Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-12/2024 22.02.2024 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Məmmədova Fidan Şöhrət qızının katibliyi, Cavabdeh2 iştirakı ilə, iddiaçı BOKT "xxxx" MMC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit borcunun ödənilməsi tələbinə dair mülki işə Göyçay şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: BOKT "xxxx" MMC ərizə ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 791.49 ABŞ dolları kredit borcunun və 30 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Göyçay rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadına əsasən iddiaçı BOKT "xxxx" MMC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit borcunun ödənilməsi tələbinə dair mülki iş üzrə icraat Cavabdeh1 hüquqi varisi müəyyən edilənədək dayandırılmışdır. Göyçay rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadına əsasən iddiaçı BOKT "xxxx" MMC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit borcunun ödənilməsi tələbinə dair mülki işə Cavabdeh1 vəfat etməsi ilə əlaqədar olaraq hüquqi varisi müəyyən edilmədiyindən ona qarşı qaldırılan hissədə xitam verilmişdir. İddiaçı BOKT "xxxx" MMC-nin nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə iclasının iştirakı olmadan keçirilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. İş üzrə iddiaçı BOKT "xxxx" MMC tələbi belə əsaslandırmışdır ki, Cavabdeh1 ilə VijnFondAzərKredit BOKT MMC arasında xx.xx.2016-cı il tarixdə bağlanmış kredit müqaviləsinə əsasən Cavabdeh1 aylıq 3.74 faiz olmaqla, 48 ay müddətinə 1615 ABŞ dolları kredit verilmişdir. Kredit müqaviləsinin təminatı kimi Cavabdeh2 ilə VijnFondAzərKredit BOKT MMC arasında xx.xx.2016-cı il tarixdə zaminlik müqaviləsi bağlanmışdır. Cavabdeh1 qızı kredit müqaviləsinin şərtlərini pozaraq, borc öhdəliyini tam icra etməmişdir. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh kredit borcunu ödəməmişdir. Cavabdeh1 banka cəmi 791.49 ABŞ dolları kredit borcu qalmışdır. Bundan başqa bank ərizə ilə məhkəməyə müraciət edərkən 30 manat dövlət rüsumu ödəmişdir. Buna görə də iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh2 iddianı qəbul etməyərək göstərmişdir ki, Cavabdeh1 ilə VijnFondAzərKredit BOKT MMC arasında bağlanmış kredit müqaviləsinin təminatı kimi onun kredit təşkilatı arasında zaminlik müqaviləsi bağlanmışdır. Cavabdeh1 2018-ci ildə vəfat etmişdir. Vəfat etdikdən ailə üzvlərinə kredit borcunun ödənilməsi ilə bağlı dəfələrlə bildirmişdir. Buna görə də iddianın rədd edilməsini xahiş edir. İş üzrə cavabdehi dinləyən, təqdim edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəməyə təqdim edilmiş xx.xx.2016-cı il tarixli kredit müqaviləsindən görünür ki, "xxxx" BOKT MMC ilə Cavabdeh1 arasında aylıq 3.74 faiz olmaqla 48 ay müddətinə 1615 ABŞ dolları kredit verilməsi barədə müqavilə bağlanmışdır. Məhkəməyə təqdim edilmiş xx.xx.2016-cı il tarixli zaminlik müqaviləsindən görünür ki, Cavabdeh2 ilə "xxxx" BOKT MMC arasında zaminlik müqavilələri bağlanmış, Cavabdeh2 kredit alan Cavabdeh1 borc məbləğinə görə "xxxx" BOKT MMC qarşısında öhdəlik götürmüşdür. Təqdim edilmiş sübutlardan görünür ki, Cavabdeh1 ilə "xxxx" BOKT MMC arasında xx.xx.2016-cı il tarixdə bağlanmış kredit müqaviləsinə əsasən Cavabdeh1 aylıq 3.84 faiz olmaqla 48 ay müddətinə 1615 ABŞ dolları kredit verilmişdir. Kredit müqaviləsinin təminatı kimi Cavabdeh2 ilə "xxxx" BOKT MMC arasında xx.xx.2016-cı il tarixdə zaminlik müqaviləsi bağlanmışdır. Cavabdeh1 bank qarşısında üzərinə götürdüyü öhdəlikləri icra etmədiyi üçün iddiaçı BOKT "xxxx" MMC-nin ona və Cavabdeh2 qarşı kredit borcunun ödənilməsi tələbi ilə xx.xx.2020-ci il tarixdə Göyçay rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir. Cavabdeh1 xx.xx.2018-ci il tarixdə vəfat etmişdir. Göyçay rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadına əsasən iddiaçı BOKT "xxxx" MMC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit borcunun ödənilməsi tələbinə dair mülki iş üzrə icraat Cavabdeh1 hüquqi varisi müəyyən edilənədək dayandırılmışdır. Məhkəmə tərəfindən notariat ofisinə sorğu verilmiş, Göyçay rayon Notariat kontorundan daxil olmuş xx.xx.2024-cü il tarixli məktubla müəyyən edilmişdir ki, xx.xx.2018-ci il tarixdə vəfat etmiş Cavabdeh1 adına Göyçay rayon Notariat ofisi tərəfindən vərəsəlik işi açılmamışdır. Buna görə də Göyçay rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadına əsasən iddiaçı BOKT "xxxx" MMC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit borcunun ödənilməsi tələbinə dair mülki işə Cavabdeh1 vəfat etməsi ilə əlaqədar olaraq hüquqi varisi müəyyən edilmədiyindən ona qarşı qaldırılan hissədə xitam verilmişdir. Buna görə də məhkəmə hesab edir ki, iddiaçı kredit borcunu cavabdeh zamin Cavabdeh2 tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən əgər bu məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhtəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərini və borclunun öhtəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. İddiaçı ərizə ilə məhkəməyə müraciət etdiyi zaman 30 məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda məhkəmə hesab edir ki, ödənilmiş 30 manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Sadalananlara əsasən məhkəmə hesab edir ki, BOKT "xxxx" MMC-nin iddiası təmin edilməli, Cavabdeh2 791.49 ABŞ dolları kredit borcunun Azərbaycan manatı ilə məzənnəsi və iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu alınaraq BOKT "xxxx" MMC-yə ödənilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh2 müştərək qaydada 791.49 ABŞ dolları kredit borcunun Azərbaycan manatı ilə məzənnəsi və iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu alınaraq BOKT "xxxx" MMC-nin hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: İbrahim Fəttahov
Məhkəmə qərarları › İş №2(046)-12/2024
Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-12/2024
22.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver