə bağlanmışdır. Məhkəməyə təqdim edilmiş 17.04.2015-ci il tarixli zaminlik müqaviləsindən görünür ki, Cavabdeh2 ilə Finca Azerbaijan MM QBKT arasında zaminlik müqaviləsi bağlanmış, zamin kredit alan Cavabdeh1 borc məbləğinə görə Finca Azerbaijan MM QBKT arşısında öhdəlik götürmüşdür. Məhkəməyə təqdim edilmiş 13.11.2015-ci il tarixli sazişdən görünür ki, kredit müqaviləsinin müddəti 10.12.2017-ci il tarixədək uzadılmışdır. E-məhkəmə sistemi çıxarışından görünür ki, Cavabdeh2 02.02.2016-cı il tarixdə vəfat etmişdir. Məhkəmə hesab edir ki, kredit müqaviləsinin qüvvədə olma tarixi 10.12.2017-ci il olduğu əsas götürülərsə, iddia tələbi üzrə qanunda nəzərdə tutulmuş 3 illik iddia müddəti buraxılmış hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.3-cü maddəsinə əsasən vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. Həmin Məcəllənin 377.2-ci maddəsinə əsasən icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Tərəflər arasında bağlanmış kredit müqaviləsi 10.12.2017-cı il tarixədək qüvvədə olmuşdur. İddiaçı tərəf isə 15.01.2021-ci il tarixdə məhkəmədə iddia qaldırmışdır. Bu da üç illik iddia müddətinin iddiaçı tərəfindən buraxılmasına dəlalət edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2.-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Həmin Məcəllənin 376-cı maddəsinə əsasən əsas tələb üzrə iddia müddəti keçdikdə əlavə tələblər (girov, dəbbə pulu, saxlama, zaminlik, beh) üzrə də iddia müddəti keçir. Sadalananlara əsasən məhkəmə hesab edir ki, iddia rədd edilməli, iddiaçı Finca Azerbaijan MM QBKT-nin Cavabdeh1 2901.68 manat kredit borcunun və 30 manat məbləğində dövlət rüsumunun tutulması barədə tələbi təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia rədd edilsin. İddiaçı Finca Azerbaijan MM QBKT-nin Cavabdeh1 ümumilikdə 2901.68 manat kredit borcunun və 30 manat məbləğində dövlət rüsumunun tutulması barədə tələbi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim İbrahim Fəttahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar