Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-121/2024 10.10.2024 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Səmidli Nərmin Yaşar qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, Həyətyanı torpaq sahəsinə gedən su yolunun açılması tələbinə dair mülki işə Göyçay şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mülkiyyətində olan torpağın mülkiyyət verilməsinə dair JN-068 A saylı şəhadətnamədə (kod ********) göstərilən 0,36 ha həyətyanı torpaq sahəsinə gedən, Cavabdeh mülkiyyətində olan torpaq sahəsində yerləşən su yolunun açılması, dövlət rüsumu kimi ödənilmiş 100 manat pulun və hüquqi yardım almaq üçün ödənilmiş 200 manat pulun cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. işin halları: İddiaçı tələbini belə əsaslandırmışdır ki, Göyçay rayon Müskürlü kənd Vaqif adına kolxozunun 06 yanvar 1989-cu il tarixli 01 saylı qərarı ilə ona kolxozun ehtiyat fondundan 0,06 ha torpaq sahəsi həyətyanı torpaq sahəsi kimi ölçülüb verilmişdir. Rayonda aqrar islahatı aparılarkən həmin torpaq sahəsi də daxil olmaqla istifadəsində olan 0,36 ha həyətyanı torpaq sahəsi Göyçay rayonu Aqrar İslahat Komissiyasının 08 sentyabr 1997-ci il tarixli 30 saylı qərarı ilə onun və 3 nəfər ailə üzvünün mülkiyyətinə verilmişdir. 0,36 ha həyətyanı torpaq sahəsinə mülkiyyət hüququ torpağın mülkiyyət verilməsinə dair JN-068 A saylı şəhadətnamə (kod ********) təsdiq edir. 2015-ci ilin avqust ayının 27-də həyətyanı torpaq sahəsi ilə həmsərhəd torpaq sahəsini qanunsuz əldə edən X4 həyətinə gedən su yolunu qanunsuz zəbt edərək istifadə etdiyi həyətyanı torpaq sahəsinə salaraq ətrafını çəpərləmişdir. Mən bu barədə dəfələrlə müxtəlif inzibati orqanlara, Göyçay rayon İcra Hakimiyyətinə, Müskürlü bələdiyyəsinə, hətta Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə müraciət etmiş, lakin müraciət orqanlar mübahisəni yalnız məhkəmənin həll edə biləcəyini söyləyərək müraciətini müsbət həll etməmişlər. 11 mart 2016-cı il tarixdə Müskürlü Bələdiyyəsinin sədri və üzvü, Göyçay rayon İHB-nin Müskürlü kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi, Müskürlü kənd Su Birliyinin sədri və polis sahə müvəkkili su yolunun açılması üçün əraziyə gəldilər və bələdiyyə sədri Vüsal Qurbanova su yolunun açılmalı olduğunu izah edərkən sonuncu su yolunu açmaqdan imtina etmiş, həmçinin Vüsal Qurbanova torpaq sahəsini satan həmkəndlisi X5 və onun ailə üzvləri mübahisənin həlli üçün gəlmiş polis sahə müvəkkilinin üzərinə hücum etmişlər. X3 təqsiri üzündən mübahisəni məhkəmədən kənar qaydada həll etmək mümkün olmadı və pozulmuş hüququnun bərpası üçün məhkəməyə müraciət etməli olmuşdur.Göyçay rayon Məhkəməsinin 09 dekabr 2016-cı il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmiş, mülkiyyətimdə olan 0,36 ha həyətyanı torpaq sahəsinə gedən və Vüsal Qurbanov tərəfindən zəbt olunmuş su yolunun açılması qət edilmişdir. Həmin qətnamədən Vüsal Qurbanov tərəfindən verilmiş apellyasiya şikayəti Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 11 iyul 2018-ci il tarixli qətnaməsi ilə təmin edilməmiş, Göyçay rayon Məhkəməsinin 09 dekabr 2016-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Vüsal Qurbanov apellyasiya instansiyası məhkəməsinin qeyd edilən qətnaməsindən kassasiya şikayəti vermiş, lakin Azərbaycan Respublikası Ali Məhkəməsinin 18 dekabr 2018-ci il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilməmişdir. Göyçay rayon Məhkəməsinin 09 dekabr 2016-cı il tarixli qətnaməsini icra edən Göyçay rayon İcra və Probasiya Şöbəsi 19 aprel 2023-cü il tarixli qərardadla icra sənədini, icrası mümkün olmadığı üçün Göyçay rayon Məhkəməsinə qaytarmışdır. Göyçay rayon İcra və Probasiya Şöbəsi 12 may 2019cu il tarixdə vəfat etmiş borclu Vüsal Qurbanovun miras əmlakına vərəsəlik açılmaması və mərhumun adına 06 aprel 2017-ci il tarixdə verilmiş RX ******* nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və AN 123326 nömrəli plan və ölçü sənədinə əsasən su yolunun zəbt edilməsinin müəyyən olunmaması ilə əsaslandırmışdır. 12 may 2019-cu il tarixdə vəfat etmiş borclu Vüsal Qurbanovun mülkiyyətində olan, mübahisəli su yolunun keçdiyi Göyçay rayonunun Müskürlü kəndində yerləşən 0,08 ha torpaq sahəsindən ibarət mirasa mərhumun arvadı X2, uşaqları Fəridə Qurbanlı və X7 rayon notariat ofisi tərəfindən 12 iyul 2021 -ci il tarixdə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmiş və həmin şəxslərin torpaq sahəsinə mülkiyyət hüququ 10 avqust 2021-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Həmin torpaq sahəsinin üzərində yerləşən fərdi yaşayış evini vahid daşınmaz əmlak kimi, torpaq sahəsini paylı mülkiyyət kimi 30 sentyabr 2021 -ci il tarixdə adına qeydə aldıran Şura Qurbanova daşınmaz əmlakları 24 noyabr 2021 -ci il tarixdə Cavabdeh satmışdır. Beləliklə qanuni mülkiyyətimdə olan torpaq sahəsinin suvarılması üçün nəzərdə tutulan su yolu hazırda Cavabdeh tərəfindən istifadə edilərək bağlandığı üçün mülkiyyətində olan torpaq sahəsindəki meyvə ağaclarını və bitkiləri suvara bilməməklə torpaq sahəsindən istifadə edə bilmir, torpaq sahəsinə sahiblik edə bilmir və bununla da mülkiyyət hüququ pozulur. məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: İş üzrə İddiaçı iddia ərizəsinin forma və məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdеhlər Cavabdeh iddianı qəbul etməyərək rədd edilməsini xahiş etmişdir. İş üzrə tərəfləri dinləyən, təqdim edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia rədd edilməlidir. mülki işdə olan sənədlər: Məhkəməyə təqdim edilmiş Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən alınmış xx.xx.2023-cü il tarixli **********79 nömrəli çıxarışdan görünür ki, Göyçay rayonu Müskürlü kəndində yerləşən 0.36 ha torpaq sahəsi İddiaçı və ailə üzvlərinin xüsusi mülkiyyəti kimi dövlət qeydiyyatına alınmışdır. Məhkəməyə təqdim edilmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 16 saylı Ucar Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli mütəxəssis rəyindən görünür ki, Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrində İddiaçı və ailə üzvlərinin mülkiyyətinə verilmiş 0.36 ha həyətyanı torpaq sahəsi və **********59 reyestr nömrəli çıxarışla X1 mülkiyyətinə verilmiş 0.12 ha həyətyanı torpaq sahəsinin suvarılması üçün su bərəsi naturada mövcuddur, lakin baxış zamanı iddiaçı tərəfindən naturada su bərəsi olaraq göstərilən ərazi naturada mövcud deyil. Naturada mövcud olan su bərəsi və iddiaçı tərəfindən baxış zamanı su bərəsi olaraq göstərilən ərazi cavabdehin **********77 reyestr nömrəli çıxarışla mülkiyyətinə verilmiş 0.08 ha torpaq sahəsində yerləşir, (sxemdə göstərilmişdir). Məhkəmə tikinti-texniki ekspertizasının xx.xx.2024-cü il tarixli 3-16-1/2-10/5622 saylı rəyindən görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi şəxsi 16 saylı Ucar Ərazi İdarəsinin mütəxəssis rəyinə əsasən Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrində İddiaçı və ailə üzvlərinin mülkiyyətinə verilmiş 0.36 ha həyətyanı torpaq sahəsi və **********59 reyestr nömrəli çıxarışla X1 mülkiyyətinə verilmiş 0.12 ha həyətyanı torpaq sahəsinin suvarılması üçün su bərəsi naturada mövcuddur, lakin baxış zamanı iddiaçı tərəfindən naturada su bərəsi olaraq göstərilən ərazi naturada mövcud deyil. Naturada mövcud olan su bərəsi və iddiaçı tərəfindən baxış zamanı su bərəsi olaraq göstərilən ərazi cavabdehin **********77 reyestr nömrəli çıxarışla mülkiyyətinə verilmiş 0.08 ha torpaq sahəsində yerləşir, (sxemdə göstərilmişdir). Aparılmış tədqiqatın dəyəri 100 manat təşkil edir. tətbiq edilən hüquq normaları: Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 3-cü bəndinə əsasən hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Konstitusiyanın 71-ci maddəsinin 2-ci bəndinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Azərbaycan Respublikasının tərəfdar çıxdığı İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə,qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz. Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyası müddəalarının və İnsan hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 30 mart 2006-cı il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyasının iştirakçısı və onu ratifikasiya etmiş dövlət kimi 2002-ci ilin aprel ayının 15-dən Konvensiya və onun Protokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan hüquqları Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvensiyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1.-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. "İnsan hüquqları və əsas azadlıqların müdafiəçi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsi ilə əlaqədar Avropa İnsan Hüquqları Məhkəməsi Sporronq və Lonnrotun İsveçrə qarşı məhkəmə işində belə hüquqi mövqe müəyyən etmişdir ki, həmin norma özündə: 1) mülkiyyətçinin öz mülkiyyətindən maneəsiz istifadə etməsi prinsipini; 2) mülkiyyətindən məhrum edilmənin yolverilməzliyini; 3) mülkiyyətdən istifadə nəzarəti itirmənin qadağan edilməsi imkanlarını ehtiva edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 217-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 04 nömrəli qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Qərarın 2.4-cü bəndinə görə, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Avropa İnsan Hüquqları Məhkəməsi "Mahmudov Rusiya Federasiyasına” qarşı 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq "affirmanti, non neganti, incumbit probation” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. "Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq "əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir. "Avşar Türkiyəyə qarşı” iş üzrə qərarında Avropa Məhkəməsi göstərir ki, sübutları qiymətləndirən zaman məhkəmə "əsaslı şübhə yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu "N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarında qeyd etmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. məhkəmənin mövqeyi: Hazırkı iş üzrə isə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Məhkəmə baxışı zamanı müəyyən edilir ki, İddiaçı mülkiyyətində olan 0.36 ha torpaq sahəsinə gedən su bərəsəinin cavabdеh Cavabdeh tərəfindən tutulduğunu iddia edir və həmin su bərəsinin açılmasını xahiş edir. Məhkəmə iddia tələbinin əsaslığını yoxlamaq üçün mülki iş üzrə mütəxəssis cəlb edilməklə məhkəmə tikinti-texniki ekspertizası təyin edərək, müvafiq rəylər almışdır. Mütəxəssis və ekspert rəyinə əsasən müəyyən edilmişdir ki, İddiaçı mülkiyyətində olan 0.36 ha torpaq sahəsinə gedən su bərəsi Cavabdeh tərəfindən tutulmamışdır. Belə ki, mütəxəssis rəyinə əsasən İddiaçı və ailə üzvlərinin mülkiyyətinə verilmiş 0.36 ha həyətyanı torpaq sahəsinin suvarılması üçün su bərəsi naturada mövcud olduğu göstərilmişdir. Beləliklə, məhkəmə tərəflərin təqdim etdiyi sübutlara hüquqi qiymət verərək hesab edir ki, İddiaçı cavabdеh Cavabdeh qarşı su bərəsinin açılması tələbinə dair iddiası rədd edilməlidir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda iddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu, hüquqi yardım üçün ödənilmiş 200 manat, iddiaçının özünə aid edilməli, iş üzrə ekspertiza xərci olan 100 manat iddiaçıdan alınaraq məhkəmə ekspertiza mərkəzinin hesabın ödənilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia rədd edilsin. İddiaçı cavabdеh Cavabdeh qarşı su bərəsinin açılması barədə tələbi rədd edilsin. İş üzrə ekspertiza xərcləri olan 100 manat İddiaçı alınaraq məhkəmə ekspertiza mərkəzinin VÖEN **********1, AZ 34CTRE******************** nömrəli hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən apelyasiya şikayəti verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İbrahim Fəttahov
Məhkəmə qərarları › İş №2(046)-121/2024
Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-121/2024
10.10.2024 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver