Məhkəmə qərarları › İş №2(046)-1187/2022

Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-1187/2022

05.12.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-1187/2022 05.12.2022 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Səmidli Nərmin Yaşar qızının katibliyi, İddiaçı İB-nin nümayəndəsi X2 iştirakı ilə, Cavabdeh qarşı ziyan tələbinə dair mülki işə Göyçay şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDI: İddiaçı İB iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 462.30 manat dəymiş ziyanın ödənilmiş 20 manat dövlət rüsumu və 0.40 manat xidmət haqqı alınaraq iddiaçının hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə İddiaçı İB-nin nümayəndəsi X3 iddianı müdafiə edərək tələbi belə əsaslandırmışdır ki, Göyçay rayonu Ləkçıplaq kəndində yaşayan Cavabdeh 27 yanvar 2020-ci il tarixində, saat 20:00 radələrində idarə etdiyi “VAZ-21063” markalı, **-BL-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Göyçay rayonun Ləkçıplaq kəndi ərazisində hərəkətdə olarkən idarəetməni itirərək yol nəqliyyat hadisəsi törətmişdir. Yol-nəqliyyat hadisəsi zamanı avtomobil İddiaçı İB- nin X5 İstismar İdarəsinin Göyçay Xidmət Sahəsinin balansında və istismarında olan D-159 mm-lik orta təzyiqli qaz kəmərinə çırpılaraq qaz kəmərin qaynaq yerindən qırmışdır. Qaz kəmərinin qırılması nəticəsində qaz itkisi baş vermişdir. Baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində vurulmuş ziyanın hesablanması zamanı ‘Azəriqaz” İstehsalat Birliyinə ümumilkdə 462.30 (dörd yüz altmış iki) manat 30 qəpik məbləğində ziyan dəydiyi müəyyən edilmişdir. Baş vermiş hadisənin araşdırılması, İddiaçınə dəymiş ziyanın ödənilməsinə köməklik göstərilməsi üçün xx.xx.2021 -ci il tarixli, 01OB-13HŞ-226 nömrəli məktubla Göyçay rayon Polis şöbəsinə müraciət edilmiş, Göyçay rayon Polis şöbəsindən daxil olmuş xx.xx.2021-ci il tarixli,196-5075-1221 nömrəli məktubla baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı tərtib edilmiş inzibati protokol və qərar təqdim edilmişdir. Bundan başqa 09 mart 2021-ci il tarixdə İddiaçı Ağsu RQİİ-nə dəymiş ziyanın ödənilməsi üçün Cavabdeh da xəbərdarlıq edilməsinə baxmayaraq, keçən müddət ərzində Cavabdeh tərəfindən heç bir ödəniş edilməmiş, dəymiş ziyanın ödənilməsi istiqamətində heç bir əməli addım atılmamışdır.. Buna görə də tələbinin təmin edilməsin xahiş etmişdir. İş üzrə Cavabdeh məhkəmənin yeri və vaxtı barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məhkəmə bildirişləri vasitəsilə məlumat verilmiş, lakin üzrlü səbəb olmadan məhkəmə baxışında iştirak etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda…məhkəmə işə baxmağa haqlıdır. Məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş üzrə iddiaçının izahatını dinləyən, tədqiq edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə təqdim edilmiş xx.xx.2021-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, Cavabdeh xx.xx.2020-ci il tarixində, saat 20:00 radələrində idarə etdiyi “VAZ-21063” markalı, **-BL-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Göyçay rayonu Ləkçıplaq kəndində hərəkətdə olarkən idarəetməni itirərək yol nəqliyyat hadisəsi törətmişdir. Yol-nəqliyyat hadisəsi zamanı "Azəriqaz” İB-nin X5 İstismar İdarəsinin Göyçay Xidmət Sahəsinə maddi ziyan dəymişdir. Məhkəməyə təqdim edilmiş qaz itkisinin hesabatıdan görünür ki, Cavabdeh törətdiyi yol nəqliyyat hadisəsi zamanı "Azəriqaz” İB-nin X5 İstismar İdarəsinin Göyçay Xidmət Sahəsinə ümumilikdə 462.30 manat maddi ziyan dəymişdir. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, Cavabdeh xx.xx.2020-ci il tarixində, saat 20:00 radələrində idarə etdiyi “VAZ-21063” markalı, **-BL-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Göyçay rayonu Ləkçıplaq kəndində hərəkətdə olarkən idarəetməni itirərək yol nəqliyyat hadisəsi törətmişdir. Həmin yol nəqliyyat hadisəsi zamanı "Azəriqaz” İB-nin X5 İstismar İdarəsinin Göyçay Xidmət Sahəsinin balansında və istismarda olan d-159-mm-lik qaz xəttinin yol keçid hissəsi iki yerdən qırılmış, nəticədə qaz itkisi baş vermişdir. Hazırda iddiaçı həmin maddi ziyanın əvəzi kimi cavabdehlərdən 462.30 manat tələb edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1.-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 21.3.-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu nəticəsində fiziki şəxsin əmlakına vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir. Təqdim edilmiş qəbzdən görünür ki, İddiaçı İB məhkəməyə müraciət edərkən 20 manat dövlət rüsumu pul ödəmişdir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, iddiaçı tərəfindən ödənilmiş 20 manat dövlət rüsumu və 0.40 manat xidmət haqqı cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Sadalananlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh maddi ziyanın əvəzi kimi 462.30 manat, 20 manat dövlət rüsumu və 0.40 manat xidmət haqqı alınaraq İddiaçı İB-na verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh maddi ziyanın əvəzi kimi 462.30 manat, 20 manat dövlət rüsumu və 0.40 manat xidmət haqqı alınaraq İddiaçı İB-na verilsin. Qətnamənin icrası Göyçay rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti vermək olar. Hakim İbrahim Fəttahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar