Məhkəmə qərarları › İş №2(046)-1179/2021

Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-1179/2021

29.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-1179/2021 29.07.2021 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Səmidli Nərmin Yaşar qızının katibliyi, iddiaçı FİNCA Azərbaycan MM QBKT-nın nümayəndəsi Nümayəndə iştirakı ilə, iddiaçı FİNCA Azərbaycan MM QBKT-nın Cavabdeh qarşı kredit borcunun ödənilməsi tələbinə dair mülki işə Göyçay şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: FİNCA Azərbaycan MM QBKT ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1512 ABŞ dolları əsas kredit borcu, 297.72 ABŞ dolları faiz borcu, 71.39 ABŞ dolları olmaqla, cəmi 1881.11 ABŞ dolları kredit borcunun və 30 manat dövlət rüsumunun FİNCA Azərbaycan MM QBKT-nin xeyrinə tutulması barədə əmr çıxarılmasını xahiş etmişdir. FİNCA Azərbaycan MM QBKT-nin nümayəndəsi Nümayəndə ərizəni belə əsaslandırmışdır ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış 16.06.2016-cı il tarixli, **********1329 saylı kredit müqaviləsinə əsasən şəxsə biznes məqsədləri və həyat səviyyəsinin yaxşılaşdırılması üçün illik 25.00 % faiz dərəcəsi olmaqla 24 ay müddətinə 2000 ABŞ dolları məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsinə Əlavə hesab edilən ödəniş cədvəlinə əsasən borclunun hər ay 108 ABŞ dolları olmaqla bərabər hissələrdə ödəniş etməsi razılaşdırılmışdır. Tərəflər arasında bağlanmış kredit müqavilələrinə görə kreditin faktiki istifadə edilmiş məbləğinə hesablanmış faizlərin və əsas borc məbləğinin ödənilməsi borcalan tərəfindən nəzərdə tutulmuşdur. Lakin, cavabdeh, Cavabdeh üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. Beləliklə, 11.03.2021-ci il tarixinə olan Maliyyə arayışına əsasən Cavabdeh borc məbləği əsas borc üzrə 1512.00 ABŞ dolları əsas, faiz borcu üzrə 297.72 ABŞ dolları, cərimə borcuna görə 71.39 ABŞ dolları olmaqla cəmi 1881.11 ABŞ dolları təşkil edir. Kredit borcunun qaytarılması barədə cavabdehə dəfələrlə şifahi və yazılı xəbərdarlıq edilməsinə baxmayaraq, borclu tərəfindən borc məbləği banka qaytarılmamışdır. İş üzrə Cavabdeh məhkəmə bildirişləri vasitəsi ilə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda…məhkəmə işə baxmağa haqlıdır. Məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş üzrə iddiaçının izahatını dinləyən, təqdim edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəməyə təqdim edilmiş FİNCA Azərbaycan MM QBKT ilə Cavabdeh arasında bağlanmış 16.06.2016-cı il tarixli kredit müqaviləsindən görünür ki, Cavabdeh illik 25 faiz olmaqla 24 ay müddətinə 2000 ABŞ dolları məbləğində kredit verilmişdir. Məhkəməyə təqdim edilmiş 11.03.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh şirkətə 1512 ABŞ dolları əsas kredit borcu, 297.72 ABŞ dolları faiz borcu, 71.39 ABŞ dolları olmaqla, cəmi 1881.11 ABŞ dolları borcu qalmışdır. Təqdim edilmiş sübutlarla müəyyən edilir ki, Cavabdeh ilə FİNCA Azərbaycan MM QBKT arasında 16.06.2016-cı il tarixdə kredit müqaviləsi bağlanmış və Cavabdeh 24 ay müddətinə illik 25 faiz ödəməklə 2000 ABŞ dolları məbləğində kredit verilmişdir. Cavabdeh müqavilə üzrə üzərinə düşən öhdəlikləri vaxtında və lazımi qaydada yerinə yetirməmiş, öhdəliyin icrasından yayınmışdır. Hazırda iddiaçı cavabdehlərdən 1512 ABŞ dolları əsas, 297.72 ABŞ dolları faiz, cəmi 1881.11 ABŞ dolları kredit borcu tələb edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Məhkəmə hesab edir ki, iddiaçı FİNCA Azərbaycan MM QBKT-nın cavabdehdən 71.39 ABŞ dolları məbləğində cərimə tələbi tənasübsüz surətdə yüksəkdir. Buna görə də məhkəmə tərəflərin mənafeylərini nəzərə alaraq cərimənin tənasübsüz surətdə yüksək hesab edir və həmin cərimənin 1.39 manat məbləğində müəyyən edilməsini qanuna uyğun hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Təqdim edilmiş ödəniş qəbzindən görünür ki, iddiaçı məhkəməyə müraciət etdiyi zaman 30 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Sadalananlara əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehlər Cavabdeh 1512 ABŞ dolları əsas kredit borcu, 297.72 ABŞ dolları faiz borcu, 1.39 ABŞ dolları olmaqla, cəmi 1881.11 ABŞ dolları kredit borcu Azərbaycan manatı ilə məzənnəsi və 30 manat ödənilmiş dövlət rüsumu tutularaq FİNCA Azərbaycan MM QBKTnin xeyrinə ödənilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh 1512 ABŞ dolları əsas kredit borcu, 297.72 ABŞ dolları faiz borcu, 1.39 ABŞ dolları olmaqla, cəmi 1811.11 ABŞ dolları kredit borcunun Azərbaycan manatı ilə məzənnəsi və 30 manat dövlət rüsumu tutularaq FİNCA Azərbaycan MM QBKT-na ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Göyçay Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: İbrahim Fəttahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar