Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-1167/2021 29.07.2021 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədirliyi, Səmidli Nərmin Yaşar qızının katibliyi, İddiaçı iştirakı ilə, Cavabdeh qarşı pul tələbinə dair mülki işə Göyçay şəhərində 29 iyul 2021-cı il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 6330 manat məbləğində pulun alınaraq onun xeyrinə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə iddiaçı qismində izahat vermiş İddiaçı iddianı müdafiə edərək tələbi belə əsaslandırmışdır ki, 2020-ci ilin oktyabr ayında Cavabdeh, X4 və X1 Göyçay rayonu Çərəkə kəndi ərazisindən xurma meyvəsi alaraq onlara verməyi ilə bağlı razılaşmış, ümumilikdə 31 nəfər kənd sakinindən 19500 manat dəyərində meyvə alaraq cavabdehə vermişdir. Meyvənin pulunu nəğd şəkildə verəcəyini bildirsə də meyvə yük maşınına yığılandan sonra Cavabdeh malın pulunu 3-4 günə verəcəklərini bildirmişdir. Əvvəl razılaşmamış sonradan cavabdehin çoxsaylı xahişindən sonra xurmaları nisyə olaraq Cavabdeh vermişdir. 2-3 ay keçməsinə baxmayaraq Cavabdeh borclu olduğu 6330 manat pulu qaytarmamışdır. Kənd sakinlərindən xurmanı yığdığı üçün sakinlər pulunu ondan tələb edirlər. Kənd sakini şəhid atası X2 19500 manat borc alaraq xurma aldığı şəxslərin pulunu qaytarmışdır. Həmin vaxtdan dəfələrlə Cavabdeh ona borclu olduğu pulu tələb etsə də müxtəlif bəhanələrlə pulu qaytarmamışdır. 24.02.2021-ci il tarixdə Göyçay rayon PŞ-nə ərizə ilə müraciət etmiş, cavabdeh polis şöbəsində izahat vermişdir. Göyçay rayon PŞ-nin TB-nin Cavabdeh barəsində 06.03.2021-ci il tarixdə Cinayət işinin başlanlmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Polis şöbəsində izahat verən cavabdeh ona borclu olduğu 6330 manatı etiraf etmişdir.Buna görə də cavabdehdən 6330 manat məbləğində pulun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə Cavabdeh məhkəmənin yeri və vaxtı barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məhkəmə bildirişləri vasitsəi ilə məlumat verilmiş, cavabdeh məhkəmə bildirişinə imza etməklə almış, lakin cavabdeh məhkəmə baxışında iştirak etməmişdir. İddiaçı işə qiyabi icraat qaydasında baxılmasını xahiş etmişdir. Məhkəmə işə qiyabi icraat qaydasında baxılması barədə qərardad qəbul etmişdir. İş üzrə iddiaçini dinləyən və tədqiq edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Məhkəməyə təqdim edilmiş Cinayət işinin başlanmasının rədd edilməsi haqqında 06.03.2021-ci il tarixli qərardan görünür ki, Cavabdeh izahat verərək göstərmişdir ki, 2020-ci ilin noyabr ayında şərikləri X3 və X5 ilə birlikdə İddiaçı ilə əlaqə saxlayaraq Göyçay rayonu Çərəcə kəndində xurma meyvəsini yığmasını və onların gəlib ondan götürməyini bildirmişdirlər. Sonradan Cavabdeh ona zəng edərək meyvənin hazır olduğunu və gəlib onu aparmaqlarını bildirmişdir. Şərikləri ilə birlikdə Göyçay rayonu Çərəkə kəndinə getdiyini və meyvələri maşınlara yükləyərək apardğını bildirmişdir. Meyvənin pulu verilməsi isə meyvə satıldıqdan sonra pulun veriləcəyinə razılaşma olduğunu bildirmişdir. 19.500 manat dəyərində meyvəni yüklədikdən sonra maşınları Rusiya Federasiyasına göndərdiklərini lakin orada meyvənin qiymətinin aşağı düşməsi səbəbindən onların həmin meyvələrin satışında ziyan etdiklərindən meyvənin pulu qaytara bilmədiklərini bildirmişdir. Bundan sonra onlar birlikdə Ariflə görüşmüş və ona məsələni izah etdiklərini, ona çataçaq pulu ödəyəcəklərini bildirmişlər. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, İddiaçı 2020-ci ilin oktyabr ayında Cavabdeh 6330 manat dəyərində nisyə xurma meyvəsi satmış, cavabdeh isə həmin pulu qaytarmamışdır. Hazırda iddiaçı 6330 manat pulu cavabdehdən tələb edir. Məhkəmə hesab edir ki, iddiaçının iddası əsaslıdır. Azərbaycan Respublikası MM-nin 600.1-cü maddəsinə əsasən alqı-satqı müqaviləsindən əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərədə tutulan müddətdə, müqavilədə belə müddət nəzərədə tutulmadıqda isə bu məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyat keçirilməlidir. Həmin Məcəllənin 427.1.-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər. Həmin Məcəllənin 427.2.-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. Həmin Məcəllənin 427.3.-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə əsasən pul vəsaitləri də mülkiyyət hesab olunduğundan həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, dövlət rüsumu olan 30 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya verilməlidir. Sadalananlara əsasən məhkəmə hesab edir ki, İddiaçı tələbi təmin edilməli, Cavabdeh 6330 manat alınaraq İddiaçı verilməlidir. Şərh olununlara və Azərbaycan Respublikası MPM-nin 216-220, 238-241, 252-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qət e td i: İddia təmin edilsin. Cavabdeh 6330 manat pul və 30 manat dövlət rüsumu alınaraq İddiaçı verilsin. Cavabdeh qiyabi qətnamənin rəsmi qaydada verilməsindən sonra 10 gün müddətində həmin qətnamənin ləğvi üçün Göyçay rayon məhkəməsinə ərizə verilə bilər. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Göyçay rayon məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya məhkəməsinə şikayət vermək olar. Hakim: İbrahim Fəttahov.
Məhkəmə qərarları › İş №2(046)-1167/2021
Göyçay Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(046)-1167/2021
29.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver