Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-1185/2021 29.09.2021 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Səmidli Nərmin Yaşar qızının katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı borcun qaytarılması tələbinə dair mülki işə Göyçay şəhərində 29 sentyabr 2021-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh Cavabdeh 3524.4 manat məbləğində borcun və 30 manat dövlət rüsumu olmaqla, cəmi 3554.24 manat borcun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı MMC-nin nümayəndəsi məhkəməyə teleqram vasitəsi ilə müraciət edərək işə onun iştirakı olmadan baxılmasını, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı MMC iddia ərizəsində tələbi belə əsaslandırmışdır ki, Cavabdeh ilə aralarında 25.06.2019-cu il, 30.10.2019-cu il, 06.12.2019-cu il, 29.12.2019-cu il, 02.01.2020-ci il, 08.03.2020-ci və 08.03.2020-ci il tarixli alqı-satqı müqavilələrinə əsasən cavabdehin 3524.4 manat borcu yaranmışdır. Cavabdeh müqavilələrin şərtlərini pozmuş, belə ki, 25.06.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 909 manat (9 ay x 101 manat + 0 manat ilkin ödəniş) olan HOFFMANN LED TV üçün ümumilikdə 57 manat əsas borc, 30.10.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 414 manat (6 ay x 69 manat 0 manat ilkin ödəniş) Xiaomi Redmi 8 markalı telefon üçün ümumilikdə, 138 manat əsas borc, 41 manat dəbbə pulu, 06.12.2019-cu il tarixli müqaviləsinə əsasən, alqısatqı qiyməti 1100 manat (12 ay x 41 manat + 608 manat ilkin ödəniş) X3 üçün 410 manat əsas borc, 123 manat dəbbə pulu, 29.12.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 650.4 manat (12 ay x 54.2 manat + 0 manat ilkin ödəniş) HP kompüter, X2 üçün ümumilikdə, 17 manat əsas borc, 02.01.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1704.6 manat (18 ay x 87.7 manat + 126 manat ilkin ödəniş) X3 və Dell İnspiron komputer üçün ümumilikdə 1490.6 manat əsas borc, 313 manat dəbbə pulu, 08.03.2020ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 739.8 manat (18 ay x 41.1 manat + 0 manat ilkin ödəniş) Xiomi Mi A3 markalı telefon və X1 çanta üçün ümumilikdə, 739.8 manat əsas borc, 135 manat dəbbə pulu və 08.03.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 60 manat (3 ay x 20 manat + 0 manat ilkin ödəniş) malın istehlak xassesının pozulmasına görə tutulan məbləğ üçün ümumilikdə, 60 manat əsas borc yaranmışdır. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh qalan borcunu ödəməmişdir. Buna görə də məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə cavabdehə məhkəmənin yeri və vaxtı barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məhkəmə bildirişləri vasitəsilə məlumat verilmiş, lakin cavabdeh məhkəmə baxışında iştirak etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda…məhkəmə işə baxmağa haqlıdır. Məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş üzrə tədqiq edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəməyə təqdim edilmiş İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 25.06.2019-cu il tarixli müqavilədən görünür ki, Cavabdeh 9 ay müddətinə dəyəri 909 manat olan HOFFMANN LED TV satılmışdır. Məhkəməyə təqdim edilmiş İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 30.10.2019-cu il tarixli müqavilədən görünür ki, Cavabdeh 6 ay müddətinə dəyəri 414 manat olan Xiaomi Redmi 8 markalı telefon satılmışdır. Məhkəməyə təqdim edilmiş İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 06.12.2019-cu il tarixli müqavilədən görünür ki, Cavabdeh 12 ay müddətinə dəyəri 1100 manat olan X3 satılmışdır. Məhkəməyə təqdim edilmiş İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 29.12.2019-cu il tarixli müqavilədən görünür ki, Cavabdeh 12 ay müddətinə dəyəri 650.4 manat olan HP kompüter, X2 satılmışdır. Məhkəməyə təqdim edilmiş İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 02.01.2020-ci il tarixli müqavilədən görünür ki, Cavabdeh 18 ay müddətinə dəyəri 1704.6 manat olan X3 və Dell İnspiron komputer satılmışdır. Məhkəməyə təqdim edilmiş İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 08.03.2020-ci il tarixli müqavilədən görünür ki, Cavabdeh 18 ay müddətinə dəyəri 739.8 manat olan Xiomi Mi A3 markalı telefon və X1 çanta satılmışdır. Məhkəməyə təqdim edilmiş İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 08.03.2020-ci il tarixli müqavilədən görünür ki, Cavabdeh ilə malın istehlak xassesının pozulmasına görə tutulan məbləğlə bağlı müqavilə bağlanmışdır. Məhkəməyə təqdim edilmiş 14.02.2020-ci tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, 25.06.2019-cu,30.10.2019-cu, 06.12.2019-cu, 29.12.2019-cu, 02.01.2020, 08.03.2020 və 08.03.2020-ci il tarixli müqavilələrə əsasən Cavabdeh iddiaçıya 3524.4 manat əsas borcu qalmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Məhkəmə hesab edir ki, İddiaçı MMC-nin cavabdehdən 30.10.2019-cu il tarixli müqavilə üzrə 41 manat, 06.12.2019-cu il tarixli müqavilə üzrə 123 manat, 02.01.2020-ci il tarixli müqavilə üzrə 313 manat və 08.03.2020-ci il tarixli müqavilə üzrə 135 manat dəbbə pulu tələbi tənasübsüz surətdə yüksəkdir. Buna görə də məhkəmə tərəflərin mənafeylərini nəzərə alaraq dəbbə pulunun tənasübsüz surətdə yüksək hesab edir və həmin dəbbə pulunun ümumilikdə 38 manat məbləğində müəyyən edilməsini qanuna uyğun hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Sadalananlara əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh əsas borc üzrə 2912.4 manat borc, 38 manat cərimə borcu və 30 manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı MMC-nə qaytarılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh 2912.4 manat əsas borc, 38 manat cərimə borcu və ödənilmiş 30 manat dövlət rüsumu cəmi 2950.4 manat tutularaq İddiaçı MMC-nin hesabına keçirilsin. Qətnamənin icrası Cavabdeh yaşadığı ərazi üzrə Göyçay rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: İbrahim Fəttahov.
Məhkəmə qərarları › İş №2(046)-1185/2021
Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-1185/2021
29.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver