Məhkəmə qərarları › İş №2(046)-1218/2021

Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-1218/2021

29.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-1218/2021 29.07.2021 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Səmidli Nərmin Yaşar qızının katibliyi, Cavabdeh iştiraki ilə, UniBank KB ASC-nin Cavabdeh qarşı kredit borcunun ödənilməsi tələbinə dair mülki işə Göyçay şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: UniBank KB ASC ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh 2557.68 manat əsas kredit borcu, 753.53 manat faiz borcu olmaqla cəmi 3311.21 manat kredit borcunun və 30 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı UniBank KB ASC-nin nümayəndəsi X1 məhkəməyə ərizə ilə müraciət edərək Cavabdeh UniBank KB ASC-yə məhkəmə baxışının nümayəndənin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. İddiaçı UniBank KB ASC-nin iddia ərizəsində tələbi belə əsaslandırılmışdır ki, Cavabdeh ilə UniBank KB ASC arasında 14.01.2019-cu il tarixdə 120 ay müddətinə 20000 manat məbləğində kredit limiti ayrılmışdır. Cavabdeh tərəfindən ödənişlər aparılsa da borcun tam ödənilməsi həyata keçirilməmişdir. Cavabdeh kredit müqaviləsinin şərtlərini pozaraq, borc öhdəliyini tam icra etməmişdir. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh kredit borcunu ödəməmişdir. Bundan başqa bank ərizə ilə məhkəməyə müraciət edərkən 30 manat dövlət rüsumu ödəmişdir. Buna görə də məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə Cavabdeh iddianı qəbul edərək göstərmişdir ki, iddiaçı UniBank KB ASC ilə kredit müqaviləsi bağlamışdır. Kredit götürmüşdür. Maddi imkanı olmadığından kredit borcunu qaytara bilməmişdir. Banka olan borcunu hissə-hissə ödəyəcəkdir. İş üzrə cavabdehin izahatını dinələyən, təqdim edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Məhkəməyə təqdim edilmiş 14.01.2019-cu il tarixli kredit müqaviləsindən görünür ki, "xxxx" KB ASC ilə Cavabdeh arasında 120 ay müddətinə 20000 manat kredit limiti ayrılmışdır. Məhkəməyə təqdim edilmiş 14.04.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh banka 2557.68 manat əsas kredit borcu, 753.53 manat faiz borcu olmaqla cəmi 3311.21 manat kredit borcu vardır. Cavabdeh bank qarşısında üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmiş, borclu olduğu pulu müqavilə üzrə tərtib edilmiş ödəniş cədvəlində nəzərdə tutulduğu qaydada iddiaçıya qaytarmamışdır. Buna görə də məhkəmə hesab edir ki, iddiaçı kredit borcunu cavabdehdən tələb etməyə haqlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən əgər bu məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman 30 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda ödənilmiş 30 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Sadalananlara əsasən məhkəmə hesab edir ki, UniBank KB ASC-nin iddiası təmin edilməli, Cavabdeh 3311.21 manat kredit borcu və iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu tutularaq UniBank KB ASC-nə qaytarılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia təmin edilsin. Cavabdeh 2557.68 manat əsas kredit borcu, 753.53 manat faiz borcu olmaqla cəmi 3311.21 manat kredit borcu və 30 manat dövlət rüsumu tutularaq iddiaçı "xxxx" KB ASCnin hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: İbrahim Fəttahov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar