Məhkəmə qərarları › İş №2(046)-1209/2024

Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-1209/2024

04.10.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı - Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-1209/2024 04.10.2024 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Səmidli Nərmin Yaşar qızının katibliyi, Ərizəçi iştirakı ilə, atalığın müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə Göyçay şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək mərhum X3 onun atası olması faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizəçi ərizəni müdafiə edərək belə əsaslandırmışdır ki, xx xxxxx 1957-ci ildə Göyçay rayonun Çaxırlı kəndində anadan olmuş, atası X6 xx.xx.1993-cü ildə, anası X5 isə xx.xx.2002-ci il tarixində vəfat etmişlər. Ona görə də onların yeganə vərəsəsi sayılır. Sahibliyində olan torpaq sahəsinə mülkiyyət hüququmu qeydə aldırmaq istəyərkən məlum olmuşdur ki, ona verilən doğum haqqında şəhadətnamədə ata qrafası boşdur. X8 təkrarını almaq üçün Maraqlı şəxsnə müraciət etmiş, Maraqlı şəxs 22 may 2024-cti il tarixli imtina məktubuna əsasən müəyyən edilmişdir ki, doğum akt qeydində ata qrafası boşdur. Ata qrafasının boş qalması anası ilə atasının rəsmi nikahlarının olmadığıdır. Hazırki vəziyyətdə X3 atası olmasını təsdiq edən sənədləri digər qaydada əldə edə bilmir. Buna görə də ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçini dinləyən, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, ərizə əsaslı olduğundan təmin olunmalıdır. Məhkəməyə təqdim X8 surətindən görünür ki, İbrahimova (İmamalıyeva) Mahuzər Ağa qızı xx.xx.1957-ci il tarixdə anadan olmuşdur. Ana qrafasında X4 anası kimi qeyd edilmiş, ata qrafası isə boşdur. Məhkəməyə təqdim edilmiş X7 surətlərindən görünür ki, Ərizəçi anası X5 xx.xx.2002-ci il tarixdə, X6 xx.xx.1993-cü il tarixdə vəfat etmişlər. Məhkəməyə təqdim edilmiş xx.xx.2023-cü il tarixli Göyçay RİHB-nin Çaxırlı kənd inzibati ərazi dairə üzrə nümayəndəliyinin arayışından görünür ki, Göyçay rayon Çaxırlı kənd sakini X5 xx.xx.2002-ci il tarixdə vəfat etmişdir. Aşağıdakı ailə üzvləri vardır: Ərizəçi Məhkəməyə təqdim edilmiş xx.xx.2024-cü il tarixli Göyçay RİHB-nin Çaxırlı kənd inzibati ərazi dairə üzrə nümayəndəliyinin arayışından görünür ki, X1 rayon Çaxırlı kəndində anadan olmuş, qeyri-rəsmi nikahından xx.xx.1957-ci il tarixdə Ərizəçi anadan olmuşdur. Məhkəməyə təqdim edilmiş Torpağın mülkiyyətə verilməsinə dair JN 061F saylı şəhadətnamənin surətindən görünür ki, Göyçay rayonu Çaxırlı kəndində 0.58 ha torpaq sahəsi X2 mülkiyyətinə verilmişdir. Məhkəməyə təqdim edilmiş Maraqlı şəxs 22 may 2024-cti il tarixlı məktubundan görünür ki, xx.xx.1957-ci ildə 21 saylı akt qeydi ilə Göyçay rayon Çaxırlı kənd icra nümayəndəliyi tərəfindən tək ananın ərizəsi əsasında qeydə alınaraq doğum haqqında şəhadətnamə verilmişdir. Məktubda qeyd edilir ki, həmin akt qeydində ata qrafasmda tamamlanma edilməsi üçün valideynlər şəxsiyyətini təsdiq edən sənədlə birlikdə Maraqlı şəxsnə müraciət edilməlidir. Məhkəməyə təqdim edilmiş AZE 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1957-ci il tarixdə Göyçay rayonu Çaxırlı kəndində anadan olmuşdur. Göyçay rayonu Çaxırlı kəndində qeydiyyatdadır. İş materiallarından görünür ki, ərizəçi atalıq faktının müəyyən olunmasını təsdiq edən sənədləri başqa qaydada əldə edə bilməz. Bu isə Azərbaycan Respublikası MPMnin 308-ci maddəsinə əsasən həmin hüquqi əhəmiyyəti olan faktın məhkəmə tərəfindən müəyyən olunması üçün əsasdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 45.1-ci maddəsinə əsasən uşaq aralarında nikah olmayan şəxslərdən olduqda və valideynlərin birgə ərizəsi və ya uşağın atasının ərizəsi olmadıqda, atalıq uşağın valideynlərindən birinin, uşağın qəyyumunun (himayəçisinin), uşağı saxlayanın, habelə uşaq yetkinlik yaşına çatdıqda onun özünün ərizəsi əsasında məhkəmə qaydasında müəyyən olunur. Bu zaman məhkəmə uşağın konkret şəxsdən törəməsi ilə əlaqədar istənilən sübutun mötəbərliyini nəzərə ala bilər. Həmin Məcəllənin 45.2-ci maddəsinə əsasən uşağın anası ilə nikaha daxil olmayan, lakin özünü uşağın atası hesab edən şəxs öldükdə, atalığın tanınması faktı Azərbaycan Respublikasının mülki-prosessual qanunvericiliyinə uyğun olaraq məhkəmə qaydasında müəyyən oluna bilər. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, Ərizəçi ərizəsi əsaslı olduğundan təmin olunmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 311, 357, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. xx.xx.1993-cü il tarixdə Göyçay rayonunda vəfat etmiş X3 xx.xx.1957-ci il tarixdə anadan olmuş Ərizəçi atası olması faktı müəyyən edilsin. Bu qətnamə xx.xx.1957-ci il tarixdə anadan olmuş Ərizəçi doğum haqqında 21 saylı akt qeydində ata qrafasında atasının X6 qeyd edilməsi üçün əsasdır. Qətnamənin icrası Maraqlı şəxsnə tapşırılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə şikayət vermək olar. Hakim: İbrahim Fəttahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar