Məhkəmə qərarları › İş №2(046)-124/2021

Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-124/2021

16.12.2021 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-124/2021 16.12.2021 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Səmidli Nərmin Yaşar qızının katibliyi, İddiaçı3 və Cavabdeh iştirakı ilə, gediş-gəlişi təmin edən yolun açılması tələbinə dair mülki işə Göyçay şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı4 və İddiaçı3 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək DƏDRX-nin 16-saylı Ərazi idarəsi tərəfindən verilmiş qeydiyyat nömrəsi - **********, qeydiyyat tarixi-09.02.2016-cı il olan, RX seriyalı və ******* nömrəli çıxarışa əsasən Göyçay rayonu, Qarabaqqal kəndində İddiaçı1 ümumi birgə mülkiyyətində 0.72 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə, DƏDRX-nin 16-saylı Ərazi idarəsi tərəfindən verilmiş qeydiyyat nömrəsi-**********, qeydiyyat tarixi-25.09.2019-cu il tarixli çıxarışa əsasən Göyçay rayonu, Qarabaqqal kəndində İddiaçı2 mülkiyyətində 0.6208 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə, DƏDRX-nin 16-saylı Ərazi idarəsi tərəfindən verilmiş qeydiyyat nömrəsi-**********, qeydiyyat tarixi-19.02.2016-cı il olan, RX seriyalı və ******* nömrəli çıxarışa əsasən Göyçay rayonu, Qarabaqqal kəndində İddiaçı3 ümumi birgə mülkiyyətində 0.1034 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə və DƏDRX-nin 16-saylı Ərazi idarəsi tərəfindən verilmiş qeydiyyat nömrəsi-**********, qeydiyyat tarixi-08.08.2018ci il olan, RX seriyalı və ******* nömrəli çıxarışa əsasən Göyçay rayonu, Qarabaqqal kəndində İddiaçı4 mülkiyyətində 0.1034 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələrinə gediş-gəlişi təmin edən yolun qarşısında cavabdeh tərəfindən quraşdırılmış dəmir darvazanın sökülməsi və həmin yol açılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə digər iddiaçılara məhkəmə baxışının vaxtı və yeri barədə məlumat verilmiş, lakin iddiaçılar məhkəmə baxışında iştirak etməmişlər. E-məhkəmə sistemi çıxarışından görünür ki, İddiaçı1 11.11.2020-ci il tarixdə vəfat etmişdir. İş üzrə İddiaçı3 iddianı müdafiə edərək göstərmişdir ki, DƏDRX-nin 16-saylı Ərazi idarəsi tərəfindən verilmiş qeydiyyat 09.02.2016-cı il tarixli RX ******* nömrəli çıxarışa əsasən Göyçay rayonu Qarabaqqal kəndində İddiaçı1 ümumi birgə mülkiyyətində 0.72 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi, DƏDRX-nin 16-saylı Ərazi idarəsi tərəfindən verilmiş 25.09.2019-cu il tarixli çıxarışa əsasən Göyçay rayonu, Qarabaqqal kəndində İddiaçı2 mülkiyyətində 0.6208 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi, DƏDRX-nin 16-saylı Ərazi idarəsi tərəfindən verilmiş 19.02.2016-cı il tarixli RX ******* nömrəli çıxarışa əsasən Göyçay rayonu, Qarabaqqal kəndində İddiaçı3 ümumi birgə mülkiyyətində 0.1034 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi, DƏDRX-nin 16-saylı Ərazi idarəsi tərəfindən verilmiş 08.08.2018-ci il tarixli RX ******* nömrəli çıxarışa əsasən Göyçay rayonu, Qarabaqqal kəndində İddiaçı4 mülkiyyətində 0.1034 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələri vardır. Həmin torpaq sahələrinə gediş-gəlişi təmin edən yol qonşu torpaq sahəsinin mülkiyyətçisi Cavabdeh tərəfindən zəbt edilmiş, Cavabdeh həmin yolun qarşısında dəmir darvaza quraşdırmış, bununla da həmin yoldan digər mülkiyyətçilərin istifadəsinə məhdudiyyət yaratmışdır. Dəmir darvazanın sökülüb, yolun əvvəlki vəziyyətinə qaytarılmasına cavabdeh imkan vermir. Bu barədə mərhum İddiaçı1 tərəfindən Əmlak Məsələləri Dövlət Komitəsinə müraciət olunmuşdur. Müraciətə baxılmış, yolun Cavabdeh tərəfindən zəbt edilməsi müəyyən edilmiş, lakin heç bir tədbir görülməmişdir. Buna görə də iddia tələbinin təmin olunması xahiş etmişdir. İş üzrə Cavabdeh qız iddianı qəbul etməyərək göstərmişlər ki, İddiaçılar məxsus torpaq sahəsinə gediş-gəlişi təmin edən yolu bağlamamışdır. Buna görə də iddianın rədd edilməsini xahiş etmişlər. İş üzrə tərəflərin izahatlarını dinləyən, toplanmış sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Məhkəməyə təqdim edilmiş DƏDRX-nin 16-saylı Ərazi idarəsi tərəfindən verilmiş qeydiyyat nömrəsi-**********, qeydiyyat tarixi-09.02.2016-cı il olan, RX seriyalı və ******* nömrəli çıxarışdan görünür ki, Göyçay rayonu Qarabaqqal kəndində İddiaçı1 ümumi birgə mülkiyyətində 0.72 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi vardır. Məhkəməyə təqdim edilmiş DƏDRX-nin 16-saylı Ərazi idarəsi tərəfindən verilmiş qeydiyyat nömrəsi - **********, qeydiyyat tarixi - 25.09.2019-cu il tarixli çıxarışdan görünür ki, Göyçay rayonu, Qarabaqqal kəndində İddiaçı2 mülkiyyətində 0.6208 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi vardır. Məhkəməyə təqdim edilmiş DƏDRX-nin 16 saylı Ərazi idarəsi tərəfindənverilmiş qeydiyyat Məhkəməyə təqdim edilmiş DƏDRX-nin 16 saylı Ərazi idarəsi tərəfindənverilmiş qeydiyyat Məhkəməyə təqdim edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestr Xidməti "xxxx" MMC Ağsu Layihə-Tədqiqat İdarəsi tərəfindən verilmiş 18.03.2021-ci il tarixli rəydən və sxemdən görünür ki, İş materiallarında təqdim edilən **********57 qeydiyyat nömrələri çıxarışla İddiaçı3 mülkiyyətinə verilmiş 0.1034 ha, **********35 qeydiyyat nömrələri çıxarışla İddiaçı1nin mülkiyyətinə verilmiş 0.72 ha, **********20 qeydiyyat nömrələri çıxarışla İddiaçı4 mülkiyyətinə verilmiş 0.1034 ha, **********84 qeydiyyat nömrələri çıxarışla İddiaçı2 mülkiyyətinə verilmiş 0.6208 ha torpaq sahələrinə gedən baza məlumatlarında və naturada mövcud yol Cavabdeh tərəfindən dəmir qapı ilə bağlanmışdır. İş materiallarında təqdim edilən **********57 qeydiyyat nömrələri çıxarışla İddiaçı3 mülkiyyətinə verilmiş 0.1034 hə, **********35 qeydiyyat nömrələri çıxarışla İddiaçı1nin mülkiyyətinə verilmiş 0.72 ha, **********20 qeydiyyat nömrələri çıxarışla İddiaçı4 mülkiyyətinə verilmiş 0.1034 ha, **********84 qeydiyyat nömrələri çıxarışla İddiaçı2 mülkiyyətinə verilmiş 0.6208 ha torpaq sahələrinə gedən yol Cavabdeh tərəfindən naturada istifadə edilir. Aparılmış tədqiqatın dəyəri 95 manat təşkil edir. Məhkəmə tikinti-texniki ekspertizasının 15.10.2021-ci il tarixli 10/2722 saylı rəyindən görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin Ağsu Layihə-Tədqiqat İdarəsi mütəxəssis rəyinə əsasən, Göyçay rayonunun Qarabaqqal kəndində yerləşən **********57 qeydiyyat nömrələri çıxarışla İddiaçı3 mülkiyyətinə verilmiş 0.1034 ha, **********35 qeydiyyat nömrələri çıxarışla İddiaçı1nin mülkiyyətinə verilmiş 0.72 ha, **********20 qeydiyyat nömrələri çıxarışla İddiaçı4 mülkiyyətinə verilmiş 0.1034 ha, **********84 qeydiyyat nömrələri çıxarışla İddiaçı2 mülkiyyətinə verilmiş 0.6208 ha torpaq sahələrinə gedən baza məlumatlarında və naturada mövcud yol Cavabdeh tərəfindən dəmir qapı ilə bağlanmışdır. Mütəxəssis rəyinə əsasən, **********57 qeydiyyat nömrələri çıxarışla İddiaçı3 mülkiyyətinə verilmiş 0.1034 ha, **********35 qeydiyyat nömrələri çıxarışla İddiaçı1nin mülkiyyətinə verilmiş 0.72 ha, **********20 qeydiyyat nömrələri çıxarışla İddiaçı4 mülkiyyətinə verilmiş 0.1034 ha, **********84 qeydiyyat nömrələri çıxarışla İddiaçı2 mülkiyyətinə verilmiş 0.6208 ha torpaq sahələrinə gedən yol cavabdeh X3 tərəfindən naturada istifadə edilir. Aparılmış tədqiqatın dəyəri 100 manat təşkil edir. Məhkəmə baxışı zamanı tədqiq edilmiş sübutlarla müəyyən edilir ki, Göyçay rayonu Qarabaqqal kəndində yerləşən iddiaçıların mülkiyyətində olan torpaq sahəsinə gedən gediş-gəliş yolu cavabdeh tərəfindən dəmir qapı ilə bağlanılmaqla istifadə edilir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 3-cü bəndinə əsasən hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Konstitusiyanın 71-ci maddəsinin 2-ci bəndinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Azərbaycan Respublikasının tərəfdar çıxdığı İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə,qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz. Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyası müddəalarının və İnsan hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 30 mart 2006-cı il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyasının iştirakçısı və onu ratifikasiya etmiş dövlət kimi 2002-ci ilin aprel ayının 15-dən Konvensiya və onun Protokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan hüquqları Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvensiyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1.-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququna və Mülki Məcəllənin yuxarıda qeyd olunan normalarına əsaslanmaqla məhkəmə belə nəticəyə gəlir ki, iddiaçıların iradəsinin ziddinə olaraq onların qanuni sahibliyində olan 0.26 ha həyətyanı torpaq sahəsinə gedən gediş-gəliş yolunun cavabdehlər tərəfindən zəbt edilməsi və torpaq sahəsində istixana tikməsi, həmin daşınmaz əmlaka olan mülkiyyət hüququnu “şərti və qeyri-sabit” xarakterli edir, bu torpaq sahəsinə sahiblik, istifadə və sərəncam hüququnun həyata keçirilməsinə maneə yaradır. Cavabdehin hərəkətləri iddiaçıların mülkiyyətində olan torpaq sahəsi üzərində sahiblik və mülkiyyət hüquqlarının pozuntusunu yaradan hal kimi qəbul edilməlidir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçılar İddiaçı2, İddiaçı4 və İddiaçı3 iddiası təmin edilməli, Göyçay rayonu Qarabaqqal kəndində yerləşən RX seriyalı ******* nömrəli çıxarışa əsasən X2, mülkiyyətində olan 0.72 ha həyətyanı torpaq sahəsinə, RX seriyalı ******* nömrəli çıxarışa əsasən İddiaçı4 oğlunun mülkiyyətində olan 0.1034 ha həyətyanı torpaq sahəsinə, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın reyestrində 25.09.2019-cu il tarixdə qeydə alınmış çıxarışa əsasən İddiaçı2 mülkiyyətində 0.6208 ha həyətyanı torpaq sahəsinə və RX seriyalı ******* nömrəli çıxarışa əsasən İddiaçı3 mülkiyyətində olan 0.1034 ha həyətyanı torpaq sahəsinə gedən gediş-gəliş yolunun üzərində Cavabdeh tərəfindən yerləşdirilmiş dəmir qapı cavabdehin vəsaiti hesabına sökülməli və həmin torpaq sahəsinə gedən gediş-gəliş yolu açılmalıdır. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda iddiaçı tərəfindən ödənilmiş 10 manat dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı3 ödənilməli, iş üzrə ekspertiza xərci olan 100 manat cavabdehlərdən müştərək qayadada tutularaq məhkəmə ekspertizası mərkəzinin hesabına keçirilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Göyçay rayonu Qarabaqqal kəndində yerləşən RX seriyalı ******* nömrəli çıxarışa əsasən X2, mülkiyyətində olan 0.72 ha həyətyanı torpaq sahəsinə, RX seriyalı ******* nömrəli çıxarışa əsasən İddiaçı4 oğlunun mülkiyyətində olan 0.1034 ha həyətyanı torpaq sahəsinə, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın reyestrində 25.09.2019-cu il tarixdə qeydə alınmış çıxarışa əsasən İddiaçı2 mülkiyyətində 0.6208 ha həyətyanı torpaq sahəsinə və RX seriyalı ******* nömrəli çıxarışa əsasən İddiaçı3 mülkiyyətində olan 0.1034 ha həyətyanı torpaq sahəsinə gedən gediş-gəliş yolunun üzərində Cavabdeh tərəfindən yerləşdirilmiş dəmir qapı cavabdehin vəsaiti hesabına sökülsün və həmin torpaq sahəsinə gedən gediş-gəliş yolu açılsın. İş üzrə ekspertiza xərcləri olan 100 manat cavabdehlərdən müştərək qaydada alınaraq məhkəmə ekspertiza mərkəzinin VÖEN **********1, AZ 34CTRE******************** nömrəli hesabına keçirilsin. Dövlət rüsumu kimi ödənilmiş 10 manat Cavabdeh alınaraq İddiaçı3 verilsin. Qətnamənin icrası Göyçay rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: İbrahim Fəttahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar