Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-1200/2024 08.07.2024 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Məhkəmə iclas katibi Səmidli Nərmin Yaşar qızının katibliyi, İddiaçı Cavabdehlər Cavabdeh1, Cavabdeh5, Cavabdeh3 və Cavabdeh4 iştirakı ilə, İddiaçının cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı pul tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 9000 manat pulun və ödənilmiş 110 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin halları: İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, 2021-ci ilin noyabr ayında cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh5, Cavabdeh3 və Cavabdeh4 xurma məhsulu satmış və cavabdehlər məhsulun dəyəri olan 12200 manat məbləğdən 3000 manatı beh kimi ödəyib qalan 9200 manat məbəği 15 gün müddətinə ödəyəcəklərinə söz vermişlər. Lakin cavabdehlər 200 manatı iki dəfəyə ödəsələr də qalan 9000 manat pulu bu vaxta kimi ödəməmişlər. Bu barədə Göyçay rayon Polis Şöbəsinə də ərizə ilə müraciət etmişdir. Şikayət ərizəsi Göyçay rayon X3 Bölməsində araşdırılmış və cavabdehlər Cavabdeh1, X1, Cavabdeh3 və Cavabdeh4 izahat verərək ona xurma məhsulunun alqı-satqısından 9000 manat pul borclu olduqlarını etiraf etmişlər.Göyçay rayon X3 Bölməsinin 24 mart 2024-cü il tarixli qərarı ilə cinayət işinin başlanması rədd edilmiş və aidiyyəti üzrə məhkəməyə müraciət etməli olmağı izah edilmişdir. Ona görə də pozulmuş hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Cavabdeh5 tərəfindən verilmiş İddiaya etiraz: Polis şöbəsində verdiyi izahata hər hansı əlavəsi yoxdur, bildirdiyi kimi Qarabaqqal kənd sakinləri Cavabdeh1, Cavabdeh2, Çayarxı kənd sakini X4, Cəyirli kənd sakinləri Cavabdeh3 və Cavabdeh4 ilə birlikdə 2021-ci ildə şərikli xurma alveri etmişlər. Aldıqları xurmaları Rusiya Federasiyasında Cavabdeh2 və o, satmalı, gəliri bölüşməli idilər. Lakin həmin vaxt COVİD-19 pandemiyası ilə bağlı karantin rejimi olduğundan RF-yə gedə bilməmişlər. Aldıqları malları Rusiya Federasiyasının paytaxtı Moskva şəhərinə göndərmişlər. Malın Rusiyada satılmasını orada yaşayan Ağdaş rayonundan olan həmyerlilərə həvalə etmişlər. Həmin vaxt satdıqları xurmada ziyan etmişlər, təəssüf ki, ümumi ziyan 170.000 manat civarında idi. Bundan sonra mal aldıqları şəxslərin pulunun bir qisminin ödənilməsini öz aralarında bölüşdürmüşlər. Hər kəsin öz payına 27.500 manat civarında borc düşmüşüdür. Öz payına və kürəkəni X2 payına düşən borcu ödəmişdir. Belə ki, malın keçirilməsi üçün gömrük xərclərini, yeşik (tara) sexinə verilməli olan borcu tamamilə bağlamışdır. Eyni zamanda, Rəşad Rəsulovun da payına düşən borcu ödəmişdir. Bu minvalla onun və Rəşadın ümumi şəriklərlə ziyanlarına görə düşən borcu tamamilə ödəmişdir. Bütün borcu ödədikdən sonra Cavabdeh3 ona 10.000 manat, Cavabdeh1 da ona 10.000 manat borcu yaranmışdır. Belə ki, öz üzərinə düşən 27.500 manat ziyandan əlavə 20.000 manat artıq ödəmə etmişdir. Bu da Cavabdeh3 və Cavabdeh1 hər birinin payına düşən 10.000 manat pul borcundan yaranmışdır. İddiaçı tanıyır. İddiaçı də həmin vaxt xurma meyvəsi alınmışdı. İddiaçı həyətinə 2021-ci ildə Cavabdeh2la birlikdə getmiş, xurma meyvəsinə baxmış, lakin meyvəni bəyənməmişdir. Buna baxmayaraq, Xanlar başçılıq etməklə digər şəriklər ondan xəbərsiz şəkildə İddiaçı də məhsulunu götürüb yeşikləməklə ümumi malın içərisinə daxil etmişlər. Bu məsələdən yalnız sonradan, yəni mal satıldıqdan və ümumi ziyan müəyyən ediləndən sonra məlumatı olmuşdur. İddiaçı borca görə həyətinə də gəlmişdi. Ona bütün baş verənləri bildirərək izah etmişdir ki, üzərinə düşən borcunu ödəmişdir. Cavabdeh3 təhqiqat zamanı izahatında iddiaçıdan xurma meyvəsinin nisyə alındığını, ziyan etdiklərini, ümumi şəriklərlə birlikdə ziyanı hesablayıb kimə nə qədər ödəyəcəklərini dəqiqləşdirməyi dəfələrlə təklif etsə də, Cavabdeh2 Rusiyada olduğu üçün digər şəriklər də haqq-hesab etməmişlər. Nəticədə İddiaçı pulunu ödəmə öhdəliyinin konkret olaraq kimə düşməsi aralarında həll edilməmişdir. İddiaçı borclu olduqları puldan bir qismi ödənilmiş, 9.000 manat ümumi borcları qalmışdır. İddiaçı ondan pulunu bir neçə dəfə istəyəndə sonuncuya vəziyyəti izah etmişdir. İddiaçı ümumi şəriklərin hər birinin borcu vardır. Halbuki, həmin şöbəyə təqdim edilmiş yazılı izahatımdan da görünür ki, o və Cavabdeh3 tam fərqli məzmunlu izahatlar vermişlər. Təhqiqatçının qeyd edilən qərarda hansı səbəbdən onun izahatı ilə Cavabdeh3 izahatının eynilik təşkil etməsini göstərməsi anlaşılan deyil. Buna görə də iddianın ona qarşı qaldırılan hissədə rədd edilməsini xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: İddiaçı iddianı müdafiə edərək göstərmişdir ki, cavabdehlər ondan şərikli şəkildə nisyə xurma məhsulunu almışlar. Buna görə də iddianın təmin edilməsini xahiş edir. Cavabdeh4 iddianı qəbul edərək göstərmişdir ki, İddiaçı 6 nəfər hazırda cavabdeh kimi iddia qaldırılmış şəxslər daxil olmaqla şərikli 12200 manat dəyərində xurma məhsulunu nisyə almışlar, xurmanın dəyərindən 3200 manat ödəmişlər. Xurma məhsulunu Rusiya Federasiyasına göndərmişlər, lakin xurma məhsulundan ziyan etdiklərinə görə İddiaçı borclu olduqları 9000 manat pulu ödəyə bilməmişlər. Cavabdeh5 iddia ərizəsinə verdiyi etiraza uyğun izahat verərək və iddianı qəbul etməyərək göstərmişdir ki, qeyd edilən cavabdehlərlə birlikdə İddiaçı xurma məhsulu almışlar. Lakin ziyan etdiklərinə görə həmin məhsulun dəyəri olan 9000 manatı iddiaçıya ödəyə bilməmişlər. Bundan başqa cavabdehlərlə birlikdə şərik olduğu digər tələbkarlara pul ödədiyindən hesab edir ki, iddiaçı qarşısında digər cavabdehlər maddi məsuliyyət daşımalıdırlar. Ona görə ki, cavabdehlərin əvəzinə digər tələbkarlara borclu olduqları puldan ödəmişdir. Buna görə də iddianın ona qarşı qaldırılan hissədə rədd edilməsini xahiş etmişdir. Cavabdeh3 iddianı qəbul edərək göstərmişdir ki, İddiaçı şərikli xurma məhsulunu almışlar, xurma məhsulunu Rusiya Federasiyasına göndərmişlər, lakin xurma məhsulundan ziyan etdiklərinə görə İddiaçı borclu olduqları pulu ödəyə bilməmişlər. Hazırda iddiaçıya digər cavabdehlərlə birlikdə 9000 manat borcu vardır. Cavabdeh1 iddianı qəbul edərək göstərmişdir ki, İddiaçı şərikli xurma məhsulunu almışlar, xurma məhsulunu Rusiya Federasiyasına göndərmişlər, lakin xurma məhsulundan ziyan etdiklərinə görə İddiaçı borclu olduqları pulu ödəyə bilməmişlər. Hazırda iddiaçıya digər cavabdehlərlə birlikdə 9000 manat borcu vardır. İş üzrə Cavabdeh2 məhkəmənin yeri və vaxtı barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məhkəmə bildirişləri vasitəsilə məlumat verilmiş, lakin cavabdehlər məhkəmə baxışında iştirak etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda…məhkəmə işə baxmağa haqlıdır. Məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş üzrə tərəfləri dinləyən, təqdim edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Mülki işdə olan sənədlər: Məhkəməyə təqdim edilmiş 24 mart 2024-cü il tarixli, cinayət işinin başlanılmasının rədd edilməsi qərardan görünür ki, xx.xx.2024-cü il tarixdə Göyçay rayonu Çayarxı kəndində yaşayan Əliyev X5 rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək, Qarabaqqal kənd sakinləri- Cavabdeh1 və Cavabdeh2, Cəyirli kənd sakinləri- Cavabdeh5, Cavabdeh3 və Cavabdeh4 ondan 2021-ci ilin noyabr ayında nisyə xurma meyvəsi aldıqlarını, 9000 manat məbləğində borclarının qalmasını, lakin pulu ödəmədiklərini bildirmişdir.Təhqiqat zamanı izahatı alınan Cavabdeh3 öz izahatında bildirmişdir ki, Qarabaqqal kənd sakinləri- Cavabdeh2, Cavabdeh1, Cəyirli kənd sakinləri- Cavabdeh5 və Cavabdeh4 ilə birlikdə 2021-ci ildə şərikli xurma alveri etmişlər. Aldığı xurmaları Rusiya Federasiyasında Cavabdeh2 və Kamran Abışov satmalı, gəliri bölüşməli olmuşdur. Lakin həmin vaxt “karantin rejimi” olduğundan Xanlar və Kamran Rusiyaya gedə bilməmişlər, satışı tanıdığı şəxslərə həvalə etmişlər. Həmin vaxt satdıqları xurmada ziyan etmişlər, ümumi ziyan 200 000 manata çatmışdır. Bundan sonra mal aldıqları şəxslərin pulunu ödəməyin bir qismini öz aralarında bölüşmüşlər. İddiaçı tanıyır. İddiaçı də həmin vaxt xurma meyvəsi alınmışdır. Azərdən meyvəni Cavabdeh2 və Cavabdeh5 götürmüşdür. Ziyan etdikdən sonra onun öz payıma 27 500 manata yaxın ziyanlıq düşmüş və ödəməyi öhdəsinə götürmüşdür. O, ümumi şəriklərlə birlikdə ziyanı hesablayıb kimə nə qədər ödəyəcəklərini dəqiqləşdirməyi dəfələrlə təklif etsə də Cavabdeh2 Rusiyada olduğu üçün haqq-hesab etməmiş, digərləri də haqq hesab etməmişlər. Nəticədə İddiaçı pulunu ödəmək öhdəliyi konkret olaraq kimə düşməsi aralarında həll edilməmişdir. Azərə borclu olduqları puldan bir qismi ödənilmişdir, 9000 manat ümumi borcları qalmışdır. İddiaçı ondan pulunu bir neçə dəfə istəyəndə Azərə vəziyyəti izah etmişdir. İddiaçı ümumi şəriklərin hər birini borcu vardır. Təhqiqat zamanı Cavabdeh1, X1 və Rəsulov X6 Anar Əjdər oğlu ilə eyni məzmunlu izahatlar vermişlər. Cavabdeh1, Cavabdeh2, Cavabdeh5, Cavabdeh3 və Cavabdeh4 əməlində cinayət tərkibinin əlamətləri müəyyən edilmədiyindən barələrində cinayət işi başlanması rədd edilmişdir. Tətbiq edilən hüquq normaları: Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə əsasən pul vəsaitləri də mülkiyyət hesab olunduğundan həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Аzərbaycan Рespublikası MM-nin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsindən əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərədə tutulan müddətdə, müqavilədə belə müddət nəzərədə tutulmadıqda isə bu məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyat keçirilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 217-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 04 nömrəli qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Qərarın 2.4-cü bəndinə görə, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Avropa İnsan Hüquqları Məhkəməsi "Mahmudov Rusiya Federasiyasına” qarşı 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq "affirmanti, non neganti, incumbit probation” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. "Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq "əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir. "Avşar Türkiyəyə qarşı” iş üzrə qərarında Avropa Məhkəməsi göstərir ki, sübutları qiymətləndirən zaman məhkəmə "əsaslı şübhə yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu "N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarında qeyd etmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Məhkəmənin mövqeyi: Hazırkı iş üzrə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Məhkəmə baxışı zamanı müəyyən edilir ki, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 2021-ci ilin noyabr ayında İddiaçı 12200 manat dəyərində xurma məhsulunu nisyə almışlar, həmin 12200 manat puldan 3200 manatını ödəmişlər, ödənilməmiş 9000 manat pul qalmışdır. Məhkəmə baxışı zamanı İddiaçı məxsus 9000 manat pul vəsaitinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh5, Cavabdeh3 və Cavabdeh4 oğlunun qanunsuz sahibliyində olduğu müəyyyən edilmişdir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, iddia tərəfindən ödənilmiş 110 manat dövlət rüsumu cavabdehlərdən alınaraq iddiaçıya ödənilməlidir. Sadalananlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 müştərək qaydada 9000 manat pul və ödənilmiş 110 manat dövlət rüsumu alınaraq İddiaçı verilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216-220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 müştərək qaydada 9000 manat pul və ödənilmiş 110 manat dövlət rüsumu alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən apelyasiya şikayəti verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İbrahim Fəttahov
Məhkəmə qərarları › İş №2(046)-1200/2024
Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-1200/2024
08.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver